Tanınmış rəqqasə Tanyeli ilə keçmiş həyat yoldaşı arasında 8 ildir ki, davam edən məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə Tanyelinin oğlu Taylanın atasının Yusuf Sadıkoğlu olmadığına qərar verib. Tanınmış rəqqasə məhkəmənin qərarına sərt reaksiya verib.
DNA testinin olmadığını deyən Tanyeli İnstaqram hesabında bunları yazıb: "Bu ədalətsizliyi haqqa təslim edirəm. Yusuf Sadıkoğlunu aldatmadım. Ortada onsuz da bir test yoxdur. Həyat, haqq və hüquq heç dürüst deyil. Mən yenə susacağam, siz istəyirsinizsə, bu hər şeyi çox bilən kimliyiniz ilə məni gözdən çıxarın".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?