GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müsavat Milli Şuradan ayrılması ilə bağlı bəyanat yaydı

Müsavat Milli Şuradan ayrılması ilə bağlı bəyanat yaydı

Tarix: 7-01-2014, 14:36 Bölmə :Manşet Baxış: 630
Müsavat Milli Şuradan ayrılması ilə bağlı bəyanat yaydı


Müsavat Partiyası Milli Şuradan çıxması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 2013-cü ilin Prezident seçkiləri ərəfəsində ölkənin real müxalifət qüvvələrinin önəmli bir qisminin seçkilərdə iştirak etməmək mövqeyinin üstünlük təşkil etdiyi, seçkiqabağı demokratik mühit yaradılmadan seçkilərdə iştirakın məqəsəduyğun olmadığı barədə geniş siyasi kampaniyanın aparıldığı bir dövrdə Müsavat Partiyası seçkilərin boykot edilməsi taktikasının müxalifətin maraqlarına uyğun olmadığını, seçkilərin boykot ediləcəyi təqdirdə, 2008-ci il Prezident seçkilərində olduğu kimi, demokratik düşərgənin faktiki olaraq siyasi prosesdən kənarda qalacağını bəyan edərək, bütün siyasətini müxalifət qüvvələrinin seçkilərdə iştirakını təmin etmək istiqamətinə yönəltdi.

Müsavat Partiyası Azərbaycan cəmiyyətində populyar olan və görkəmli kino-rejissor Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülmüş Milli Şura yaradılması ideyasına dərhal dəstək verdi, bu ideyaya müxalifətin seçkilərdə iştirakını təmin etmək üçün bir istinad nöqtəsi kimi yanaşaraq, Milli Şuranın yaradılmasında və sonrakı fəaliyyətində mühüm rol oynadı.

Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq təmsilçiliyinə razılıq verdi, Milli Şuranın--demokratik düşərgənin seçkilərdə vahid namizədlə iştirakı təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina etdi,

Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şirada təmsil olunan bir sıra siyasi qüvvələrıin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün oldu.

Seçki kampaniyası dövründə professor Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, onun təbliğat və təşviqat kampaniyasının aparılması, seçki günü və seçkisonrası günlərdə Müsavat Partiyası bütün resurslarını səfərbər edərək, bütövlükdə seçki kampaniyasının təşkilində həlledici rol oynadı.

Beləliklə, demokratik düşərgənin toparlanması və müxalifətin seçkilərdə fəal iştirakı nəticəsində beynəlxalq təşkilatların obyektiv rəy verməsi 2013-cü ildə müxalifətin uğuru kimi qəbul edildi.

Bütün bunlara baxmayaraq, 09 oktyabr 2013-cü il Prezident seçkiləri nəticəsində Azərbaycanda hakimiyyətin azad və ədalətli seçki yolu ilə dəyişdirilməsi mümkün olmadı. Cəmiyyətdə populyar olan vahid namizəd ideyasının baş tutması belə, seçicilərin seçki prosesində fəallığını artırmadı. Seçki günü seçicilərin seçkilərdə iştirak faizi əvvəlki seçkilərdə olduğundan daha artıq olmadı, əkisnə bəzi seçkilərdəkindən daha az oldu. Gözləntilərə rəğmən cəmiyyətin siyasi partiyalarda təmsil olunmayan hissəsinin siyasi prosesə kütləvi qoşulması halı baş vermədi. Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir.

Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü.

Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə mütəffiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatçılıqla qarşılanıb.

Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəalliyətində Müsavat Partiyasi üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36

  • 
  • “Kimsə boykot variantına meyl edirsə...”

    “Kimsə boykot variantına meyl edirsə...” ...

    9-07-2013, 20:39

  • 
  • Müsavat Partiyası seçkilərdə iştirakdan imtina etdi

    Müsavat Partiyası seçkilərdə iştirakdan imtina ...

    28-10-2015, 16:42

  • 
  • Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələri ləğv olunub

    Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən ...

    2-09-2013, 18:50

  • 
  • Biz istənilən halda kənarda qalmaq niyyətində deyilik" - MÜNASİBƏT

    Biz istənilən halda kənarda qalmaq niyyətində ...

    3-07-2013, 17:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu