GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rza Zərrabın Bakıdakı yaxın dostları

Rza Zərrabın Bakıdakı yaxın dostları

Tarix: 27-12-2013, 01:00 Bölmə :Ölkə Baxış: 709
 Rza Zərrabın Bakıdakı yaxın dostları
“Mən kimlərinsə duyğularını qabartmaq üçün danışmırdım. Sadəcə, neçə gündü içimdə yığılıb qalmış acımı dilə gətirdim. Bunun üçün Acun bəy (“O Səs Türkiyə” yarışmasının müəllifi Acun Ilıcalı – red.) mənə şərait yaratdı, ona da bu qədər böyük ürək sahibi olduğu üçün təşəkkür edirəm. Əslində indiyədək dost dediyim, bağrıma basdığım çoxlarından daha insan çıxdı. Dar günümdə yanımda oldu. Mənim doğrudan da acı çəkdiyimi anladı”. Bunu axsam.az-a müsahibəsində Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş həyat yoldaşı Rza Zərrabın həbsindən danışarkən deyib.

O deyib ki, yanında olan, onu dəstəkləyən, telefon açıb mənəvi dəstək olan insanlar, etibarlı dostları var: “Amma bu 9 gün ərzində bir çoxlarının da simasını gördüm. Həyatın reallıqları ilə üz-üzə qaldım. Dar günümdə sevinən insanlar var, onlara baxıram, “yazıqlar olsun” deyirəm. On gün öncəyə qədər mənimlə göz-gözə gəlməkdən şərəf duyanlar bu gün Rza və mənimlə bağlı uydurma şeylər danışırlar. Onlar özlərinin çəkilərinin nə qədər olduqlarını göstərdilər”.

Ad çəkmək üçün tələsməyən müğənni gözlədiyini deyib: “ İnsanın həyatı enişli-yoxuşludur. Hər qaranlıqdan sonra bir aydınlıq var. O aydınlığı gözləyirəm. İndi qoy onlar danışsın, mən baxım. Sonra mən danışacam, onlar rəzil olacaq”.

E. Gündeş çox ağır bir dönəm yaşadığını deyib: “Sevdiyim insan, həyat yoldaşım, övladımın atası həbsdədi. Biz ondan ilk dəfə bu cür bir səbəb üçün ayrılırıq. Mən onun günahsızlığına inanıram, içim rahatdı. Amma bu olanların övladıma təsir etməsini istəmirəm”.

Müğənni barəsində danışılanlardan təəssüfləndiyini bildirib: “Hər kəs bir şey söyləməyə, durumdan faydalanıb məni üzməyə çalışır. Heç bilməzdim ki, bu qədər sevməyənimiz var. Çünki olaydan öncə hər kəs dost idi, bizə sevgi ilə yanaşırdı. Nə Rza, nə də mən heç bir şeyi gizlətməmişik. Əgər çəkinəcək bir şey olsaydı, heç vaxt media qarşısında o hədiyyələr haqda açıqlama verməzdik. Rza iş adamıdır, zəhməti ilə bu yerə gəlib. İndi bütün iş adamlarını arasınlar, kimdə sərvət yoxdu? Bu məsələlərə çox girmək istəmirəm, gec-tez həqiqət ortaya çıxacaq. Hazırda istintaq getdiyi üçün bəzi şeyləri deyə bilmirəm”.

Müğənni Rza Zərrabın azərbaycanlı olmaması ilə bağlı açıqlamadan üzüldüyünü də ifadə edib: “Maraqlıdır, indiyədək niyə deyilmirdi? Hər kəs sevə-sevə qəbul edirdi. Nə oldu? Həbs olundu deyə, indi o, azəri olmamalıdır? Məgər, Rza dünənə qədər azərbaycanlı deyildi? Bu cür açıqlamalar utancvericidir. Kaş bunu indiyədək söyləsəydilər. Hamı bilir ki, Rza Bakıda doğulub və İran əsilli azəridir. Bundan artıq şey söyləmirəm, azəriləri sevirəm. Rza özü zamanı gəlincə nə lazımdısa, söyləyəcək”.

E. Gündeş R. Zərrabın Bakıda və bir çox ölkədə yaxın dostları olduğunu deyib. O, R. Zərrabın xəstəlikdən əziyyət çəkdiyini də bildirib: “İnsanın səhhəti ilə bağlı məsələ şouya çevrilməz. Həkimin qoyduğu diaqnoz var. İndi də tez-tez həkim nəzarətindən keçirilir”.

Həyat yoldaşı ilə bir gün əvvəl Metris cəza evində görüşdüyünü deyən müğənni onun özünü çox pis hiss etdiyini bildirib: “Ədalətin yerini tapmasını gözləyəcəm. Mən çox sınaqlardan keçmişəm, bu da onlardan biridir. Bu sınağı da keçəcəm. Mən hər zaman sevərək evləndiyim insanın yanında olacam”.

E. Gündeş bu hadisələrinin yaradıcılığına təsir etdiyini, lakin sənətini davam etdirəcəyini bildirib: “Mənim üzüntümü kimsə anlaya bilməz. Çox çətin bir dönəmdən keçirik. Amma işimi görməliyəm. Mən sənətçiyəm. Rzadan əvvəl də mahnı oxuyurdum, evləndikdən sonra da. Kimsə Ebrunu yıxılmış görməyəcək. Biz Rza ilə yenə bərabər xoş günlər keçirəcəyik. O zaman bu gün danışanlar susacaq, mən danışacam və danışdıqlarım daha tutarlı olacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrab və Ebru Gündeşlə bağlı məhkəmə qərarı

    Rza Zərrab və Ebru Gündeşlə bağlı məhkəmə qərarı ...

    7-02-2014, 12:44

  • 
  • Ebru Gundeş ayrılma qərarı verdi

    Ebru Gundeş ayrılma qərarı verdi ...

    20-12-2013, 23:43

  • 
  • “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də aldatdı...”

    “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də ...

    25-12-2013, 16:06

  • 
  • Rza Zərrabın “qara qutusu” olan iranlı qadın polisdən qaçdı

    Rza Zərrabın “qara qutusu” olan iranlı qadın ...

    24-12-2013, 10:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu