Müğənni Sevda Yahyayeva aktrisalığından bəhs edib.
Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, işin bu qədər çətin olacağını təsəvvür etmirdi:
"Aktrisalıq çətin və çox maraqlıdır. Ən əsası isə gözəl kollektivimiz var. "Sən olmasaydın" artıq "Sən olmasaydın - Qisas" adı ilə tamaşaçıların ixtiyarına verilib. Ssenari tamamilə dəyişib. Qarşıda daha da maraqlı bölümlər var".
S.Yahyayeva aktrisalığın müğənnilik fəaliyyətinə mane olduğunu deyib:
"Mane olur, özü də necə lazımdır. Çalışıram, balansı saxlayım. Hazırda Ceyhun Əliyevlə duet üzərində çalışırıq. Çox maraqlı bir mahnı olacaq. 2017-ci ilin əvvəlində təqdim etməyi düşünürük. Qarşıda isə Namiq Qaraçuxurlu ilə duetimiz gözlənilir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?