GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Elşad Abdullayev daha kimləri ifşa edə bilər?

Elşad Abdullayev daha kimləri ifşa edə bilər?

Tarix: 29-12-2012, 10:38 Bölmə :Maraqlı Baxış: 1 101
Elşad Abdullayev daha kimləri ifşa edə bilər?

ABU işində Elçin Əfəndiyev tək deyil: Hacıbala Abutalıbov və DİN-in yüksək çinli generalı

gundemxeber.az Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayətləri nəticəsində saxlanılan Baş nazirin müavini Elçin Əfəndiyevin sabiq köməkçisi Vaqif Hüseynov istintaqa şok ifadələr verib. O, ifadəsində Elşad Abdullayevin ABU-nun fəaliyyətinin bərpa edilməsi məqsədiylə irəli sürdüyü bir milyonluq rüşvət ittihamında Elçin Əfəndiyevi günahlandırıb.
Bu barədə xəbər yayan «Təzadlar» qəzetində bildirilib ki, Vaqif Hüseynov istintaqa ifadəsində E.Abdullayevlə E.Əfəndiyevin məlum əlaqələrini və münasibətini etiraf edib: «Həmçinin həmin pulların (yəni alınmış bir milyon dolların) çox hissəsinin də E.Abdullayevə qaytarıldığını bildirib. Amma bildiyimə görə, V.Hüseynova xəbər göndərilib ki, bütün hallarda məsuliyyəti öz boynuna götürsün və hər şey yaxşı olmalıdır...".

Kökü 95-ci ilə gedib çıxan anlaşma

Xəbərdə E.Abdullayevin tapşırığı ilə 2010-cu ildə V.Hüseynovun Patamdardakı villasında onunla görüşən nümayəndə heyətindən və orada gedən söhbətlərdən də bəhs olunub: «Həmin görüşdə ABU rektoru dayandırılmış tələbə qəbulunun bərpası və ABU-nun lisenziyasının müddətinin artırılması üçün verdiyi l milyon dollar pulun bir hissəsini almaq üçün V.Hüseynovla kompromisə gedib. Amma pulun bir hissəsinin əmlakla əvəzlənməsi təklifi ətrafında razılaşma tam əldə olunmayıb. Məsələn, V.Hüseynov E.Abdullayevə Kiprdəki villasını, Xaçmazdakı istirahət mərkəzini, Bakıda tikilən göydələnlərdəki mənzillərdən bir neçəsini təklif edib, müəyyən miqdarda isə pul da verib. Öhdəliyin sona kimi yerinə yetirilmədiyini görən ABU rektoru isə bezib aidiyyəti qurumlara, tanınmış insanlara V.Hüseynovdan şikayət edib, hətta hüquq mühafizə orqanlarının belə bu işə qarışdığı bildirilirdi...».
Daha sonra Elçin Əfəndiyevin ABU ilə əlaqəli 25 sentyabr 1995-ci ildə imzası ilə təsdiqlədiyi mühüm sənəddən də söz açılaraq, tərəflər arasındakı münasibətlərin kökünün illər əvvələ gedib çıxdığına işarə vurulub. Bununla da Vaqif Hüseynovun istintaqa verdiyi məlumatların əsassız olmadığı qənaəti yaradılıb.

Hacıbala Abutalıbov hansı fakültənin təsisçisi olub?

ABU-nun 1995-ci ildə fəaliyyəti Elçin Əfəndiyevin imzaladığı sənədlə qurulduğunu etibarlı mənbə də təsdiqləyib: «Bəli, 25 sentyabr 1995-ci ildə Rusiyanın bir neçə ali məktəbinin buradakı filiallarının birləşdirilərək, ABU-nun çətiri altında fəaliyyət göstərməsində Elçin Əfəndiyevin imzaladığı sənədin mühüm rolu olub. O da doğrudur ki, həmin sənəddən sonra Elşad Abdullayev həmin filial rəhbərləri və təsisçilərinin bir çoxunu «çox maraqlı» şəkildə fırladıb da. Məsələn, həmin illərdə hazırkı Bakı meri Hacıbala Abutalıbovun da adının təsisçi kimi getdiyi Avtonəqliyyat fakültəsi var idi. O da Elşad Abdullayevin qarşısında «əridi». O ki qaldı Vaqif Hüseynovun istintaqa ifadələrinə, bu, istintaq sirridir. Onun necə qəzetə sızması maraqlı olmaqla yanaşı, həm də düşündürücüdür. Amma bu xəbərin doğru olma ehtimalı da var. Hamı bilir ki, köməkçi Elşad Abdullayevin məlum xahişini yerinə yetirmək gücündə deyil. Abdullayev kimi ayıq bir adam da bunu bilməmiş deyil. Şübhə yox ki, köməkçi vasitəsiylə yenidən Elçin Əfəndiyevə “xod” axtarıb, problemi yoluna qoymaq istəyiblər. Lakin bu dəfəki vəziyyət 1995-ci ildəki situasiya ilə fərqləndiyindən problem “dalan”a dirənib”.

