Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva barədə danışıb.
Gundemxeber.az bildirir ki, Tolik bloggerin boşanma xəbərinin ölkə gündəmi olmasına sərt reaksiya verib. İstər sosial şəbəkələrdə, istərsə də müxtəlif saytlarda idmançı Kamil Zeynallı ilə Gülayın, Aynişan və Kənan Əlinin boşanması xəbər mövzusuna çevrilib. Sosial şəbəkə hesabında bu barədə yazan prodüser bu haqda yazılan xəbərlərdən iyrəndiyini bildirib: “Bu gün ölkə gündəmi: “Biz ayrılmamışıq, yalandı” Bezdik artıq. Vallah insanlar bu xəbərlərdən iyrənir. Bir gün ağzım açılacaq!”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?