GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Ermənistanla müharibə hər an başlaya bilər..."

"Ermənistanla müharibə hər an başlaya bilər..."

Tarix: 24-01-2014, 15:09 Bölmə :Manşet Baxış: 676
"Ermənistanla müharibə hər an başlaya bilər..."


Artıq bir neçə gündür ki, cəbhəboyu ərazilərdə gərginlik yaşanır. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində atəşkəs sutka ərzində bir neçə dəfə pozulur. Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib. Vəziyyətin bu qədər gərginləşməsi cəbhəyanı ərazilərdə yaşayanlar, eləcə də ölkə vətəndaşlarında müharibənin başlanacağı ilə bağlı narahatlıqlar yaradıb.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, müharibə hər vaxt başlaya bilər. Onun sözlərinə görə, yalnız Azərbaycan hərbi kəşfiyyatı bu məsələlər haqqında erməni tərəfinin həqiqi düşüncələrini və planlarını bilir.

“Malik olduğumuz informasiyalar Müdafiə Nazirliyinin yaydığı məlumatlara söykənir. Bu mənada ordunun yüksək döyüş vəziyyətinə gətirilməsi və səfərbərlik tədbirlərinin həyata keçirilməsi, Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi daha intensiv pozmasının konkret məqsədləri var. Azərbaycan tərəfinin nəinki qarşılıqlı reaksiyalar verməsi, eləcə də başqa xarakterli tədbirlər həyata keçirməsinə ehtiyac duyulur. Söhbət ilk növbədə ermənilərin planlarının sındırılmasından gedir. Təbii ki, ölkənin ali baş komandanı bu proseslər haqqında daima məlumatlandırılır. Əminik ki, bu məxfi informasiyalar əsasında daha mötəbər qərarlar veriləcək. Bütün bu əməliyyatlar müharibənin anonsudumu, yoxsa Azərbaycanın xarici siyasətinə təsir göstərmək və ya hansısa bəlli dairələrin öz maraqlarını həyata keçirmək siyasətidir? Bunu demək o qədər də asan deyil. Hesab edirəm ki, Azərbaycan hərbi kəşfiyyatı bu məsələlər haqqında erməni tərəfinin həqiqi düşüncələrini və planlarını bilir. Bu səbəbdən məsələyə yanaşmada da bir sistemlilik və dəqiqlik qərarlar mövcuddur”.

Müdafiə nazirinin yeni bir şəxs olması və prosesin daimi nəzarətdə saxlanıldığını onun dəyişən situasiyaya uyğun addımlar atdığını, hərbi taktikanı daha ciddi, daha yüksək səviyyədə qurmaq imkanlarının olduğunu deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət narahat olmamalıdır.

Buna baxmayaraq, Zahid Oruc onu da qeyd edib ki, müharibə hər zaman başlaya bilər:

“Çünki ortada qoruyucu bir qüvvə yoxdur. Sülhməramlı qüvvələr iki düşmən tərəf arasında vasitəçilik etmir. Hər iki tərəf arasında məsafə 50-70 metr olması və atışmaların intensivliyi lokal toqquşmaları, böyük miqyaslı savaşları bərqərar edə bilər. Amma düşünürəm ki, müharibənin başlanması bir tərəfin özünün qərarı ilə olsa da müharibənin qurtarması birtərəfli qaydada reallaşmaya bilir. Çünki müharibənin öz qanunları və tələbləri var. Bu səbəbdən beynəlxalq qüvvələri bu prosesə cəlb etməli, bütün beynəlxalq aləmə günü bu gün daxil olmaqla cəbhə xəttindəki gərginliyin əsl səbəblərini çatdırmalıyıq. Bunlar orada yaşayan insanlarımızın təsərrüfat həyatlarına zərbə vurmaq, gəncləri oradan uzaqlaşdırmaq və əhalinin öz yerlərini boşaltması üçündür. İkincisi, Rusiyadan qaçaqmalçılıq yolu ilə alınan külli miqdarda silah kütləsini satmaq, əritmək, necə deyərlər Azərbaycanı daim silah almağa vadar etmək siyasətinin tərkib hissəsidir. Bundan başqa bütün dünyaya bölgənin qeyri-stabil olmasının göstərmək və bura yatırım etməyin qarşısının alınmasıdır. Dördüncüsü isə ayrı-ayrı qərb dairələri açıq şəkildə Rusiyadan belə mesajlar verirlər ki, bölgənin ağası şimaldadır. Bu kimi məsələlər çoxdur. Çünki bu gün Azərbaycan bölgənin fəal şəkildə əsas iqtisadi xəritəsini müəyyənləşdirir. Xatırlayırsınızsa, xanım Klintonun regiona səfəri zamanı da böyük itkilərlə müşayiət olunan pozuntular baş vermişdi. On a görə də, ATƏT-in buradakı müşahidə missiyasına, beynəlxalq mandatlı qüvvələrə, Anjey Kasperşikin monitorinq qrupuna güllə atan ermənilər varsa vəziyyətin gərginliyini hər kəs dərk etməlidir. Amma bugünkü gerçəklikdə müharibənin başlanmasını demək üçün daha da yetərli informasiyalar ehtiyac var”.

Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin Fransada görüşməsi ilə silahlı qüvvələr arasında atəşkəs rejiminin pozulması arasında paradoks olduğunu və danışıqlara tabe olmaq istəməyən qüvvələrin olması ilə bağlı sualımıza münasibət bildirən millət vəkilinin sözlərinə görə, səhra komandirləri Ermənistan iqtidarından fərqli düşünürlər. Bu səbəbdən də onlar danışıqları qəbul etmir və prosesin yalnız hərb müstəvisində qalmasını çalışırlar.

“Əslində bu versiyanı mötəbər saymıram. Düşünürəm ki, bütün addımlar Ermənistanın siyasi rəhbərliyindən onların söykəndiyi Moskva dairələrindən qaynaqlanır. Düzdür Rusiyanı son hadisələrdə günahlandırmaq üçün daha yetərli arqumentlərə yiyələnməliyik. Soçi Olimpiadasının başlayacağı fonunda onsuz da Şimali Qafqazda gərgin situasiya və terrorla üz-üzə olan dövlətin əlavə gərginlik ocaqlarını yaratmalarını gerçək saymaq olmaz. Amma bilirik ki, Qarabağdakı hərbi proseslər Rusiyaya son dərəcə bağlıdır. Odur ki, proseslərdə üçüncü qüvvələri nə dərəcədə təsirli rol oynayırlar sualına deyə bilərəm ki, burada iki cür mövqe sərgiləmək olar. Artıq vurğuladıq ki, bunlar danışıqlara zərbə vurmaq və bəzi danışıqlarda daha çox güzəşt qoparmaq Azərbaycanı nələrəsə vadar etmək məqsədi daşımaqdır. Diskusiyalar zamanı qarşı tərəf baxın, bizə tabe olmayan Qarabağ ermənilərinin olmasını deyərək bizi onları razı salmaq üçün hansısa konsensus şərtlər irəli sürmək kimi siyasətinə də alət edə bilərlər. Odur ki, məsələ kifayət qədər çoxparametirli tənlik səviyyəsindədir. Biz onu həll etmək üçün hər bir məhsulu ayrılıqda açmalıyıq. Ona görə də düşünürəm ki, bu proses Azərbaycanın beynəlxalq maraqlarına, xarici siyasətinə, bölgədəki sülhə, əmin-amanlığa, transmilli layihələrə zərbədirsə, Qərb dövlətlərinin də digər dairələrin də prosesə qoşulmağına ciddi ehtiyac var”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

    Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – ...

    23-01-2014, 20:50

  • 
  • AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ BAŞLAYIR?

    AZƏRBAYCAN QIRICILARI HAVAYA QALXDI- MÜHARİBƏ ...

    24-01-2014, 13:24

  • 
  • Müdafiə Nazirliyi: Şəhid zabitimizin qanı yerdə qalmayacaq

    Müdafiə Nazirliyi: Şəhid zabitimizin qanı yerdə ...

    27-01-2014, 13:49

  • 
  • Müdafiə Nazirliyinin cəbhədə erməni təxrtibatına cavabı

    Müdafiə Nazirliyinin cəbhədə erməni təxrtibatına ...

    15-07-2016, 13:26

  • 
  • Atəşkəsin 13 dəfə pozulduğu deyilir

    Atəşkəsin 13 dəfə pozulduğu deyilir ...

    26-05-2016, 16:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu