GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Tarix: 22-12-2023, 19:20 Bölmə :Maqazin Baxış: 386

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar. “Camaat nə deyər?!”

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Bibim qızı Kamilə xanım danışır: “Mən ana olanda həyat yoldaşım Kuybışevdə işləyirdi. Ona oğlumuzun üzünü görmək bir neçə ay sonra qismət oldu. Mən o vaxt kənddə idim, qayınatamla, qayınanamla birlikdə yaşayırdım. Yoldaşım Kuybışevdən gələndə hamı evdə idi. O, ata-anasına hörmət əlaməti olaraq, uşağı məndən almadı. Nəinki üzündən öpməyə, hətta qucağına almağa da utandı. Körpənin saçına sığal çəkməklə atalıq borcunu yerinə yetirmiş oldu". 

Kamilə xanım çoxdan oğul evləndirib, qız köçürüb. İndi nəvələrinin sevimli nənəsidir. 40 il əvvəl kəndi necə tərk edibsə, yenə eləcə tər-təmiz, səmimi, saf qalıb. Bir dəfə dedi ki, ay Seymur, uşaqla bağlı bu hadisəni danışanda indiki cavanlar mənə gülürlər, hətta öz aralarında pıçıldaşırlar ki, bunlar nə avam olublar...

Mən kifayət qədər oxumuş, müasir adamam. “Gəlin evin süpürgəsidir” təfəkküründən çox-çox uzağam. Hesab edirəm ki, hər bir insan, xüsusilə müasir gənc müstəqil qərar vermək hüququna malik olmalıdır. Amma bir şərtlə ki, müasirliyi abırsızlıqla dəyişik salmasın. 

Gənclərdən yazmağıma baxmayın, sözüm qocalaradır. Bəli, o, həqiqətən də qocadır. Nə az, nə çox düz 60 yaşı var. Bu yaşda insanlar gənclərə nümunə olmalı, yol göstərməlidirlər. Bəs bizim Musa müəllim nə edir? Yəqin çoxunuz görmüsünüz. Görməyənlər üçün yazıram: Canlı efirdə həyat yoldaşı Təranə Qumralı qucağına alır. 

Biz onsuz da televiziyalardan əlimizi üzmüşük. Tutaq ki, sənə hər cür şərait yaradıblar, hətta dombalaq aşmağa belə icazə veriblər. İndi sən dingişlik etməlisən?! 

Əməkdar artist Mətanət İsgəndərlinin mənim yaşım qədər səhnə təcrübəsi var. İnsafən pis müğənni deyil, bəzən “sarı sim”ə toxuna bilir. Amma son vaxtlar ancaq şəxsi həyatı, ailəsindəki qalmaqallarla gündəmə gəlir. Bu gün isə hansısa verilişdəki hərəkəti ilə gündəmi zəbt edib. Yazının əvvəlində təqdim etdiyimiz şəkildən görünür ki, Mətanət xanım hansısa aparıcının qucağındadır... 

Əvvəllər müğənnilər səhnədən düşmürdülər, indi isə qucaqdan düşmürlər. Əlbəttə, kim hara istəsə çıxa, düşə bilər. Amma elə hərəkətlər var ki, onu gizlin etmək lazımdır. Yoxsa övladın, hətta nəvən yaşında olan gənclərin qınağına tuş gələcəksən. Üzünüzə deməsələr də, arxanızca belə deyəcəklər: “İndiki qocalarda abır-həya qalmayıb”. 

Seymur VERDİZADƏ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əməkdar artist: "Həyat yoldaşım məndən 12 yaş kiçik idi"

    Əməkdar artist: "Həyat yoldaşım məndən 12 ...

    5-07-2016, 16:06

  • 
  • "Gələndə onun başını kəsəcəm" - Səidənin "əri"

    "Gələndə onun başını kəsəcəm" - ...

    6-11-2015, 17:50

  • 
  • 15 yaşında ərə verilən qızın həyat dramı...

    15 yaşında ərə verilən qızın həyat dramı... ...

    10-07-2015, 13:00

  • 
  • “24 ildir türmə oğlumu yeyir” - Ömürlük məhbusun 80 yaşlı anası - SÖHBƏT

    “24 ildir türmə oğlumu yeyir” - Ömürlük məhbusun ...

    14-05-2014, 15:25

  • 
  • 5 nəfər tərəfindən zorlanan məktəbli qız — “Mən 3 il idi zorlanırdım, amma...”

    5 nəfər tərəfindən zorlanan məktəbli qız — “Mən 3 ...

    14-08-2017, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu