GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mingəçevir Dram Teatrında “avtoritar rejim”

Mingəçevir Dram Teatrında “avtoritar rejim”

Tarix: 8-12-2014, 21:42 Bölmə :Ölkə Baxış: 0
Mingəçevir Dram Teatrında “avtoritar rejim”

Direktor Səxavət Məmmədov Ədalət Vəliyevə arxalanır

Redaksiyamıza Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının ali dərəcəli aktyoru İbrahim Türksoy (Salamov) tərəfindən təqdim olunmuş məlumatlarda, bu incəsənət ocağının tənəzzül dövrü yaşadığı bildirilir. Öz açıqlamalarında İbrahim Türksoy teatrın bugünkü durumuna görə direktor Həsən Həsənovu ittiham edir. Məlumatda bildirilir ki, H.Həsənov bu vəzifəyə təyinatının ilk günündən teatrı bazara, alver məkanına və intriqa ocağına çevirmişdir. Eyni zamanda da direktorun istedadlı, uzun illərdən bəri teatrın bütün yükünü öz çiyinlərində daşıyan işçilərə qarşı ayrı-seçkilik salması, ədalətsiz rəftar etməsi məlumatda öz əksini tapmışdır. İbrahim müəllimin iddialarına görə bu gün çalışdıqları teatrı iyrənc, utancverici əməllərin törədildiyi məkana çevirən H.Həsənov ona qarşı irəli sürülən haqlı iradlara yalnız “mən belə işləyirəm, gedin kimə, hara istəyirsiniz şikayət edin”-deyə cavab verir. Bu arada belə bir məqamı da qeyd etmək lazımdır ki, artıq iki il müddətində davam edən bu qarşıdurmada Mingəçevir Dövlət Dram Teatrının bir çox digər aktyorları da zərərçəkmiş kimi iştirak ediblər. Bu xüsusda İbrahim Türksoy bildirir ki, S.Məmmədov təyinatının ilk günündən teatrın adlı-sanlı aktyorlarını “gözümçıxdı”ya salsa da, həmin aktyorlar indiyədək səbr ediblər. Daha sonra aktyor öz məktubunda yazır: “Lakin bu illər ərzində baş verənlər artıq əndazənin aşılması deməkdir. S.Məmmədov Teatra gəldiyi gündən kollektivdə ögey-doğma münasibəti yaradıb. Halbuki biz onun teatrda mehriban, səmimi və işgüzar atmosfer yaradacağına ümid edirdik. Çünki o, elə vədlər verirdi ki, biz teatrda iş görüləcəyinə inanırdıq. Lakin hər şey əksinə oldu. O, iş görmək əvəzinə teatrda intriqaların yaranmasına girişib aktyorların heysiyyatı ilə oynamağa başladı. Teatr kollektiv sənətdir, tamaşanın uğurlu alınması yalnız aktyordan asılı deyil. Bura rejissura, dramaturgiya və digər amillər daxildir. Təəssüflər olsun ki, S.Məmmədov bütün bunlardan xəbərsizdir. Bu gün Mingəçevir teatrı əsl özfəaliyyət dərnəyinə çevrilib. Teatrda ruh, yaradıcı həvəs deyilən bir şey qalmayıb. H.Həsənov teatrı yolverilməz avtoritar prinsiplərlə idarə edir. Təsəvvür edin, teatrda elə adamlar var ki, biz indiyədək onların nə işlə məşğul olduğundan, hansı vəzifəni icra etdiklərindən xəbərsizik. Əvəzində hamı kimi bu adamlar da əmək haqqı alırlar.”Bütün bu baş verənlərdə diqqəti ən çox cəlb edən məqamlardan biri də budur ki, YUNESKO-nun tarixi abidələr siyahısına salınmış M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binası bu gün S.Məmmədov tərəfindən həm də ticarət mərkəzi kimi istismar olunmaqdadır. İbrahim Türksoyun sözlərinə görə hazırda teatrın zirzəmisi direktorun şəxsi studiyası kimi fəaliyyətdədir. Teatrın qarderobu sökülərək yerində kafe açılıb, binanın ikinci zirzəmisi restoran kimi icarəyə verilib, kiçik məşq zalı isə kinozal kimi fəaliyyət göstərir.Və nəhayət İbrahim Türksoyun verdiyi açıqlamalarda ölkənin Mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyevin də adının hallanması təbii ki, maraq doğurmaya bilməz. Məsələ bundadır ki, aldığımız məlumatda Mingəçevir Dövlət Dram Teatrının direktorunun yol verdiyi bütün özbaşınalıqlarda Ədalət Vəliyevə istinad etdiyi bildirilir. Göstərilir ki, S.Məmmədov törətdiyi bütün əməlləri birbaşa nazir müavininin göstərişlərinə əsasən və onun himayəsi altında həyata keçirdiyini iddia edir.Sonda bunu da qeyd edək ki, hələ ötən il Mingəçevir Dövlət Dram Teatrının bir qrup işçisi, o cümlədən ali dərəcəli aktyorlar Ibrahim Salamov və Əsmər Qurbanova, I dərəcəli aktrisa Günel Əhmədova, II dərəcəli aktyor Asim Muxtarov və teatrın nəzdində fəaliyyət göstərən studiyanın üzvü Rizvan Əzimzadə direktor Həsən Həsənovun qanunazidd əməllərinə etiraz əlaməti olaraq Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıblar. Lakin təəssüflər olsun ki, nazirlik tərəfindən Mingəçevir Dövlət Dram Teatrında baş verənlərə hələ də münasibət bildirilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rejissor teatr direktorunu məhkəməyə verdi- Qalmaqal

    Rejissor teatr direktorunu məhkəməyə verdi- ...

    23-01-2014, 13:29

  • 
  • “Amaliya xanım özündən incisin”

    “Amaliya xanım özündən incisin” ...

    24-10-2013, 13:53

  • 
  • Azərbaycanın xalq artisti vəfat edib

    Azərbaycanın xalq artisti vəfat edib ...

    27-03-2018, 11:07

  • 
  • Analoqsuz teatr ad gününü qeyd edir

    Analoqsuz teatr ad gününü qeyd edir ...

    3-09-2018, 12:05

  • 
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu