GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » "Şou-biznesdəki "mama Roza"ların adını desəm..."

"Şou-biznesdəki "mama Roza"ların adını desəm..."

Tarix: 1-08-2013, 17:41 Bölmə :Maqazin Baxış: 993
"Şou-biznesdəki "mama Roza"ların adını desəm..."
“AzTV bizi heç yaxına da buraxmır, seçkidən sonra bununla bağlı cənab prezidentə müraciət edəcəyik”

“Toylar imperatoru” adına maşın kolleksiyasındakı bahalı avtomobillərinin sayını 54-ə çatdırmaqla “Avtomobillər kralı” titulunu da əlavə edən müğənni Cavanşir Məmmədovla müsahibənin bu qədər səmimi alınacağını təsəvvür etməzdim. Onu nədənsə bir az qaraqabaq, bir az da darıxdırıcı müsahib kimi təsəvvür edirdim. Amma... Yaxşısı budur Cavanşir bəyin virtualaz.org-un redaksiyasında “açdığı sandıq”dakıları özünüz görəsiniz.
Amma bundan qabaq bir məqamı da demək lazımdır. Ona zəng vurub müsahibə almaq istədiyimizi deyəndə cavabı müsbət oldu. Dediyi saatda artıq redaksiyamızda idi. Bəziləri kimi “işim var”, “istirahətdəyəm”, “bağdayam”, “gecə xaricə uçuram” və sair bunun kimi bəhanələr gətirmədi...
Cavanşir Məmmədov söhbətə də elə maşınlarından başladı. O, “Rolls Royce Phantom 6,7 AT” markalı avtomobil alması ilə bir çoxlarına yaman təsir etdiyini, çoxunun hətta paxıllıqdan bunu dillərinə almadığını da söylədi. Sualımız isə belə idi:
- Cavanşir müəllim, çoxları sizi bir qayda olaraq maşınlarınızla gündəmə gətirmək istəyir. Məqsədləri nədir?
- Şou-biznesdəki bəzi müğənnilər kimi özümü maşınımla, villamla, qızıllarımla, telefonlarımla, geyimlərimlə reklam etməyə ehtiyacım yoxdur. Məni tanıdan, populyar edən sənətimdir. Aldığım maşın dünyadakı ən bahalı 2-3 maşından biridir. Amma mənim belə işlərlə aram yoxdur. Məncə, sadəcə yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən lap “Zaporojets” sür. Səni sevən sevəcək. 1988-ci ildə Almaniyadan “Mercedes” gətirmişdim. O vaxt “Mercedes” Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman “Mercedes”i sürməyə utandım, sonra da satdım. Bunu deməklə onu bildirmək istəyirəm ki, özümü maşınla reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var.
- Bu gün aktual olan söhbətlərdən biri də “Cavanşir Məmmədov-Firuzə İbadova cütlüyü ayrılıb” məsələsidir. Doğrudanmı belədir?
- Dünən (iyulun 28-də-red.) gecə Firuzə xanım İlham Mirzəyevin “Etiraf” verilişində qonaq olub. Düz danışıb, hələ deyərdim az danışıb. Mən nəinki ona, ümumən çoxlarına kömək etmişəm. Mən Firuzə xanıma həm dost, həm qardaş, həm ata, həm rəhbər, həm də əsl sənət dostu olmuşam. Böyüklük çıxmasın, çəkdiyim əziyyəti də halal edirəm. Biz 18 ildir bir yerdə oxuyuruq. Azərbaycan səhnəsində ilk belə uzunömürlü duet, ortaq bizik. Firuzə xanım böyük sənəti olan bir müğənnidir. Belə olmasaydı, onunla işbirliyi qura bilməzdim.
- Bəs necə olur ki, eyni işlədiyiniz halda, özünüzə qismət, sizin hər şeyiniz var, Firuzə xanımsa kirayədə yaşayır?
- Onun maddi imkanı məndən də çox idi. Sadəcə o, yumşaq adamdır. Pulunu xərcləməyin yolunu bilmədi. Bahalı zinət əşyalarını kimə gəldi verdi. Rəfiqələri, qohumları yıxdı onun evini. Biz də kömək edirik e. Amma müəyyən hədd var da. Borc verirdi, ala bilmirdi. Mən hər zaman ona dəstəyəm və arxasındayam. Biz hər şeydən əvvəl dostuq. Mən hər ay banka 5 min manata yaxın pul verirəm. Dünyada elə bir insan yoxdur ki, onun bitən problemi olsun. Dövlət başcılarından tutmuş ən aşağıdakı pillədə olan insanlara kimi hamının problemi var. İnsan yaşadıqca problemlər də olur. Biri elə mən. Bu gün evimin üstünü təmir edə bilmirəm. İndi durum ağlayım ki, pulum yoxdur, evim qalıb? Mütləq deyil ki, indi edəsən. Allah nə vaxt nəsib eləsə, o vaxt da olacaq. Əslində mənim heç də hər şeyim yoxdur. Əksinə, çatışmayan çox şeyim var. Mən 18 ildir Firuzə xanımla işləyirəm. Bir dəfə qoymamışam ki, o, bir manat xərcləsin. Nə mahnılara, nə aranjemana, nə bəstəkara, nə şairə, nə səsyazma studiyasına, nə də reklama. Bu işlərin heç birində Firuzə xanımdan bir qara qəpik də almamışam. Onun əvəzinə hətta vergiyə qədər də özüm ödəmişəm. Sosial Müdafiə Fonduna qədər də mən ödəyirəm. Bütün bu xərclər məndən çıxır. Bunların hamısı Firuzə xanımın gözünün qabağında olub. Həm də biz toylara elə də baha getmirik, 3000-3500 manata gedirik. İndi gəl bu pulu 16 işçinin arasında elə böl ki, hamı da razı qalsın. Çətindir. Firuzə xanımın rəfiqələrindən biri onun bir komplektini (qızıl dəstini-red.) aparmışdı, onu geri alanacan atamız yandı. Amma bu da Firuzə xanıma dərs olmadı. O, insanlara çox inanır. Nə bilim, vallah. Mən yenə də onun arxasındayam. Heç vaxt qoymaram ki, o, problemləri ilə tək, baş-başa qalsın. Bu 18 ildə Firuzə xanımsız bir dəfə də toya getməmişəm. Son vaxtlar o xəstələndi. Iki-üç ay toya getdim. Hər toydan qayıdanda gecə onun evinə dönüb pul verir, sonra öz evimə gedirdim. Mən belə kişiyəm.
- Səhnədə olduğunuz illər sizə hansı dərsləri verdi?
- 35 ildir əsl səhnədəyəm. Mən papanın gül balası olmamışam. Ailəmdə də sənətkarlar var. Babam musiqiçi olub. Bibim qızı Flora Kərimovadır. Ancaq mən əzab-əziyyət görmüşəm. Baxmayaraq ki, Flora xanımın qohumuyam. O özü də bunu müsahibəsində deyib ki, mən hər kəsə kömək elədim, öz dayım oğlu yadımdan çıxdı. Əslində mən özüm qoymamışam ki, kimsə mənə kömək eləsin. Mən hər şeyi öz dişimlə-dırnağımla qazanmışam.
- Siz sənətə Flora xanımdan sonra da gəlsəniz, bibinizə nəsə tez-tez irad bildirirsiniz...
- Hə, elədir. Bibim qulağı sırğalı kişiləri özünə duet ortağı seçəndə bu, mənə toxunur, əsəbiləşirəm. Flora xanım heç özü sırğa taxmağı xoşlamır, o ki qala kişi xeylağı. Mən qadın qoltuğunda çörək yeyən kişi deyiləm. Heç bir qadın müğənni məni yanında, qoltuğunda gəzdirə bilməz. Mən belə adamam. Böyük bir sənətkarımız bir zamanlar məni öz yanına dəvət elədi, amma getmədim. Mən müstəqil adamam. Kiminsə yanında başım aşağı deyil. Kiminsə buyruğuna qaçan deyiləm. Buna görə də Firuzə xanım məni çox istəyir və illərdir yanımdadır. Çünki xasiyyətimdə əsl kişilik, mərdlik gördü.
- Qayıdaq o ittihama ki, son zamanlar maşınınızla və imicinizin dəyişməsi ilə bağlı gündəmdə daha çox olursunuz...
