Əməkdar incəsənət xadimi Aygün Səmədzadə mahnı yaradıcılığından danışıb. Bəstəkar bildirib ki, mahnı yazarkən, müğənninin kimliyini öncədən düşünmür:
gundemxeber.az gecce.az-a istinadən xəbər verir ki, Aygün xanım bu barədə "10dan" sonra verlişində danışıb:
"Müğənninin kimliyini əvvəldən nəzərdə tutmuram. Mahnı hazır olur, dəfələrlə onu royalda ifa edirəm. Düşünürəm kimə verim, o da gec baş verir. Çox tərəddüd edirəm. "Deki" mahnımı Brilliant Dadaşova üçün nəzərdə tutmuşdum, amma o mahnı o qədər gec oxundu ki, o biri mahnılar başqa müğənnilərin ifasında səslənməli oldu. Əgər 20 il Brilliant xanımı gözləsəydim, bu gün məni heç kim tanımayacaqdı".
Sorğu
Yeni dizaynımız necədir?