GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » + 20 yanvar faciəsi və Arif Alışanovun karyerası

+ 20 yanvar faciəsi və Arif Alışanovun karyerası

Tarix: 20-01-2014, 14:08 Bölmə :Manşet Baxış: 1 379
+ 20 yanvar faciəsi və Arif Alışanovun karyerası
Az.TV sədri Alışanov dövlət şirkətinin rəhbəri olsa da, dövlət əleyhinə olanların varislərini müdafiə edir?!

Azərbaycan üçün getdikcə adiləşən, komandaya və dövlətə xəyanətin təntənəsi üstündə ucalmanın dadını çıxarmanın yaşam prinsipinə çevrilmə faciəsini qısaca belə izah edək: Az.TV sədri Alışanov Arif qulluq göstərə biləcəyi bütün antimilli, antikomanda ünsürlərinin qulluğunda durub! Ki… xəyanət edənlərin sırasında və komandasında personaların biri də özü olsun. Hər kəs yaşam və əxlaq seçimində azaddır və demokratik dəyərlərə hörmət əlaməti olaraq, Alışanov Arifin seçiminə hörmət edirik. Hörmət etmədiyimiz odur ki, arifliyini karyeristlikdə sərgiləyən (lazım gələndə “narxoz”un diplomunu, lazım gələndə jurnalistika fakültəsinin diplomunu dekanı Cahangir Məmmədli ilə birgə “satın alıb” ortada gah “buxaltır”, gah da “jurnalist” kimi “ucalma”, vəzifə tutma) Alışanovun həm də adamları, vəzifəni, hörmətdən salmağıdır. Bunlar da bir yana, adam dövlətçilikdə ittiham etdiyi adamın balasını qanadı altına alıb, özünə “kölgə komandası” yaradır! Bu isə ölkədə “hər şeyin nəzarətdə olması” söhbətlərini şübhə altına alır.
Deməli, diqqətə belə bir faktı çatdırmaq çox vacibdir ki, dediklərimizin nədəni, yanğısı bəlli olsun və Alışanovun kimliyi kimi, bizim də səmimiyyətimiz, dövlətçilik təəssübümüz ortada olsun!
ƏVVƏLA: Alışanov, Nizami Xudiyevin dönəmində çox parlaq “uğurlara” imza atıb və bu uğurlardan biri də odur ki, Elşad Quliyevin əleyhinə toplanmış yüzlərlə imzadan biri və birincisi elə onun özünün imzası olub. Və məhz bu imzaatmadan sonra həmən də mükafatdan şirniklənən Alışanovun Az.TV-dəki bütün maliyyə maxinasiyalarını sadalamağa və üstünə getməyə ehtiyac görmürük – adını “müstəqil” və “azad” qoyan “demokratik mətbuatın qaranquşları” çoxdan “aylıq haqlarını” Alişanovdan ədəbi-ərkanla alırlar və heç onların vecinə də deyil ki, dövətin əmlakının dağıdılması faktı üstündə özlərinə gün qururlar. Və həm də ona görə dərinə getmirik ki, bu yandan Arif öz neqativlərini belə satınalmalarla yuyursa, o yandan da həmin qəzetləri “Qasid”in qabağında “pulumuzu verin” aksiyasını yaşama acizliyində saxlayır. Bu maraqlı deyil. Maraqlı olan bax budur:
Xudiyevin rəhbərliyi Alışanovun imza başçılığı ilə başlanan “Elşad Quliyev enerji blokunu partladıb” kampaniyası onunla ilkləndi ki…
TARİXƏ EKSKURS: Əslində nə olmuşdu? 97-98-99-cu illərdə hər “Qanlı Yanvar” ərəfəsində məlum verilişlər verilirdi və bu verilişlərdə “Qanlı Yanvar” faciəsinin başlanğıcı kimi, enerji blokunun partladılması nümayiş etdirilirdi. Ayrı cür mümkün də ola bilməzdi və o verilişlərdə faciənin haradan qaynaqlandığı və necə start götürməsini bizlər efirdən görürdük!!! Bizə “Elşad Quliyevin düşmənlə əlbirlik və xəyanət” həqiqətlərini Az.TV-nin çoxminli kollektivi birbaşa öz efirindən çatdırırdı! Hal şahidləri qeyd edirdilər ki, enerji bloku elə-belə partladılmayıb! Onu Az.TV-nin sabiq sədri Elşad Quliyevin razılığı ilə “Alfa” qrupu efir cəbhəçi ünsürlərin əlinə keçməsin deyə partladıb! O verilişlərdəki həqiqət yükünü yadımda həmişəlik saxlayan məqamlardan birini çatdırmaqla xüsusi vurğulamaq istəyirəm ki, niyə “Elşad Quliyev xəyanəti” yadımdan nəinki bu günə qədər, ümumiyyətlə heç vaxt çıxmaz: Hal şahidlərinə başçılığı Elşad Quliyevin bacısının əri, indiki sədr Arif Alışanovun keçmiş qudası Əhməd Aşurbəyov, tanınmış rejissor Nazim Abbas(ov) “Qanun” proqramının baş redaktoru Araz Əliyev, onda da, indi də həmkarlar komitəsinin sədri olan Sərhəd Qasımov və neçə-neçə digər Az.TV “sanballıları”ciddi dəlillərlə göstərirdilər ki, bu cinayətin müəlliflərindən biri Elşad Quliyevdir!!! Və elə o verilişlərdə məlumat verildi ki, Bakı Şəhər Prokurorluğunda “Alfa” qrupunu Az.TV-nin enerji blokunu partlatmaq üçün dəvət etdiyinə görə Elşad Quliyevə qarşı cinayət işi başlanılıb. Az.TV kollektivinin Elşad Quliyevin “xəyanətə köklənən müstəsna xidmətləri”ni təsdiqləyən ucdantutma sorğu-sual kampaniyası da göz yaddaşımızdan silinməz! Çünki, bu kampaniyanı aparan adamlar bütün kollektivlə qol çəkmişdilər ki, onlar məlum cinayətdə Quliyevin iştirakını təsdiqləyirlər. Allah keçsin günahımdan, bəlkə də qol çəkməyən iki-üç adam olub, bilmirəm, amma onu bilirəm ki, neçə il bu kampaniya efirdə davam elədi. Elşad Quliyevin adı “Qanlı Yanvar” faciəsində hallandı, hallandı və…nəticəsi bu gün də bəlli deyil. Kampaniya o başlanan oldu!
Digər tərəfdən, tapşırılan hər bir xəyanət kampaniyasını yüksək səviyyədə başa çatdıran Alışanov Arifin bu missiyası hələ də bitməyib və səs-soraq da yoxdur. Əksinə, dövlətə, xalqa, dövlətçiliyə xəyanətdə ittiham etdiyi Elşad Quliyevin oğlu Cəmil Quliyev çox az sonra Alışanovun sədr olduğu Az.TV-də “Mədəniyyət” kanalının rəhbəri kimi peyda oldu. Özünün nə ixtisası, nə də televiziya sistemində heç bir uğuru olmayan, bacardığı “almanı tumuyla bir yerdə yeməkdən o yana keçməyən Kərimov” artıq… ölkənin İCTİMAİ telekanalının rəhbəridir! Demək artıqdır ki, kuluarlarda hamı “İctimai”ni Az.TV-nin kölgəsi və əvəzedici heyəti kimi qəbul edir. Bax, faciə həm də budur: ölkə susur və dünənəcən özlərini “razrez”ə və “dekolte”yəcən cırıb şivən qoparanlar Elşad Quliyevin də xəyanətini, Alışanovun da xəyanətini və “İctimai”-də baş verən iyrənclikləri də görməməzliyə vururlar. Özlərini lezvalayanlar üçün “İctimai”nin özü yox, kimin orada işləyib işləməməsi maraqlı imiş! Maraqlı olan bu – “azad və demokratik mətbuatın BƏYquşlarını” məhz bu narahat edirmiş!!!
SÖZARASI: Xudiyevin bu xalq qarşısında xidmətləri dəhşətli dərəcədə müstəsnadır – adam müəllim olaraq hamıya görk etdi və başa saldı ki, Az.TV-dəki iki minə yaxın əməkdaş başda Alışanov olmaqla, bir qarın çörəyə ən müqəddəs dəyərlərə tüpürənlərdir!
İkincisi, Alışanovun kimliyini bu gün biz məhz Nizami Xudiyevin ustadlığına görə müəyyən edə bilirik. Adam “xəyanətkar” deyə taleyinə qara çəkdiyi adamın tərbiyəsini almış, çörəyini yemiş birisini əsir götürüb, zombi kimi qəddarcasına ondan istifadə edərək, xalqın müqəddəs dəyərlərinə hörmətsizliyə məcbur edir.
Cəmil Quliyev Azərbaycanda “İctimai” televiziyanın tarixində ən silinməz və miskin “rəhbəri” kimi qalacaq.
ƏVVƏLA:
1. Bu dövləti müxalif düşüncəyə qənimlikdə və antidemokratiklikdə ittiham edənlər öz yaxınlarının və ətaflarının təzyiq altında saxlanmasını bəyan və iddia etdikləri halda, bu yandan görürlər ki, dövlətə xəyanət etmiş birisinin oğlu ən birinci kanaldadır və rəhbərdir. İkinci qüsur odur ki, əqidə və komanda müxalifliyi önəm daşısa da, dövlətə xəyanət önəm daşımır?! Ən böyük zərbə dövlətin imicinə dəyir!!!
İşim bir daha bunu vurğulamaqdı: bu ölkədə vəzifə üçün hər şeyindən keçən o qədəri var ki, nə hay düşüb ki, bir almanı tumsuz yeyib gizlətməyi də bacarmayan “Kərimov”un umudunamı qaldınız? Həyatda bircə nəfərlə də dostluğu olmayan, “peraşki”dən başqa nəsə həzmə göndərdiyini görməyən bir şişmanı bir bu qədər də şişirtməyə dəyərdimi?

Bəlkə, Alışanovun arifliyinin nədənini anlayaydınız – Az.TV-dəki iki minə yaxın adından keçənlərlə birgə olması təhlükəsini (bizim üçün yox e, özünüz üçün) nə qədər dəhşətli olduğunu anlayaydınız?
İtirən biz deyilik. Komanda və dövlətin imicidir.
TƏƏSSÜB: Prezidentə bunu çatdırmaq çox çətin məsələdir. Ona “Kərimov”dan və Alışanovdan ancaq və ancaq “yaxşı” olanı çatdırırlar. Təlaş və təəccüb də bu doğurur ki, doğrudan da, cənab prezident doğrudandamı bu tip yaxşıları təqdir edir!”
Alışanovun yaratdığı və yaşatdığı faciə bax budur!!!
YAZININ HÖKMÜ: Bu mövzuya müraciətdə məqsədimiz odur ki, XALQIN MÜQƏDDƏSLİYƏCƏN UCALTDIĞI faciədən yararlanma amilləri günümüzdə tramplinə çevrilib. Haqlı sual ondan ibarətdir ki, əgər bu mücadilədə xəyanət yolu tutmuş adamlar olubsa, onda niyə Az.TV-nin keçmiş və indiki, həm də aralıq rəhbərliyi başda Elşad Quliyev olmaqla cəzasız qaldılar, qalıblar və qalacaqlar?! Yox, o verilişlər həqiqət donunda yalan, şantaj idisə, yenə də cəzasız qalanlar var: bu yalana imza atanlar, müəlliflər niyə cəzasız qalıb!? Hər bir halda, ən doğru və dürüst fikri istintaq deyə bilər. İstintaq isə susur.
SON: Xatırlatmağı borc bilirəm – Heydər Əliyevin o hadisələrlə bağlı münasibəti bəlli idi və verilişlər də məhz Onun sağlığında efirdən yayımlanıb. Cinayət işi də Onun sağlığında başlanıb! Mən bu baxımdan hətta məntiqi sualı yazmağa üşənirəm. Görəsən, Bakı Şəhər Prokurorluğunda da pəncərələri taybatay açmağa ehtiyac varmı ki, otaqların havası dəyişsin, cinayətkarlar cəzalansın???

Aydın Canıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir

    Arif Alışanov iqtidariçi qovğaların güdazına gedir ...

    12-12-2013, 21:25

  • 
  • Arif Alışanov çətin durumda

    Arif Alışanov çətin durumda ...

    19-02-2013, 11:10

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • Arif Alışanova qarşı ağır ittihamlar

    Arif Alışanova qarşı ağır ittihamlar ...

    4-02-2013, 10:37

  • 
  • Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?

    Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? ...

    16-11-2015, 12:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu