Bu gün səhər saat 07:05 radələrində səyyar qəzet satıcısı Bayramov Təbriz Aydın oğlu Nərimanov rayonu Ticarət Mərkəzinin yanından keçərkən adı çəkilən rayonun 18-ci polis bölməsinin post patrul xidmətinin əməkdaşları, səyyar qəzet satıcısını tutaraq, bölməyə aparıblar. Polis əməkdaşları yeni təyin olunmuş rəisləri ilə əlaqə saxladıqdan sonra Bayramov Təbrizi heç bir əsas olmadan 80 manat cərimələyiblər. Sonra əlindəki bütün redaksiyalara aid olan qəzetləri müsadirə ediblər. Yarım saat bölmədə saxlanılan Bayramov Təbriz azad olunub və qarşısına polis tərəfindən şərt qoyulub ki, 80 manat ödəndikdən sonra qəzetləri götürə bilərsən. Bayramov Təbrizlə əlaqə saxlayarkən bizimlə söhbətində bildirdi ki, mənim 80 manat ödəmək imkanım yoxdur, halhazırda qəzetlər satılmamış polis bölməsində qalır. Artıq bundan sonra mən öz müştərilərimlə alış-veriş edə bilməyəcəyəm, əlimdən alınan qəzetlər satılmamış kimi qalır və bu da mənə və redaksiyaya ziyandır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?