“Beş gəlin” verilişinin aparıcısı Mətanət Əliverdiyeva adından istifadə edənlərə xəbərdarlıq edib. “ATV maqazin onlarla” verilişinə açıqlama verən Mətanət bir qrup şəxsin onun adından istifadə edib pul qazandığını söyləyib. “Evlərə zəng vururlar. “ATV-nin müxbiriyik, Mətanətin verilişindən min manat civarında cehiz qazanmısınız. Amma 250-300 manat verin və gəlin həmin cehizləri ATV kanalından götürün", - deyib insanları aldadırlar”. Aparıcı deyib ki, artıq bir neçə şəxs bununla bağlı kanala müraciət edib. Mətanət insanları aldanmamağa səsləyib. Eyni zamanda, dələduzlara da səslənib: “Mən bilmirəm bunu kim edir. Amma inandırım sizi ki, ikinci belə bir addım həbslə nəticələnəcək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?