GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Qorxmaz Əlili dolanışığından gileyləndi

Qorxmaz Əlili dolanışığından gileyləndi

Tarix: 13-08-2013, 21:20 Bölmə :Maqazin Baxış: 8 844
Qorxmaz Əlili dolanışığından gileyləndi
“Məni loto verilişində işdən çıxaran Maqsud adlı o adam utanmayıb həccə də getdi”

Qorxmaz Əlili Azərbaycanın ilk şoumeni sayılır. Azərbaycan tamaşaçısı bu obrazı ilk dəfə onun simasında görüb. Amma Qorxmaz bəy indi nədənsə şou sahəsindən kənarda qalıb. Onu heç başqa sahələrdə, məsələn, qabaqlar aparıclıq etdiyi loto verilişində də görmürük.

Eşitmişdik ki, 58 yaşına rəğmən hələ də fəxri adı olmayan Qorxmaz Əlili nələrdənsə çox narazıdır. Bəs nələrdən? Onunla müsahibəyə də elə bu suala cavab tapmaq istəyi ilə qərar verdik. Azərbaycanın ilk şoumeni isə virtualaz.org saytına giley dolu müsahibəsində çox şeylərdən danışdı.

- Qorxmaz bəy, ondan başlayaq ki, sizin EstradaTeatrı niyə bağlandı?

- Bağlanmayıb, sadəcə fəaliyyətini özüm dayandırmışam. Çünki ona maneələr yaratdılar.

- Maneə yaradanlar kimlər idi?

- Uzun söhbətdir.

- Deyirlər ki, sizin teatrın fəaliyyətini dayandırmağına səbəb olan şəxs Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əlikram Əliyevdir...

- Əlikram Əliyev mənim ən yaxın dostlarımdan biridir. Əksinə, o, hətta şərait yaratdi ki, yeni teatr açım.

- Bakı Estrada Teatrını?

- Bəli.

- Amma o teatrın fəaliyyəti nədənsə qısa oldu...

- Konsertlər təşkil etmək lazım idi. Bunun üçün də peşəkar təşkilatçı lazım idi. Teatrın fəaliyyəti dayanmayıb. Məndən sonra teatra rəhbərlik Vüqar Əbdülova (meyxana ustasına-red.) tapşırılıb. Vüqar bəy təşkilatçılığı öhdəsinə götürdü. O, cavandır, mənimsə artıq o yaşım deyil.

- 1992-ci ildə respublika meyxana müsabiqəsini ilk dəfə olaraq siz keçirmişdiniz. İndi isə...

- (sözümüzü kəsir) Gör bu, indi kiminsə yadındadır?! Efirdə müsabiqələr başlayanda məndən heç halallıq da almadılar. Heç olmasa aparıcı kimi dəvət edəydilər ki, gəl maaş al, ailəni dolandır. Deyəydilər ki, biz qazanırıq, sən də qazan. Bunu da eləmədilər.

- Deyirlər guya sizə pul veriblər ki, müsahibə verəsiniz, bakılıları təhqir etdiyi iddia olunan Rüstəm Behrudiyə cavab verəsiniz. Bu xəbər nə dərəcə doğrudur?

- Bunu deyib sübut eləməyən heç kişi deyil. Deyiblərsə, sözlərinin dalında dayansınlar. Belə danışanlar gəzəyən arvaddan da betərdirlər. Biz bakılılar Rüstəm Behrudinin üzr istəməyini yenə də qəbul etmirik. Çünki onunku minnətli üzrxahlıq idi. Rüstəm deyir, heyf məni başa düşmədilər, eybi yox, başa düşməyənlərdən üzr istəyirəm... Bu, təhqirdir. Şah bir gün Molla Nəsrəddinə deyir elə iş tut ki, üzr istəyəndə ondan da betər olsun. Molla şahın budunu çimdikləyir. Şah çığırır: “Adə, neynirsən?” Molla deyir: “Bıy, bağışla, elə bildim arvadın bududur”. Rüstəm Behrudinin üzrü də belə bir şey oldu.

- Loto oyunlarının aparıcısı olan Əlili nədən uzaqlaşdırıldı efirdən?

- Lotoya Maqsud adlı bir nəfəri rəhbər təyin elədilər. O da mənə dedi ki, danışığın xoşuma gəlmir. Dedim ləhcəmi bəyənmədin, ya nə. Dedi yox, sən lotonu çox süst aparırsan. Dedim nə eləyim, rəqəmləri oxuya-oxuya deyim, yoxsa oynaya-oynaya. Üç saatlıq söhbətin axırında dedi məni yandıran odur ki, sən bu qədər maaş alırsan. Düzü, mən loto verilişindən yaxşı maaş alırdım, çünki üç lotonun aparıcısı idim, deməli, üç adamın maaşını alırdım. Bu maaşı da boş yerdən almırdım ki... Sənətimə, bacarığıma görə alırdım. Kişi kişiyə bu sözü deməz. Kişi kişinin çörəyinə bais olmaz. Həmin o Maqsud utanmadı, məni işdən çıxardan ili Həcc ziyarətinə də getdi. Mənə qarşı elədiyi əmələ görə məndən heç halallıq da almadı. O adamın lotodan xəbəri yoxdur. O gələndən sonra lotonun satışı üç dəfə aşağı düşüb.

- Bildiyimiz qədər ev probleminiz də var. Bununla bağlı haralarasa müraciət etmisinizmi?

- 1961-ci ildə atama 47 kvadratmetrlik bir mənzil veriblər. İndi həmin mənzildə 6 nəfər ailə üzvümlə bir yerdə birtəhər yaşayıram. Mənim alimlik dərəcəm var, sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. Mənə həm alim, həm də yaradıcı insan, aktyor kimi ayrıca mənzil düşür. Prezidentimizə dəfələrlə məktub yazmışam, təbii ki, məktublar gedib ona çatmayıb, mənə “yox” cavabı gəlib. Daha doğrusu, məktub Mədəniyyət və Turizm Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Onlar da “otkaz” ediblər. Ya qismət, görək nə olur. Azərbaycanda da elə dövlətli adamlar yoxdur ki, bizə yardım əlini uzatsın.

- Bu qədər narazısınız. Niyə köçüb xaricə getmirsiniz?

- Dolanışıq ucbatından nə ailəmi, nə də vətənimi ata bilmərəm. Həm də burada xalqın mənə olan məhəbbətini başqa ölkələrdə tapa bilmərəm.

Tural Balabəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Etimad Əsədovdan sərt cavab: “O şərəfsizlərdən də biri Qorxmaz Əlilidir”

    Etimad Əsədovdan sərt cavab: “O şərəfsizlərdən də ...

    2-11-2015, 15:39

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • Qorxmaz Hüseynov talan etməyə hazırlaşır

    Qorxmaz Hüseynov talan etməyə hazırlaşır ...

    10-05-2014, 13:44

  • 
  • Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları

    Qorxmaz Hüseynovun müdhiş maxinasiyaları ...

    30-01-2013, 10:35

  • 
  • Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı

    Sakinlər Qorxmaz Hüseynovu istefaya çağırdı ...

    23-12-2012, 11:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu