GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Kərəm Həsənovun "kantorunda" rüşvət imperiyası

Kərəm Həsənovun "kantorunda" rüşvət imperiyası

Tarix: 3-12-2012, 02:23 Bölmə :Maqazin Baxış: 932
Kərəm Həsənovun "kantorunda" rüşvət imperiyası

Əmlak Məsələləri üzrə Dövlət Komitəsində yeni sistemlər tətbiq olunub

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov vəzifəsindən uzaqlaşdırılandan və adıçəkilən qurumda struktur dəyişiklikləri aparılandan sonra çoxlarına elə gəlirdi ki, burada rüşvətin kökü tam kəsilməsə də, müəyyən mənada azala bilər. Amma belə olmadı. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) qısa müddətdə yaranmasına baxmayaraq əhali bu qurumun fəaliyyətindən olduqca narazıdır.
Qəzetimizə daxil olan məlumatlara görə, son vaxtlar sözü gedən qurumda rüşvətin miqyası pik həddə çatıb. Ən böyük "qara" pullar isə Komitənin yanında Bakı Ərazi İdarəsidir. Kərəm Həsənov bu quruma həmyerlisi və qohumu Fərahim Mirzəyevi təyin edəndən sonra vətəndaşlardan daha çox "haqq" alınması üçün onlar müxtəlif bəhanələrlə get-gələ salınır. Burada yeni iş rejimi yaradılmaqla yanaşı, əhalidən pul yığılmasının yeni mexanizmi formalaşdırılıb.
F.Mirzəyev hələ Əmlakın Texniki İnventarlaşdırılması Bürosunda rəis vəzifəsində olduğu zaman özünü göstərib. Yaxşı pul toplayıb rəisinə çatdırdığına görə onun etibar və etimadını qazana bilib. Əgər belə olmasaydı, BDU-nun coğrafiya fakültəsini bitirmiş F.Mirzəyevin qeyri-ixtisas sahibi olduğunu nəzərə alar, onu ƏTİB-a, oradan isə BƏİ-yə rəis vəzifəsinə təyin etməzdilər. O, yeni vəzifəsinin icrasına başladığı gündən rəhbərlik etdiyi idarəyə bir ab-hava gətirdi. İşçilər arasında "konvert sistemi"ni tətbiq etdi.

"Konvert sistemi" nədir?

Doğrudur, bu sistem bir çox dövlət qurumlarında mövcuddur. Amma oxuculara qaranlıq qalmasın deyə, bir balaca izahat verməli olacağıq.
İdarənin texniki işçilərinə tapşırılıb ki, əhalidən bir qayda olaraq pul almasınlar. Xatırladaq ki, əvvəllər kiminsə sənədlərini qaydaya salan texniki işçilər vətəndaşdan 50-100 manat alırdısa, indi bu, biryolluq aradan qaldırılıb. Bu qadağaya məhəl qoymayan adını çəkmək istəmədiyimiz texnik dərhal işdən uzaqlaşdırılıb. Oxucular bəlkə də sevinəcək ki, yəqin Kərəm Həsənov rəhbərlik etdiyi komitədə rüşvəti yığışdırıb. Heç də belə deyil. Əksinə, Qaraşovun dövründə 100-150 manata alınan "Forma-1" hazırda 1000 manata başa gəlir. Amma həmin pulu vətəndaşlardan F.Mirzəyevin təyin etdiyi xüsusi adamlar yığır. Əgər hansısa tikilidə hər hansı bir uyğunsuzluq meydana çıxırsa, texniki pasportda düzəliş üçün 3-5 min manata yaxın pulunun başından keçməlisən. Uyğunsuzluq daha çoxdursa, miqyasına görə haqqın miqdarı da dəyişir. Alınan pullar ümumi "katyol"a daxil olandan sonra işçilərə hər ay tutduğu vəzifədən asılı olaraq maaşdan əlavə kovertdə pul verilir. Həmin miqdar isə aşağısı 300-400 manatdan başlayır və 1000 manatadək olur.

Çirkli pullar hara gedir?

