Məşhur rusiyalı rəssam Nikas Safronov Azərbaycan prezidentinin də portretini çəkmək üçün sifariş alır
Bu günlərdə Britaniyada məmurların dövlət büdcəsinin vəsaiti hesabına öz portretlərini sifariş verdiyinə görə qalmaqal yaranıb. Bu məqsədlə büdcədən 250 min funt-sterlinq xərcləndiyi məlum olub. Qalmaqalın mərkəzində Leyboristlər Partiyasının üzvləri və bəzi nazirlər yer alır. Məlum olub ki, ən bahalı portret əmək və pensiya işləri üzrə nazir İan Dunkan Smitindir. Onun təsviri büdcəyə 10 min funta başa gəlib. Xarici işlər naziri Uilyam Heyqin portretinə isə 5 min funt xərclənib.
Britaniya parlamentariləri isə büdcə pullarının israf edildiyi barədə ittihamları rədd edərək bildirirlər ki, son vaxtlar portretlər üçün ayrılmış vəsaitləri onsuz da azaldıblar. Parlamentdə ancaq layiqli siyasətçilərin portretlərinə yer vermək mümkün olur.
“Kommersant” qəzeti isə araşdırıb ki, Rusiya da məmurlar tez-tez portretlər sifariş verir, lakin ən çox prezident Vladimir Putinin və baş nazir Dmitri Medvedyevin portretlərini. Baxmayaraq ki, qanunda məmurların iş kabinetlərində prezidentin portretinin olmasına dair heç bir müddəa yoxdur.
Lakin Qərb ölkələrindən fərqli olaraq Rusiyada məmurların portretlərə nə qədər xərclədiyi barədə məlumat yoxdur. Sifarişlərin 90 faizi isə Putinin portretləri olur. Məşhur rusiyalı rəssam Nikas Safronov təkcə Putinin yox, digər keçmiş sovet respublikalarının da prezidentlərinin portretlərini çəkmək üçün çoxlu sifaişlər alır. Safronova sifariş vermək prestij hesab olunur. O, prezidentlərdən Putinin, Medvedyevin, habelə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və Azərbaycan prezidenti İlham Əliyevin portretlərini çəkib. Safronovun çəkdiyi portretlər on minlərlə avro qiymətindədir.
Sorğu
Yeni dizaynımız necədir?