Xalq artisti Brilliant Dadaşovanın erməni musiqiçisinin instaqramda paylaşdığı videosunu bəyənməsi və ona “Super” rəyini yazması geniş müzakirələrə səbəb olub.
B.Dadaşovanın köməkçisi Nigar xanım Teleqraf.com-a verdiyi açıqlamada Varujan Şahbazyan adlı qarmon ifaçısının videosuna yazılan şərhin müğənniyə aid olmadığını deyib. Lakin məlum olub ki, rəy Xalq artistinin şəxsi səhifəsindən yazılıb. Keçən həftə Ermənistanın Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin həlak olmasına instqramda heç bir reaksiya verməyən ifaçının bu rəyi birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı olaraq Brilliant xanımın mətbuat katibi Hüseyn Cavadzadə ilə əlaqə saxlanılıb. Lakin o, təkidlə müğənninin bu barədə danışmaq istəmədiyini qeyd edib./publika.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?