Gundemxeber.Az bildirir ki, xalq artisti Röya Ayxan qonaq olduğu "3D" proqramında Brilliant Dadaşovanın erməni mügənninin ifasına şərh olaraq “super” yazmasına qalmaqallı açıqlama edib:
"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".
Məsələylə bağlı müğənni Brilliant Dadaşova BiG.AZ-a açıqlama verib.O, şərhi silmədiyini bildirib:
“Mən heç vaxt yazdığımı silmirəm. Siz nədən danışırsınız? Mənim heç nədən xəbərim yoxdur. Yazdığımı da silməmişəm. Xahiş edirəm, görüntüləri mənə göndərin, qısa zamanda şəxsi münasibətimi bildirəcəm”.
Sorğu
Yeni dizaynımız necədir?