Müğənni Nərgiz Hüseynli mərhum həmkarı Şəfa Hüseynovanın xatirəsinə həsr olunan yeni yaradıcı işini təqdim edib.
... məlumatına görə, N.Hüseynli Şəfa Hüseynovanın repertuarında yer alan “Əylən-əylən” mahnısına müraciət edib və həmin mahnıya klip çəkdirib.
“Sənətinə hörmət etdiyim Şəfanın repertuarına rəğbət bəsləyirəm. Onun ifalarını tez-tez dinləyirəm. Yeni aranjemanda ifa etdiyim bu mahnıyla onu yad etmiş olduq. Şəfa yaşasaydı, martın 29-da 42 yaşını qeyd edəcəkdi. Allah rəhmət eləsin!”, - deyə, N.Hüseynli təəssüratlarını bölüşüb.
Mahnının aranjeman müəllifi İlkin Valehoğludur. Klipin rejissoru Rauf Sahiboğluna, operatoru və montajı Ağakişi Behbudoğluna məxsusdur.
Məlumat üçün bildərk ki, N.Hüseynli mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun tələbəsi olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?