"Eurovision" təmsilçilərimizdən olan Səbinə Babayeva oğlu dünyaya gəldikdən sonra həyatının dəyişdiyini deyib.
Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"də övladını heç kimə etibar etmədiyini bildirib:
"Oğlum 8 aylıqdır, onun yeriməsini səbirsizliklə gözləyirəm. Ondan sonra həyatım tamamilə dəyişib. Bütün günü ayaq üstəyəm, onunla məşğul oluram. Səhər 6-da oyanırsan, gecə 12-də yatırsan. Bütün gün uşaqla məşğulam. Bu, çox gözəl anlardır. Çox istəyirəm, ikinci uşağım olsun.
Böyük ailə arzulayıram. Həmişə istəyirdim ki, kənddə yaşayım, 5 uşağım olsun".
Sorğu
Yeni dizaynımız necədir?