Gün ərazində Nəsimi rayonunda polis əməkdaşları səyyar qəzet satışı ilə məşgul olanlara qarşı reyd keçirdib.Qəzet satışı ilə məşgul olan insanları heç bir səbəb göstərmədən həbs edib polis bölmələrinə aparırlar.Nəsimi rayon ərazisində olan əməkdaşımız bildirir ki, rayon ərazisində parklarda,və digər insanların sıx oldugu yerlərdə polis səyyar qəzet satışı ilə məşgul olanlara qarşı reperesiyalar həyata keçirir.Polislər qəzet satışı ilə məşgul olan şəxsləri həbs edərək əllərindəki qəzetləri də müsadirə edir və insanlaı polis maşınlarına doldurularaq bölmələrə aparılır. Nəsimi rayon 22-ci polis bölməsi qarşısında bir qələbəlik yaşanıb.Məsələ ilə baglı Daxili İşlər Nazirlliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxladıq. E.Zahidov Nəsimi rayonunda səyyar qəzet satışı ilə məşgul olanların polis tərəfindən saxlanılmasından xəbərdar oldugunu bildirdi.Onun sözlərinə görə səyyar qəzet satışı ilə məşgul olanlar həbs olunmur sadəcə onlar ərazilərdən çıxarılır.Buda onunla əlaqədardır ki, səyyar qəzet satışı ilə məşgul olanlar maşınların hərəkət zolaglarında və digər təhlükəli yerlərində qəzet satışı ilə məşgul olurlar və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazələri yoxdur deyə Ehsan Zahidov bildirdi. Bildirək ki, əməkdaşımız Nəsimi rayon ərazisində müşahidə aparıb məsələ heçdə DİN mətbuat xidmətinin rəhbərinin dediyi kimi deyildir.Rayon ərazisində səyyar qəzet satışı ilə məşgul olanlar parklarda qəzet satışı həyata keçirirlər və polisdə parklara gələrək bu insanları saxlayır 22-ci polis bölməsinə aparıblar.Polis ərazilərdə reydlər keçirir səyyar qəzet satanlar hələdə polis tərəfindən saxlanılmaqdadır Mövzunu diqqətdə saxlayacayıq. Nazim
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?