Arzu Kazımov Daxili İşlər Nazirliyindən hansı dəstəyi istəyib?

Həmsöhbətimiz Vaqif Hüseynovla eyni gündə, yəni bu ilin noyabr ayının əvvəlində həbs edilmiş iş adamı Arzu Kazımovun son durumundan da danışıb: “Vaqif Hüseynovun istintaqa necə ifadə verdiyini bilmirəm. Amma Arzu Kazımovun israrla Elşad Abdullayevin ittihamlarını və şikayətlərini rədd etdiyi haqda xəbərim var. Düzdür, o, ittihamları əsaslı şəkildə rədd edə bilmir”.
Müsahibimiz Arzu Kazımovun Elşad Abdullayevin “sərrast atəşi”nə boğulan şəxsin “saman çöpü”ndən yapışmış şəkildə cavab verdiyini deyir: “Arzu Kazımov istintaqda Elşad Abdullayevi vəzifəli şəxslərlə görüşdürməsini təkzib edir. Hətta ortadakı 3 milyonluq rüşvət ittihamını rədd etmək üçün ABU rektorunun “pulun bir hissəsini Arzu Kazımovun məsləhəti ilə Daxili İşlər Nazirliyində Zahid Dünyamalıyevə verdim” kəlməsini yalana çıxarmaq üçün vəkili vasitəsiylə Daxili İşlər Nazirliyi qarşısında məsələ qaldırıb. Nazirlikdən ora gəlib-gedənlərlə necə davranılması haqda təlimat istənilib. Arzu Kazımov o qədər pulun nazirlikdə yoxlamadan keçmədən yuxarıya, Zahid Dünyamalıyevə necə çatdırılmasını sual altına almaq istəyir. Yəni nazirlik yoxlama olmadan belə bir pul dolu çantanın içəriyə keçməsini təkzib edərsə, Arzu Kazımov özünü müəyyən qədər təmizə çıxaracağını düşünür. Amma lap nazirlik sorğuya onların istədiyi kimi cavab verərsə də, bu, hələ suçdan yayınmaq və ya Elşad Abdullayevin yalan dediyini isbatlamaq üçün yetərli deyil. Ən əvvəl ona görə ki, ortada onların Mahir Abdullayevin işi ilə bağlı “əməkdaşlıq”larını göstərən xeyli faktlar var. İkinci tərəfdən isə, hamı bilir ki, hər hansı bir nazirliyin qapısı ağzında duran mühafizəçinin nazir müavinin yanında gedən nə şəxsi, nə də onun çantasını yoxlamaq cəsarəti var. Özü də nazir müavinin aşağıya tapşırdığı halda qətiyyən bu mümkün deyil. Bundan əlavə, Arzu Kazımov yoxlama təlimatını tələb etməkdənsə, qeyd edilən vaxt video-kameraların arxivlərini tələb etsə idi, daha məntiqli və əsaslı ola bilərdi. Bunu etmirlərsə, demək ortada faktdan yayınmaq cəhdi var”.
Mövzunu diqqətdə saxlayacağıq. Məsələ ilə bağlı yazıda adları hallanan hər bir tərəfin mövqelərini də dərc edə bilərik.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda

    Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda ...

    26-12-2012, 12:07

  • 
  • Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda

    Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda ...

    26-12-2012, 12:17

  • 
  • Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric edildi

    Elşad Abdullayevin qardaşı prokurorluqdan xaric ...

    27-10-2015, 19:49

  • 
  • Baş Prokurorluq: Elşad Abdullayevə istintaqa ifadə vermək təklif olunub

    Baş Prokurorluq: Elşad Abdullayevə istintaqa ...

    13-05-2013, 16:43

  • 
  • Elşad Abdullayev işində daha bir həbs gözlənilir

    Elşad Abdullayev işində daha bir həbs gözlənilir ...

    27-12-2012, 09:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu