GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir

Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir

Tarix: 28-12-2012, 11:13 Bölmə :Manşet Baxış: 1 055
Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir
Meliorasiya nazirinin əmlakı müsadirə oluna, vəzifə üzünə həsrət qoyula bilər

gundemxeber.az İllərdir Azərbaycanda bütün sahələrin korrupsiya və rüşvətxorluq girdabında çabalaması haqda danışılır. Dövlət qurumlarında korrupsiyanın mövcudluğu ümumi şəkildə hər kəsə bəlli olsa da, konkret detallar, nə qədər vəsaitin yoxa çıxarılması, söhbətin təxminən də olsa, hansı məbləğdən getməsi haqda çox az-az hallarda faktlar əldə etmək olur. Maraqlıdır ki, hər hansı bir jurnalist maxinasiyalardan, mənimsəmələrdən yazanda aidiyyəti qurumlar, hakimiyyət rəsmiləri bunu əksər hallarda danmağa çalışıblar, yaxud da iş bərkə düşəndə, “konkret fakt göstərin” - deyə iddia ortaya qoyurlar.
Çox böyük çətinliklər hesabına aparılan araşdırmalar nəticəsində üzə çıxarılan konkret faktlar qarşısında isə susqunluq nümayiş etdirilir. Faktlara heç bir rəsmi reaksiya verilmir, yaxud da araşdırmalar aparılması halına rast gəlinmir. Məsələn, əməkdaşlarımızın apardığı araşdırmalar nəticəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətində (ASC) üzə çıxarılan korrupsiya faktları hakimiyyəti, deyəsən, narahat etməyə başlayıb. Qeyd edək ki, sözügedən ASC-nin rəhbəri Əhməd Əhmədzadənin xeyir-duası ilə burada il ərzində milyonlarla manat dövlət vəsaiti mənimsənilir. Bu qurum Səngəçal sahilindəki villa inşasında qeyri-qanuni olaraq iştirak edib, torpaqları şorandan təmizləmək, suvarma kanalları, anbarları qurmaq adı altında milyonları göyə sovurub. Təkcə onu qeyd etmək kifayətdir ki, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək adı altında cənab Ə.Əhmədovun sifarişi ilə 2006-cı ildə 200 min, 2007-ci ildə 2 milyon, 2008-ci ildə isə 2 milyon manat vəsait ayrılıb. Lakin həmin kəndlərdə bu məntəqələrdə milyonlar “xərclənmiş” suvarma obyektlərinin heç izi də yoxdur. Həmçinin qurum 2006-2009-cu illər ərzində sahilbərkitmə işləri adı altında 5 milyon manat “xərcləyib”. Digər maxinasiyaları bir kənara qoyaq, təkcə bu işlərdən Ə.Əhmədzadə cənabları 10 milyon manata yaxın məbləği “silib”. Ümumiyyətlə 2004-2010-cu illər ərzində Azərbaycanda su təsərrüfatı, meliorasiya, drenaj, sahilbərkitmə və bəndvurma işləri üçün dövlət büdcəsindən ümumilikdə 1.1 milyard manat, xarici kredit şəklində isə 200 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Amma nəticə ondan ibarətdir ki, daşqınlar baş verən ərəfədə Kürün lillənmə səviyyəsi yüksək, sahilbərkitmə, bəndvurma işləri qeyri- qənaətbəxş, Ehtiyyat Su Anbarlarının təmir olunması işi isə yarıtmaz səviyyədə olub. Digər tərəfdən uzun müddət lildən təmizlənməyən Mingəçevir Su Anbarının idarə olunması işi düzgün təşkil olunmamış, daha çox ölkədə su sisteminin tənzimlənməsi, idarə olunması və ehtiyyat anbar vəzifəsini yerinə yetirməli olan sözü gedən müəssisədən ucuz vasitələrlə elektrik enerjisi almaq istəyi 2010-cu ildə Kür daşqınlarının baş verməsində həlledici faktorlardan olub.
Redaksiyamıza daxil olan məlumata görə bir neçə il əvvəl baş verən Kür daşqınları zamanı onun korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-isifadə etməsi ilə bağlı hazırlanan qovluq yenidən səhifələnməyə başlayıb. Buna səbəb isə Ə.Əhmədzadənin korrupsiya əməllərinin hakimiyyət üçün ciddi problemlər yaratmasıdır. Belə ki, hazırda Kür daşqınları ilə bağlı məhkəmə gedir və orada Ə.Əhmədzadəyə qarşı da ittihamlar olduğundan bir neçə dəfə ASC sədrinin məhkəməyə gətirilməsi tələb olunub. Məhkəmə prosesində Kür daşqınlarından zərər çəkmiş 100-dən artıq vətəndaş iddiaçı qismində çıxış edir. İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan və işçi qüvvəsindən istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- bağçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyətyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə-yeksan edib bəndlərə sərf olunduğunu bildiriblər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC-ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb ediblər. 100-dən artıq şikayətçi artıq bir neçə yüz vətəndaşın etirazçı kimi hakimiyyətə qarşı durması deməkdir ki, bu da kifayət qədər böyük qüvvədir. İndiki məqamda iqtidarın belə bir qüvvəni özünə qarşı qaldırmayacağı aydındır və mənbəmizin məlumatına görə bu işdə ciddi qurban veriləcəyi gözlənilir. Mənbəmizin sözlərinə görə bu şəxs Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə olacaq.
Bəs Ə.Əhmədzadənin yuxarıda qeyd etdiyimiz əməlləri hansı cinayət məsuliyyəti yaradır? Qeyd edək ki, əgər bu deyilənlər məhkəmə istintaqında təsdiqini taparsa(obyektiv araşdırmanın isə bu təsdiqi ortaya qoyacağına şübhə yoxdur), bu əməl sahiblərini olduqca ağır cəzalar gözləyir. Çünki burada söhbət bir qrup şəxs tərəfindən dövlət əmlakının külli miqdarda mənimsənilməsindən gedir. 7 min manatdan yuxarı pulun mənimsənilməsi külli miqdar hesab edilir. Bu cinayət mütəşəkkil dəstə tərəfindən törədildiyinə görə ağır və ya xüsusi ilə ağır cinayət əməli kimi tövsif edilməlidir. Bu halda Cinayət Məcəlləsinin 179.3.2 (mütəşəkkil dəstə tərəfindən onlara etibar edilmiş dövlət əmlakını külli miqdarda talama) maddəsi ilə cinayət işi başlanılmalıdır. Bu əmələ görə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu şəxslərin əməlləri təkcə bu maddə ilə yekunlaşmayacaq. Deyilənlər təsdiqini taparsa, təkcə bu maddə ilə deyil, digər maddələr üzrə də onlar məsuliyyətə cəlb edilə bilərlər. Çünki onlar digər cinayət əməlləri də törədiblər. Bu şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifəli şəxsin səlahiyyətlərindən ağır nəticələrə səbəb olan şəkildə sui-istifadə etməsi) maddəsi ilə də cinayət işi başlanıla bilər. Bu maddə ilə mühakimə olunan şəxslər 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək həbs cəzasına məhkum oluna bilərlər. Bundan başqa, onların əməllərində 313-cü (vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulan cinayət əməli də var. Qeyd edək ki, bu maddə ilə mühakimə olunan şəxs əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmçinin bu mütəşəkkil dəstə şəklində həyata keçirilən əməldə 311.3-cü (rüşvət) maddəsində nəzərdə tutulan cinayət əməli aşkarlana bilər. Bu maddə ilə şəxsi 8 ildən 12-dək cəza gözləyir.
Sonda onu da bildirək ki, KİV Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə, bu faktları dərc etdikdən sonra fakt üzrə cinayət işinin başlanması tələbi ilə baş prokurora müraciət edə bilər.
Şamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir

    Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir ...

    28-12-2012, 11:49

  • 
  • Bakı Dövlət Sirkində böyük yeyinti

    Bakı Dövlət Sirkində böyük yeyinti ...

    27-12-2013, 15:50

  • 
  • Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır

    Əbülfəs Qarayev üçün korrupsiya tələsi hazırdır ...

    8-12-2013, 11:51

  • 
  • İqtidar düşərgəsində şok dəyişikliklər planı

    İqtidar düşərgəsində şok dəyişikliklər planı ...

    12-01-2014, 00:20

  • 
  • Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

    Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər… ...

    8-12-2015, 23:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu