"Xəbər-ətər” səhər şousunda kuryoz hadisə baş verib.
GundemXeber.Az xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə təşkil olunan proqramda onun nəvəsi Anar Axundzadə də iştirak edib. Lakin verilişin aparıcı Zümrüd Bədəlova qonağa verdiyi sualla özünü gülünc vəziyyətə salıb. Belə ki, o, Anar Axundzadəyə "babanızı görmüsünüzmü?” sualını verib. Anar Axundzadə isə bu sual qarşısında təəccübünü gizlətməyərək, "babam 37-ci ildə güllələnib” deyə cavab verib. Aparıcı bu dialoqun ardınca, "Bir azdan sizə Əhməd Cavad kefi yaşadacağıq. Bu səhər Əhməd Cavad səhəridir” deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?