- Hər şeydən əvvəl mənim sənətim olub. 35 ildir sənətdə olan insan haqqında belə sözlər demək haqsızlıqdır. Elə verilişlər olurdu ki, müğənnilərin yalnız maşınlarını çəkirdilər, orada sənətdən söhbət getmirdi. Məni də maşın mövzusunda çəkdilər. Verilişdən sonra da maşınımı taksi vurdu. Eyni zamanda imicim dəyişdi. Bundan sonra aləm dəydi bir-birinə. Mənim maşınlarımın kolleksiya təşkil etməsi bu gün bir çoxlarını narahat edir. Amma mən sənətimlə efirlərdə olmuşam, maşınımla yox. Hətta bu gün evimi təmir etdirmirəm, amma bahalı maşın alıram. Kimə nə? Bu, mənim xobbimdir. Bunu şişirtmək, böyütmək lazım deyil. Özü də o maşını iki il əvvəl almışam. Lazım olsaydı, reklamını elə alanda eləyərdim. Gedib Türkiyədə ev almamışam ki, çıxım bunu deyim. Belə şeylərlə gündəmə gəlməyə münasibətim pisdir. Siz də gördünüz bura maraqlı bir maşınla gəldim.Bu, məndə sadəcə bir həvəsdir. Amma müğənnilərdən kimsə deyirsə ki mən milyonerəm, buna inanmayın. Bu sadəcə yekəxanalıqdır. Bizim səhnədəki müğənnilər arasında milyonçu olanı olmayıb, olmayacaq da. Bu sənət varlanmaq üçün əlverişli deyil. Sadəcə toylara baha gedən müğənnilərimiz var.
- Məsələn, Bilal Əliyev?
- Yox. Bilal yazıq lağ eləyir e. “Mən toya 150 minə gedirəm” deyəndə lağla deyir, zarafat eləyir. Bilal bir tərəfdən ələ salır, rişxənd eləyir, düz də eləyir. Bununla bəzilərini başa salmaq istəyir ki, ayıbdır, müğənni sənətindən danışar, toyda verilən nəmərdən, puldan yox. Bilal görür ki, fonoqram oxuyana aparıb 50 min verirlər. Muğamı bilən, sənətinin elmini bilən, baqajı geniş olan Bilal da bu sözləri deyir, heç olmasa təskinlik tapır. Mən də mat qalmışam ki, fonoqram oxuyan müğənniyə niyə o qədər pul verirlər axı. Ondansa bir kasıba əl tut, savab iş gör də. Bəzən toy sahibləri deyir ki, bu müğənnini uşağın arzusu ilə çağırdım. Qardaş, uşağının arzusudursa, apar uşağı restoranlara, həmin müğənillər restoranlarda 100-200 manata səhərə qədər oxuyur də. Həm ye-iç, dincəl, həm də gözünün qurdunu öldür də. O sevimli müğənnin sənə cəmi 200-300 manata başa gəlsin. Qalanını da qoy çibinə, şellən də. Belə müğənniləri pulunun qədrini bilməyənlər, yeyişini-geyişini bilməyənlər başa çıxardır. Həmin müğənni də deyir nə vecimə, yarım saat oxudum, 6 min aldım. Halbuki belələri o pula layiq deyillər. Uşağın keçici həvəsi üçün sənəti puç etmək, ucuzlaşdırmaq olmaz.
- Şou əhli bu dəqiqə Parisdə kef edir. Siz nə əcəb xaricə dincəlməyə getməmisiniz?
- Başa düşə bilmirəm də fonoqram oxuyanlar niyə gedir dincəlməyə? Bəlkə səhv deyirəm? Gəlib desinlər Cavanşir səhv deyir. Nə əziyyət çəkdilər ki, hələ bir dincəlməyə də getdilər? Restoranlarda, toylarda fonoqram oxuyub dincəlirdin də elə. Daş daşımırsan, beton qarışdırmırsan, nə bilim, ağır bir işdə işləmirsən. İl ərzində 5-6 mahnı oxuyursan. O da ki, fonoqramla. Canlı oxusa, deyərəm hə, gecə-gündüz toylardadır bu yazıq, yorulub. Daha qabaqkı kimi toy da yoxdur. Ayda ən çoxu 5-6 toy olar. O da sən toyda nəyini, haranı işlədirsən ki, yorulursan. Fonoqramla ağzınızı açıb-yumursunuz, məclisi yola verirsiniz. Daha sənət bunun harasındadır ki, yorula da? Səhv deyirəmsə, deyin Cavanşır müəllim, səhvdir. Sentyabr gəlsin, hamısı gəib çıxacaq efirlərə ki, yayda belə dincəldik, elə dincəldik. Efirlərdə iki ay “müğənnilər harada dincəldi” deyib videolar, şəkillər, jurnallarda eynəkli, yarıçılpaq N qədər şəkillər görəcəyik. Yay istirahətlərinə nə qədər pul xərcləmələrindən düz iki ay danışacaqlar. Bu televiziya çağıracaq, o televiziya çağıracaq. İnanın, adam bundan utanır, iyrənir. Özü də gülməlisi bilirsinizmi nədir?! Deyəcəklər ki, ay Afrikada elə dincəldim, Dubayda belə dincəldim. Fikir verin, hamısı da yayda isti yerlərə gedirmiş. İstidən qaçıb sərin havalı ölkələrə getdiklərini deyələr, yenə dərd yarı olar. Yenə desələr ki, Qubaya, Zaqatalaya, Nabrana getdim, adama elə yer eləməz. Yekə-yekə danışırlar. Məncə, bu adamların istirahət edə bilməyən insanların heysiyyəti ilə oynamağa haqları yoxdur. Şou əhlinin 98 faizi yalan danışır, özünü şişirdir. Böyük-böyük danışırlar, amma içi də elə mən qarışıq, hamısının banklara borcu var. Bunu etiraf etmək lazımdır. Bankdan borc götürmək ziyana getmək deməkdir. Amma istəklərimiz üçün buna məcburuq. Onu demək istəyirəm ki, heç kim yekəxanalıq eləməsin. İstirahətdən qayıdıb bir-birinə yalandan acıq verirlər. Bu günə kimi müğənnilərin bahalı maşın sürməsi haqqında internetdə siyahılar gedirdi. İnsan gör nə qədər paxıl ola ki, deyə Cavanşir Məmmədovun maşını ən bahalı maşın deyil. Dünya şou-biznesində“Rolls Royce Phantom 6,75 AT” markalı avtomobil sürən olmayıb. İlk sürən mənəm. Bunu heç bir müğənni dilinə gətirə bilməz. Paxıllığından. Paxıllıq da adamı yeyən şeydir.
- Paxıllığınızı çəkənlər çoxdurmu?
- Hə. Bizim psixologiyamız belədir. Gözəl millətik e, amma yaxşımızın yaxşısına çatan olmaz, pisimizin pisinə. Özü də yaxşılar indi azdır. Yalan danışmağı hər şeydən üstün bilirik. Biz yekəxanalığı sevirik. Pulun gücünə hər şey eləməklə qürur duyuruq. Xahişin, tanışın gücünə arxalanırıq. Müğənninin işi oxumaqdırsa, bəs necə olur müğənni gedib özünü kiməsə tapşırtdırır ki, məni tapşır, o verilişə çıxım?! Müğənni də pul verib səhnəyə çıxarmı heç? Bunun day harası sənət oldu? Belə biabırçılıq olarmı? Yeganə sənət bu idi ki, burada pul rol oynamırdı, hədiyyə, tapşırıq işləmirdi. İndi hamısı işləyir.
- Yaş keçir, əməkdar artist Cavanşir Məmmədov növbəti fəxri adı gözləyirmi?
- Əvvəlcə onu deyim ki, mən əməkdar artist adını necə aldım. Tədbirlərin birində ulu öndərimiz Heydər Əliyev soruşdu ki, sənə əməkdar artist adı verilibmi. Özümü itirdim, cavab verə bilmədim. Çox utandım. Bunu deməkdə məqsədim odur ki, rəhmətlik prezidentimiz bizi daim nəzər-diqqətində saxlayırdı. O, məni böyük xarici ölkələrə konsert verməyə göndərib. 8 ildir əməkdar artistəm. Bir dəfə də qapı döyməmişəm ki, mənə fəxri ad verin. Baxmayaraq ki, adlar beş ildən bir yenilənir. 60 yaşıma az qalır, amma bir dəfə də deməmişəm ki, AzTV bizi dövlət tədbirlərinə niyə çağırmır. Biz üstümüzdə bu dövlətin başçısının imzası olan vəsiqəni gəzdiririk. Ad verilibsə, deməli, biz dövlətin müğənnisiyik. Dövlətin ad verdiyi müğənni öncə dövlətin telekanalında çıxış etməlidir. Bizim qeydimizə dövlət televiziyası qalmalıdır. Amma dövlətin telekanalı olan AzTV bizi heç yaxına da buraxmır. Niyə? Bilmirəm. Qəribəsi də budur ki, səbəb bilinmir. Niyə sən dövlətin verdiyi ada qarşı çıxırsan? Biz də səninlə birgə dövlətçiliyimizi təmsil və tərənnüm edirik. Nəyimiz çatmır? Fəxri adımız olmayanda efirə-ekrana buraxırdınız, fəxri ad alandan sonra buraxmadınız. AzTV-də hələ də eyni adamlar işləyir. Kollektiv dəyişməyib ki... Niyə, səbəb nədir? Deməli, orada qruplaşma yaradırsınız. “Bu qrup müğənnilər bizim, o qrup müğənnilər sizin” deyə sənətçiləri bölürsünüz. Belə də şey olar? Bu balaca ölkədə parçalanma yaratmaq olmaz. Bu, sizin haqqınız deyil. Dövlət telekanalı olaraq sənin borcun biz əməkdar və xalq artistlərini efirə dəvət etməkdir. Biz bir neçə şəxs seçkilərdən sonra yazılı şəkildə cənab prezidentə bununla bağlı müraciət edəcəyik. Görək bəziləri onun bizə verdiyi ada niyə hörmət eləmirlər.
- Bəlkə pul umurlar?
- Yox. Bu, o adamdır ki, ona çox yaxşılığımız keçib. Zeynəb Xanlarova kimi korifeyi efirdə ildə iki dəfə görürük - Yeni ildə və Novruz bayramında. Uşaqlarımız tanımır onu. Yeni nəsil, gənclər Rəşid Behbudovu, Qara Qarayevi, Cahangir Cahangirovu və başqalarını tanımır. Çünki efirlərdə tullanıb-düşənlərdən vaxt, macal yoxdur. “Üzeyir” adını çəkəndə hamı elə bilir ki, meyxana deyənin adını çəkirlər. Eybi yox, o Üzeyir də olsun, amma bu da olsun də. Bununla xalqa düşmənçilik, xəyanət edirsən axı. Niyə edirsən? Səbəbini de. Sonra da biz 70 yaşımıza çatanda deyəcəksən ki, qocalmısan daha. O hörmətli şəxsə müraciət edirəm: əgər yaşımız səni narahat edirsə, sən bizdən yaşlısan. Deməli, sənin tədaüd vaxtındır. Birinci sən get təqaüdə, sonra da ətrafına yığdığın sənəti olmayanlar. Məndə olan məlumata görə, əməkdar və fəxri ad alan bir çox insanları dövlət televiziyasından səbəbsiz yerə işdən çıxarıblar. Əvəzində çox gənc müğənniləri işə alıblar. Buna görə cavab verəcəksən. Halbuki o gəncin qabaqda 40-50 il işləmək şansı var. İşdən azad etdiyin o qocanın isə ömrünə sayılı il qalıb. Düşünüb etdiyin səhvi düzəltməlisən. Gənclər də onlardan baxıb öyrənir. Gənclərin işi dərs oxumaqdır, idmandır, kitabdır, öyrənməkdir. Yaşlının təcrübəsi ilə cavanın təcrübəsi birdirmi? Televizoru açmağa qorxuram. Hər yerdə konsert, diringi, oxuyan oxuyana qarışıb. Neçə telekanal varsa, hamısında eyni müğənnilər, eyni mahnılardır. Adam bezir. Ona görə də reytinqləri yoxdur. Haradan olsun?! Daha baxan yoxdur axı. Dava-qırğın edirsən ki, bəlkə baxıldı. Sən niyə öz varlığının üstündən xətt çəkirsən? O stolda əbədi deyilsən. Sən bu xalqın musiqisini, mənəviyyatını tar-mar edirsən. Sonra da durub yekə-yekə deyirsən ki, muğam sənətinə yer veririk. Muğamı Mehriban xanım Əliyeva, prezidentin qayğısı dirçəltdi. Elə muğam dirçəldən idinsə, bunu 5-10 əvvəl edəydin də. Niyə etmirdin? Nə vaxt AzTV-ni açırsansa, bir qrup oxuyan şəlalənin, çayın, nə bilim, nəyin yanında durub oxuyur. Demirəm ki, onlar heç verilməsin, onlar da verilsin. Hamısı verilməlidir, bu, AzTV-nin borcudur. Amma sənə buna görə “sağ ol” deyə bilmərik, bunu gözləmə. Sənin sənətimizin üstündən xətt çəkməyə haqqın, icazən yoxdur. Sənə bu icazəni kim verir? İş gör nə yerə catıbsa, yaxşı sənəti olan Aslan da deyir ki, biz dövlət televiziyasına niyə dəvət almırıq. Düz deyir, onun da, mənim də haqqımızdır. Biz orada böyümüşük axı. Gör bizi necə incidir də bu ögey münasibət. Biz orada işləyəndə sən başqa yerlərdə fırlanırdın.
- Başqa gəlir yeriniz, biznesiniz varmı?
- Yox. Bilmirəm o vaxt niyə biznes qurmadım. Dostlarım da dedi. İndi isə daha gecdir, obyektlər çox bahadır. Bircə səsim var, biznesim də elə odur. Ən böyük sərvətim və obyektim elə səsimdir. Şükür, hələ ki, işləyir, mənə xidmət edir. Hansı müğənni istəyirsə, gəlsin üz-üzə oturaq. Mən səsimin canlı olduğunu dəfələrlə sübut etmişəm. İndi də hazıram sübut eləməyə. Bir saat yox, beş, on yox, lap əlli saat canlı oxuyaq. Qalib də açıq yox, gizli səsvermə yolu ilə təyin olunsun. Görək kim kimdir. Oxumaq böyük sənətdir. Görün mərhum prezidentimiz Heydər Əliyev sənətə nə qədər yüksək qiymət verirdi. Brejnev Bakıya gələndə üzüyü onun barmağına özü yox, Rəşid Behbudov taxdırdı. İndi bu böyük qiymətdən sonra bizim sənətə olan hörmətə baxın də.
- Bayaq dediniz ki, şou-biznesdəkilərin 98 faizi yalan danışır. Niyə?
- Çünki çoxu bu sənətdə, bu sahədə təsadüfi adamlardır. Görün Faiq Sücəddinov, Ağadadaş Ağayev, Cavan Zeynallı, Baloğlan Əşrəfov və başqaları elə söz deyər?! Yalan-palanla, xahiş etməklə, administratorların əlinin altından keçməklə, tapşırılmaqla səhnəyə çıxanlar bu gün şou meydanında at oynadırlar. Kişi oxuyanlar işləri düşən adamlara özləri ilə qız aparır, qız oxuyanlar da oğlan. Elə olmasın ki, adlar çıxsın ortaya. Elə eləməsinlər ki, şou-biznesdə bu gün kim nə işlə məşğuldur, kim “mama Roza”lıq edir, kim “papa Roza”lıq edir, hamısını açıb deyim. Hamısından da yaxşı xəbərim var. Yıxıb sürüyərəm onları. Ad çəksəm, aləm dəyər bir-birinə. Özlərini yığışdırsınlar. Səviyyələri olsun. Bu sənətə bu qədər hörmətsizlik yetər, bəsdir, ayıbdır. Yanlarına salırlar üç-dörd qız oxuyanı, gedib camaatın gözü qarşısında mazaqlaşırlar. Nə olub? Nə xəbərdir? “Fanatımdır” deyib min hoqqadan çıxırlar. Bəyəm fanat normal sözdür? Türkiyədə fanatlar qollarını kəsirlər, özlərini binadan atırlar. Ağıllı adam da kiməsə görə belə edərmi? Fanat - ağıldan bir balaca zəif olanlara deyilir. Bunları eşidəndə lap əsəbiləşirəm. Yekə-yekə deyirlər fanat ordum var. Sən kimsən axı, sənin fanat ordun da olsun? Sonra da özləri ilə iki-üç kameraman gətirirlər ki, bəs, filankəs özünün fanat ordusu ilə görüşdü. Kimi aldadırsınız? Ancaq özünüzü, ay bədbəxtlər. Səhnəyə çıxmaq istəyirsiniz? Belə də abırsızlıq olar? Demokratiyanı səhv saldılar. İndi səhnədə duet ortağı ilə kim üç il davam edə bilər? Bir- birlərindən ayrılsalar da arxalarınca yüz söz danışırlar bir-birinin. Mən Firuzə xanım üçün Qubada 11 toyun behini qaytarmışam. Orada bir toyda idik. Bir başdanxarab dedi Firuzə xanım mənimlə oynamalıdır. Dedim mən oynayım. Dedi yox. İçkili idi, yola vermək istədik, alınmadı. Dedim biz rəqqas deyilik, müğənniyik, oxuyaq, qulaq as. Dedi yox. O toyla sağollaşdıq. Neçə il o tərəfə toya getmədim. Bizə bu münasibət haradan qaynaqlanırdı? Bizdən əvvəl o qəsəbəyə toya gedən müğənnilərin şabaşa oynamalarından. Sonra hörmətli oğlanlar xahiş-minnətə gəldi, yenidən ora toya getdik. İndi belə kişi var? Ədabazlıq bizim camaatı qırır. Bir də görürsən biri deyir bu qalstuku filan dükandan 150 manata almışam. Halbuki “Sədərək”, “Binə” yarmarkasında o, 5 manatdır. Bu gün özümüz özümüzü aldatmaqdan başqa işimiz yoxdur.
- Həyatda ən çox nəyə biganə qala bilmirsiniz?
- Mənəm-mənəmliyə. İnsanın yekəxanalığına. İkiüzlülüyə, minüzlülüyə. Şəhərdə qəribə gədələr əmələ gəlib. Qəribə maşınlar sürən, qəribə siqnallar verən, qəribə geyinən, qəribə danışan, qəribə hərəkət edən bu gədələri görəndə adam az qalır dəli ola.
- Hamı tənqid edir. Bəs nəticəni kim çıxaracaq?
- Qanmazlar çıxır, söz danışır. Ağzından vuran yoxdur deyə qudurub başımıza çıxırlar da. Bayağı, şit sözlər, adamlar, mahnılar aləmi bürüyüb. “Maral” mahnısına qulaq asın. Birinci bəndinə baxın, görün nə məna verir. Hə, Nadir Qafarzadə bu mahnını gözəl, özünəməxsus oxuyur. Amma mahnının sözləri boş və mənasızdır. Kənddə-kəsəkdə “Maral” adlı qızlar çoxdur deyə dinlənildi və sevildi. Mən ədəbiyyatçıyam, əruzu bilirəm. Necə deyim ki, bu mahnı əsərdir?! Hay-küyümüz çoxdur, savadımız az. Hamısı bundan irəli gəlir. İndi uşaqdan soruş nə olacaqsan, deyir meyxana deyən. Fəlakətdir də... Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquuzadə bu vaxt yaşasaydı, ürəkləri partlayardı.
- Prodüsseriniz varmı?
- Yox. Mən Sənətkaram. 50 yaşıma kimi menecerim, prodüsserim olmayıbsa, indi bu yekəxanalıq nə deməkdir? Mən səviyyəmi qoruyuram. Yox bir, prodüsser... Telefonumu kimsə götürsün desin ki, Cavanşir yatıb, saunadadır, gəzir və sair. Belə şeyləri eşidəndə ətim tökülür. Nə təhər xalqın sənətkarıyam ki, xalqdan cangüdənlə qorunum? Özüm adam axtarıram ki, kiminsə canını güdüm. Mənim belə şeylərə ehtiyacım yoxdur.
- Dincəlməyəcəksiniz bu yay?
- Mənim üçün dincəlmək də, ən yaxşı istirahət də evimin qapısını döyəndə nəvəmin “baba” deyib qucağıma qaçmasıdır. Bir də ki, hara dincəlməyə getsəm də onu gündəmə gətirmərəm. Gedib qəhrəmanımızı - Mübariz İbrahimovu ziyarət edərəm, ruhumu dincəldərəm. Bu, bir dünya olar mənə.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavanşir Məmmədov ona gey deyən müğənni həmkarına cavab verdi...

    Cavanşir Məmmədov ona gey deyən müğənni həmkarına ...

    28-10-2013, 00:34

  • 
  • Məşhur avtomobil şirkəti istehsalı dayandırır

    Məşhur avtomobil şirkəti istehsalı dayandırır ...

    24-02-2016, 16:06

  • 
  • Şou-biznes: Ən bahalı avtomobili kim sürür?

    Şou-biznes: Ən bahalı avtomobili kim sürür? ...

    4-07-2013, 00:36

  • 
  • “Laçın”ın qarşısındakı “Rolls Royce” icra başçısınındır, yoxsa bazarkomun?

    “Laçın”ın qarşısındakı “Rolls Royce” icra ...

    7-10-2015, 00:00

  • 
  • Cavanşir Məmmədov: "Onun adı "şüvəndir"" - QALMAQAL

    Cavanşir Məmmədov: "Onun adı ...

    7-11-2013, 11:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu