Əməkdar artist Aygün Bəylər yenə köhnə imicinə qayıdıb.
Axşam.az-ın məlumatına görə, müğənni bir müddət əvvəl uzatdığı saçlarını kəsdirib, papaq qoyub.
"5/5" verilişinə qonaq olan A.Bəylər bu imicdə özünü rahat hiss etdiyini deyib:
"Bu geyimdə çox rahatam, özüm oluram. Uzun saçda çox narahat idim. Saçımı uzatdım, ana oldum. O ərəfəyə papaq uyğun gəlmirdi. İndi də ətrafımdakılar məni danlayır ki, yenə kəsdirdin saçlarını. Qızım qısa saçımı görəndə pis oldu".
A.Bəylər aparıcının "Yenə kənddə yaşayırsınız? O vaxtlar "07" sürürdünüz" sualına belə cavab verib:
"İndi şəhərdə yaşayıram. Mən həmişə "07" markalı maşın sürürəm. Dostlarım maşın açarını həmişə masanın üstünə atır, istəyəndə o birilərdən götürürəm".
Muğam ifaçısı yeniliklərindən söz açıb. O bildirib ki, yenidən təhsil almaq istəyir:
"Təhsilimi başqa sahədə davam etdirmək istəyirəm. Opera yazmağı planlaşdırıram".
Sorğu
Yeni dizaynımız necədir?