Paytaxtda qəzet satışına polis rəisləri niyə manne olurlar?
Son bir həftə ərzində Bakı şəhərində səyyar qəzet satışı ilə bağlı olaraq bir sıra problemlər yaranıb. Bu barədə «Gündəm xəbər»in son saylarında məlumat vermişik. Məlumat verərək bildirmişik ki, Bakı şəhərində xüsusilə Nəsimi, Nərimanov və Yasamal rayonları ərazisində səyyar qəzet satışı ilə bağlı olaraq bir sıra problemlər yaranmaqdadır. Bakının «20 yanvar» dairəsində səyyar qəzet satanlara ərazi üzrə məsul olan polis işçiləri bildiriblər ki, paytaxtda hansısa mühim əhəmiyyətli tədbir keçirildiyinə görə, səyyar qəzet satışı ilə bağlı olaraq müvəqqəti qadağa tətbiq edirlər. Dünən isə Bakının əhalinin sıx olduğu yerlərindən biri olan Nizami küçəsində («Tarqovi» red) də qadağalar tətbiq edilməyə başlayıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən səyyar qəzet satışı ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun cgöstərişi ilə «Tarqoivi»də də qəzet satışına əngəllər yaradılıb. Maraqlıdır ki, bu yaxınlarda dövlət başçısının qəzet redaktorları ilə görüşü zamanı məhz bu problemlə bağlı müzakirələr aparılmışdı. Müzakirələr nəticəsində qəzet satışına qoyulan qadağa məsələsi müzakirə olunmuşdu. Dövlət başçısı ilə redaktorların görüşü zamanı Bakı metrosunda qəzet satışına yaradılan əngəllər əsasən eyni dövrə təsadüf edirdi. Maraqlıdır ki, prezidentin qəzet satışına yaradılan əngəllərlə bağlı tənqidi mövqeyindən sonra bəzi məmurların bu sahəyə süni əngəllər yaratmayacağı qənaəti ortaya çıxmışdı. Lakin hələ ki, qəzet satışı ilə bağlı olaraq müsbət tendensiya müşahidə edilmir. Bakı metrosunda qəzet satışı bərpa edilməyib. Lakin bu obyektdə digər məhsulların pərakəndə satışı davam etməkdədir. Eyni zamanda son günlər əhalinin daha çox sıx olduğu küçə və meydanlarda qəzet satan şəxslərə qarşı da polislərin müdaxilələri müşahidə olunmaqdadır. Hər halda 2013-cü ildə prezident İlham Əliyev «Jurnalistlərin dostu» seçilib. Dövlət başçısının dostları ilə məmurların son görüşdən sonra da sərt davaranması başa düşülən deyil. Məsələ burasındadır ki, son günlər Bakı metrosunun rəisi Tağı Əhmədov, Bakı meri Hacıbala Abutalıbovla yanaşı daxili işlər naziri Ramil Usubovun da adı səyyar qəzet satışına müdaxilə edən məmurların sırasına daxil edilir. Redaksiyamıza müraciət edən qəzet satıcıları iddia edirlər ki, Bakıda onlara qəzet satmağı yasaqlayan poilslər belə bir göstərişin ən yüksək dairələrdən verildiyini iddia edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?