GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli İnsanov Azərbaycanda inqilabdan danışdı

Əli İnsanov Azərbaycanda inqilabdan danışdı

Tarix: 17-01-2014, 22:29 Bölmə :Manşet Baxış: 1 093
Əli İnsanov Azərbaycanda inqilabdan danışdı
Sabiq səhiyyə naziri ona işgəncə verildiyini deyir

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə qarşı şikayəti üzrə məhkəmə keçirildi.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesdə Penitensiar Xidmətin nümayəndəsi iştirak etsə də Ədliyyə Nazirliyinin təmsilçisi prosesə qatılmamışdı.

Əli İnsanov ədliyyə naziri Fikrət Məmmədovun özünün məhkəmədə iştirakı barədə vəsatət qaldırdı: “Mən bu iddiamda əsas şəxs kimi Fikrət Məmmədovu göstərmişəm. O, nəyə arxayındır axı? Niyə gəlməyib? Heç nümayəndəsini də göndərməyib. Mənə verilən işgəncələrin başında şəxsən onun özü durur. Xalası oğlu İlham Əliyevəmi güvənir? Fikrət Məmmədov məhkəməyə dəvət olunsun. Mənim ona suallarım var”.

Penitensiar Xidmətin nümayəndəsi Ziya Dadaşov vəsatətə münasibət bildirərkən dedi ki, Penitensiar Xidmət Ədliyyə Nazirliyinin strukturudur, bu səbəbdən məhkəmədə onun iştirakı ilə kifayətlənmək olar, prosesdə Ədliyyə Nazirliyinin də təmsil olunmasına heç bir ehtiyac yoxdur.

Əli İnsanov bir daha məhkəməyə müraciət edərək Fikrət Məmmədovun özünü prosesdə görmək istədiyini bildirdi: “Bizim işimiz belə getməyəcək. Hardadır bu məmləkətin ədaləti? Ədliyyə naziri heç sizin özünüzü sayıb bura nümayəndə göndərmir. Fikrət Məmmədov nə vaxtdan bəri Əli İnsanovu saymır? Yanındakıları idarə edə bilməyən adam bu boyda nazirliyi idarə edir. Bizə də işgəncə verdirir”.

Məhkəmə qərara aldı ki, proses Ədliyyə Nazirliyinin nümayəndəsi olmadan keçirilə bilməz. Təxirəsalınma barədə qərar Əli İnsanovun etirazına səbəb oldu: “Çünki siyasi göstəriş belədir ki, bu proses uzansın. Məhkəməni uzatmaq üçün bəhanə axtarırılar. Bu işi nə vaxta kimi təxirə salacaqsınız? Təxirə sala-sala 2014-ə gəlib çıxdıq”.

Qeyd edək ki, noyabrın 13-də Ali Məhkəmənin Plenumunda Əli İnsanov barəsindəki hökmün qüvvədə saxlanılması ilə bağlı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları ləğv olunub. İş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Günün ikinci yarısında Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçmiş səhiyyə nazirinin şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə Əli İnsanovun müdafiəçiləri vəsatət qaldırdılar. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi, işin birinci instansiya məhkəməsinə qaytarılması və sabiq nazirə bəraət verilməsi ilə bağlı qaldıran vəsatətlərin heç biri təmin edilmədi.

Əli İnsanov çıxışında siyasi sifarişlə həbs edildiyini məhkəmənin nəzərinə çatdırdı və hakimiyyətə sərt ittihamlar səsləndirdi: “9 illik işgəncədən başqa tərcümeyi-halımda heç nə yoxdur. Avropa İnsan Haqları Məhkəməsinin mənim haqqımda çıxardığı qərarı Azərbaycan icra etmir.Axı mən hansı cinayəti törətmişəm? Sifariş verilib ki, Əli İnsanov burdan çıxmamalıdır. Sizin haqqı bərpa etməyə gücünüz çatmır. Heç olmasa batili ifşa etməyə gücünüz çatsın. Bunu siz də etiraf edin. Bu prosesi elə-belə aparmayın. Mən bura susmağa gəlməmişəm. Bu 9 ildə hakimiyyətin ən ağır ölüm düşərgələrindən keçib gəlmişəm. Biz beləmi arzulamışdıq? Mənim qolum qırılaydı İlham Əliyevə dəstək olduğum yerdə. Gecə-gündüz məndən əfv yazmaq diləyirlər, amma yazmıram”.

Ə.İnsanov daha sonra Ali Məhkəmənin mövqeyindən narazılığını bildirib: “Ali Məhkəmənin sədri Ramiz Rzayev qanunun tələbi yox, göstəriş əsasında qərar çıxarır. Məni həbsdə saxlamaq üçün birinci instansiya məhkəməsinin hökmünü ləğv etmədilər. Halbuki Avropa Məhkəməsinin aşkarladığı pozuntular orda baş vermişdi. Ramiz Rzayev Avropa Məhkəməsinin qərarının icrasına imkan vermədi. Ramiz Rzayev deyir ki, biz müstəqil dövlətik, heç bir beynəlxalq təşkilat bizə göstəriş verə bilməz. Nə qədər də qüsurlu tezisdir! 30-a yaxın məhkəmə iddiam olub, 100-ə yaxın məhkəmə iclası keçirilib. Necə ola bilər ki, bunların birində də vətəndaşın xeyrinə qərar çıxarılmasın? Üç vəsatətin heç birini təmin etmədiniz. Burada baş verənlər açıq-aşkar qərəzin təzahürüdür. Cidanı çuvalda gizlətmək olmaz. Mən bilirəm ki, siz hakimlər hər ay Heydər Əliyev Fonduna 50 min manat pul köçürürsünüz. Hardan alırsız bu pulları? Sizin halınıza acıyıram”.

Ə.İnsanov NİDA Vətəndaş Hərəkatını dəstəklədiyini bildirib və həbsdə olan gənc fəalların valideynlərinə təşəkkür edib: “Hüqo deyirdi ki, diktatura və inqilab əkiz qardaşdır. Bu ölkədə diktatura var. İnqilabı da NİDA vətəndaş hərəkatı başlayıb və bu proses başa çatacaq. Azərbaycanın gələcəyi və Azərbaycan inqilabı bu gənclərlə bağlı olacaq...”

Məhkəmə yanvarın 31-də saat 14:30 da davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır

    Əli İnsanov bu gün ikinci məhkəməyə hazırlaşır ...

    17-01-2014, 12:34

  • 
  • Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video)

    Əli İnsanov ədliyyə nazirini ittiham etdi (Video) ...

    17-01-2014, 15:35

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • Əli İnsanov sürpriz şəkildə azad oluna bilər

    Əli İnsanov sürpriz şəkildə azad oluna bilər ...

    31-01-2014, 10:36

  • 
  • Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib

    Əli İnsanov ədliyyə nazirini məhkəməyə verib ...

    27-12-2013, 00:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (487)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu