Müğənni Rəqsanə İsmayılova Füzuli Musayevlə ayrılan həmkarı Ayan Babakişiyevaya dəstək olub. “Qafqazinfo”nun məlumatına görə, ifaçı sosial şəbəkədə həmkarına güclü olmağı məsləhət görüb: “Bu söhbəti eşidib çox pis oldum. Bir-birimizi yıxmaqdan ötrü ölürük. Hər tərəfdə yazılır, amma bir şeyi nəzərə alın ki, Ayan yeni ana olub və o, körpəni böyütməlidir. Bu gün ona o qədər stress yaşatmaq günahdır, Allahdan qorxmaq lazımdır. Quzum, istəyirəm ki, cavab, açıqlama vermə, qoy nə deyirlər desinlər, nə yazırlar yazsınlar. Hər şeyi Allaha burax. Zaman keçəcək, bu olanlar sənin üçün keçmişdə qalacaq. Gözəl balanla hər şeyi unudacaqsan. O ki, qaldı o kişiyə (red. Füzuli Musayev nəzərdə tutulur) mən onu heç tanımıram, aranızda nə olub sizə aiddir. Belə açıqlama vermək o insanın yaşına yaraşmazdı. Onu da burax zamana, hər kəs öz günahına görə cəzalanacaq. Qadınlar kişilərə əmanətdi, bu gün əmanəti belə edən kişilərin aqibəti axirətdə bəllidir. Sən ürəkli ol. Balaca balamıza həm ata, həm anasan. Özündən, balandan müğayət ol. Sus, quzum, susmaq qızıldır”. Qeyd edək ki, Rəqsanə İsmayılova daha sonra Ayanın səhifəsinə yazdığı şərhi silib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?