Rusiyalı müğənni Alla Puqaçova ölkədə illik 28 milyon rubl (təxminən 570 min manat) dəyərində müəllif haqqı ödənişlərindən məhrum edilə bilər.
Bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, bu tələb sənətçinin məhkəməsində iştirak edən hüquqşünas Aleksandr Treşçev tərəfindən iddiaya əlavə edilib. Daha əvvəl o, Puqaçovadan 1.5 milyard rubl (30.5 milyon manat) tələb etmişdi. Bu məbləğ məşhur ifaçının son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında tərifli sözləri ilə bağlıdır.
Bundan əvvəl xəbər verilmişdi ki, Puqaçova Dudayevlə bağlı söylədikləri səbəbindən Rusiyada beş ilə qədər həbs cəzası ilə üzləşə bilər. Onun ifadələrində terrorizmin təbliği kimi qiymətləndirilə biləcək hallar aşkarlanıb./oxu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?