Türkiyənin məşhur modeli Sənəm Kuyucuoğluc 2014-cü ildə baş verən narkotik qalmaqalından sonra modellik karyerasını başa vurmuşdu.
Sənəm özünə artıq yeni həyat qurur. Keçmiş Türkiyə gözəli İstanbulun Nişantaşı səmtindəki “Nova Bite” adlı restoranda ofisiant kimi işə başlayıb. O, məsələ ilə bağlı deyib: “Nə iş olsa, işləyərəm. Sənət öyrənirəm”. 28 yaşlı Sənəm məqsədinin gələcəkdə öz restoranını açmaq olduğunu ifadə edib: “Mən özümə restoran açmaq istəyirəm. Dostumun restoranında bir şey öyrənmək üçün işə başladım. Burada ofisiantlıqdan təmizliyə qədər hər işi görüb bu peşənin incəliklərini öyrənirəm. Maaş danışmadıq. Amma buradan alacağım pul gündəlik yeməyimə bəs edər. Beynimdəki pul yox, işdir, alacağım pulun bir hissəsini heyvanlara xərcləyəcəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?