"Heç bir halda ailəmin bu məsələlərə qarışdırılmamasına razı deyiləm!"
Erotik səhnə görüntüləri ilə ictimaiyyətin müzakirə obyektinə çevrilən aktrisa Vəfa Zeynalova ailəsi barədə danışanlara və yazanlara mesaj göndərdi. Əməkdar artist ANS PRESS-ə açıqlamasında, sənətinin şəxsi həyatı ilə qarışdırılmamasını tələb etdi: "Sənətimlə bağlı bütün tənqidləri qəbul edirəm. Amma müzakirə olunarkən ailəmin, şəxsi həyatımın bu söz-söhbətlərə qarışdırılmasını qətiyyən istəmirəm və tələb edirəm ki, bir daha heç bir mətbu orqan mənim şəxi həyatımdan, ailəmdən yazmasın. Kimsəyə bu ixtiyarı vermirəm. Yenə də deyirəm, sənətimlə bağlı təhqir deyil, tənqid edə bilərsiz. Amma heç bir halda ailəmin bu məsələlərə qarışdırılmamasına razı deyiləm!"
Aktrisa müzakirə olunan erotik səhnə ilə bağlı artıq danışmaq istəmədiyini dedi: "O səhnədə bir qadın yox, sənət zorlanırdı..."
Sorğu
Yeni dizaynımız necədir?