Müğənniliyə yeni başlayan Könül Şıxəliyeva maraqlı açıqlaması ilə şou-biznəsdə mən də varam deyib. “Qafqazinfo”ya açıqlama verən ifaçı deyib: “Mən bir ilə yaxındır ifaçılıq edirəm. Belə baxanda bir ifaçı üçün əsas görünüş və səsdir. Səsim də var, görünüşüm də... Elə ifaçılar var ki, səsi var, amma görünüşü bərbaddır. Mən özümə və gözəlliyimə inanıram. Onu da deyim ki, mən müğənnilik sənətini çox sevirəm”. Könül ifa etdiyi mahnılardan da danışıb: “Repurtarımda bir çox mahnılar var. Xalq və bəstəkar, həmçinin xarici mahnılar ifa etmişəm. Mən bu işdə çox iddalıyam”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?