Məşhur müğənni Petek Dinçöz “Söylemezsem olmaz” proqramında köhnə həyat yoldaşı Can Tanrıyarın ona hədə-qorxu gəldiyini bildirib. “gundemxeber.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gözyaşlarına hakim ola bilməyən Petek Dinçöz Baş nazir Rəcəp Tayyib Ərdoğandan kömək istəyib: “Bilirəm heç kim mənə yiyə durmayacaq, yalvarıram məni bu dərddən qurtarın. Qadınlar haqqında verilişlər aparmışam, onların dərdlərini dinləmişəm. Mənim başıma gələnlər bir çox məşhurun başına gəldi. Amma onlar canlarını qurtardı, yollarına davam etdilər, ailə qurdular, amma mən heç nə edə bilmirəm. Mənə təyziqlər olunur, Baş nazirə səslənirəm, keçmiş həyat yoldaşım Can Tanrıyarın telefonlarını dinləsinlər. Onda mənə hədə qorxu gəldiyini başa düşəcəksiniz. Həyatımda sevgilim Abdullah vardı, istədim ki, insanlar məni başa düşsün. Ayrılmışdıq yenidən barışdıq. Lakin bu münasibətin necə olacağını bilmirəm. Can haqqımda çıxardığı xəbərlərlə münasibətimi korlayır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?