“Bacanaqlar” serialından Məhəbbətin Esyası obrazı ilə tanınan model-aktrisa Esmiranın oktyabrın 17-də ailə həyatı qurması haqda xəbər vermişdik.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, toydan bir neçə gün sonra modellə həyat yoldaşının ayrıldığı bəlli olub.
Esmiranın keçmiş əri İsgəndər Şabanov bəzi ilginc faktları açıqlayıb.
O deyib ki, əslində Esmira ilə sevərək ailə həyatı qurub. Amma bir müddət sonra ağlına gətirmədiyi məqamlarla qarşı-qarşıya qalıb:
“Esmiranın bibisi ilə 4 il əvvəl sanatoriyada tanış olmuşduq. Bilirdi ki, mən ailə qurmaq istəyirəm. Dedi ki, yaxşı qardaşım qızı var, siz onunla evlənə bilərsiniz. Mən Qubada yaşayıram. Ticarətlə məşğulam. Bir gün Nabrana gəlmişdilər, bibisi zəng etdi, mən də getdim, orada tanış olduq. 4 il ərzində həmişə o Qubaya gəlib, mən heç vaxt Bakıya getməmişəm. Onu sevirdim. Bir neçə il evlilik təklifimi qəbul etmədi. Daha sonra dedi ki, qərar vermişəm, gəl evlənək. Amma məqsədi nə idisə, ailə həyatımız cəmi 8 gün çəkdi. Oktyabrın 17-də toy oldu, 25-də ayrıldıq”.
İ.Şabanovun sözlərinə görə, Esmira toy etmək xatirinə ondan istifadə edib:
"Deyirdi ki, bütün dostarımın toyunda olmuşam. Bunu pul yığmaq məqsədilə etdi. Arada mən yandım. Ailəm onunla evlənməyimə razı deyildi. Dedim onu sevirəm, başqa heç nə fikirləşmirəm. Toy olan müddətə qədər dəfələrlə Qubadakı evimizə qonaq gəlmişdi. Heç vaxt pis münasibətini görməmişəm, özünü yaxşı aparırdı. Hər şey ailə qurandan sonra oldu. Mənə deyirdi, get pul qazan gətir. Demək olar ki, hər gün onu toy məclislərinə qonaq çağırırdılar. Hər toy üçün məndən 200 manat istəyirdi. Ayrıldıqdan sonra üzüyünü qaytardım, amma o mənimkini vermədi. Ona nişanlı vaxtlarımızda hədiyyələr almışdım, bir az pulum da var idi. Heç birini qaytarmayıb. O, ayrılıq xəbərinin yayılmasını istəmirdi. Hamıya mənimlə evli olduğunu deyib, sərbəst yaşamaq arzusundaydı. Amma mən istəmirəm ki, adım onun həyat yoldaşı kimi hallansın. Esmiranın iç üzünü görəndən sonra nifrət edirəm. Anası ilə birlikdə qalırdıq. Kənarda mələk kimi görünür, amma şeytandır. Evdə qorxulu insana çevrilir. Aramızda heç bir ciddi problem yaşanmadı. Bir səbəb olsa, mən də bilərəm ki, bunun üstündə ayrıldıq. Düşünürəm ki, onun planı saxta toy etmək olub. İnsanların ayrıldığımızı bilmələrini istəyirəm. Esmira isə özünü ailəli göstərmək istəyir. O, ər sayandır? Toyumuzdan yığılan pulları da özünə götürüb. Toydan əvvəl oturub hesablayırdı: "filankəsin toyuna 500 manat yazdırmışam, filankəs min manat verəcək”. Evə qonaq gələndə mənimlə mülayim davranan birini görən kimi söz-söhbət yaradırdı. Deyirdi, nə istəyirsən, Bilgəhdə 500 minlik evim, 1 milyonluq sərvətim var, otur yaşa da... Mənə xoşbəxtlik lazımdır. O fikirləşir ki, pulum var, hamı qarşımda əyilməlidir. Kiçik mənzilim olsun, amma bilim ki, qadınım məni istəyir”.
İ.Şabanov Esmira ilə ailə həyatının ikinci evliliyi olduğunu deyib: “İlk həyat yoldaşımla ayrılmışam. Üç övladım var. Qubada eyni həyətdə yaşasaq da, evlərimiz ayrıdır. Sevmədən evlənmişdim. Ailəmi atmamışam, indi də onların hər ehtiyaclarını ödəyirəm. Oğlumun 15 yaşı var. Toyuma da gəlmişdi. Övladlarım məni qınamırlar, bilirlər ki, ataları analarına qarşı heç vaxt haqsız olmayıb. Əvvəlki ailəmə baxdığımı Esmira da bilirdi".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?