Onu da qeyd edək ki, bəzi məmurlardan fərqli olaraq F.Mirzəyev topladığı çirkli pulları xarici ölkələrdə investisiya şəklində qoyub. Bunun səbəbi isə onun hakimiyyətə inamsızlığından irəli gəlir. F.Mirzəyevin Ukraynadakı böyük biznes şəbəkəsinə qardaşı rəhbərlik edir. Bayaq qeyd etdiyimiz kimi, adıçəkilən idarədə rüşvətin miqdarı o qədər böyüyüb ki, bu, vətəndaşların ciddi narazılığına səbəb olub. Məsələ komitə sədri K.Həsənova da çatıb. O, komitənin daxili iclaslarının birində tabeliyində olan işçilərə tapşırıb ki, insafınız olsun, heç olmasa texniki pasportlara uyğun gəlməyən 15-20 kv.metrə qədər olan əmlaklara göz yumun. Sənədləşdirmədə vətəndaşları o qədər də incitməyin. Amma F.Mirzəyev sədrin bu göstərişinə də məhəl qoymur. Yalnız bildiyini edir. Onun başı vətəndaşların vəziyyətini düşünməkdən çox, pul yığmağa qarışıb. F.Mirzəyevin idarədə pulyığanları isə müavini İsmayıl Rəhimov və şöbə müdiri Xəyalə Mərdanlıdır. Bağlar idarəsində isə Elsevər müəllimdir. O da öz növbəsində hər bağ evinin mərtəbəsinə 1000 manat rüşvət təyin edib (hətta qanuni sənədlər olduqda). Xəyalə xanım idarədə "Forma-1"in rüşvətinin təyinetmə məsələsinə baxır. Heç kimdən çəkinmədən öz otağında verilmə müddətindən asılı olaraq pulun miqdarını təyin edir. İnanmayanlar yerindəcə bu rüsvayçılığın şahidi ola bilər.
Müavin İ.Rəhimov BƏİ rayon şöbələrinin rəhbərlərini qəbul edir və vətəndaşlara onların vasitəsilə alınacaq pulların miqdarını razılaşdırır. İdarədə qapalılıq sistemi yarandığından rüşvətin çoxluğundan narazı olan vətəndaşları birbaşa İ.Rəhimovun qəbuluna göndərirlər ki, öz işini özü razılaşdırsın. Əmlakla texniki pasportda olan uyğunsuzluğun qiyməti onunla müəyyən olunur. Bir sözlə, idarənin hər iki məsul şəxsi F.Mirzəyevin etibarlı pulyığanları hesab olunur. Adıgedən hər üç şəxs razılaşdırma siyahısını F.Mirzəyevlə razılaşdırandan sonra vətəndaşa axırıncı qiymət deyilir.
F.Mirzəyev K.Həsənovun ona olan etibarından o qədər məmnundur ki, hazırda heç Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovu da saymır.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi susur

Bəzən elə olur ki, subardinasiya qaydalarını gözləmədən M.İmanovun tapşırıqlarını yerinə yetirməkdən imtina edir. Hətta vətəndaşların qəbul saatında belə heç kimi qəbul etmir. Bu idarəyə ayaq basan heç bir insanın oradan razı getdiyini görən olmayıb. Elə qaranlıq məqam da budur ki, F.Mirzəyevin özbaşınalığı haradan qaynaqlanır. İnsanların şəxsi mülkiyyətinə bilavasitə şərik çıxan bu məmurun müasir dövrün tələblərilə bir araya sığmayan özünəməxsus idarəçiliyindən xəbəri olmayanları xəbərdar edirik. F.Mirzəyev vəzifəsinə hələ "təzə" başlayıb. Əgər onun və tabeliyində olan işçilərin özbaşınalığının qarşısı vaxtında alınmasa yəqin ki, insanlar gələcəkdə F.Mirzəyevin çoxsaylı "sürpriz"i ilə qarşılaşacaq.
Məsələ ilə bağlı qurumun mövqeyini dərc etməyə hazırıq

Fərid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənovun Qaradağda reyestr imperiyası

    Kərəm Həsənovun Qaradağda reyestr imperiyası ...

    3-04-2014, 12:06

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08

  • 
  • Kərəm Həsənovun adamının inanılmaz “işləkləri”

    Kərəm Həsənovun adamının inanılmaz “işləkləri” ...

    4-05-2014, 11:19

  • 
  • Kərəm Həsənov qohumlarını «vurdu»

    Kərəm Həsənov qohumlarını «vurdu» ...

    20-02-2015, 12:57

  • 
  • Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - Komitədə dəyişiklik gözlənilir

    Bəylər Əyyubov Kərəm Həsənova zərbə vura bilər - ...

    24-01-2014, 15:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu