GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda

Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda

Tarix: 26-12-2012, 12:07 Bölmə :Manşet Baxış: 996
Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda
Baş nazirin müavininin sabiq köməkçisinə bütün günahları öz boynuna götürməsi məsləhət bilinib

gundemxeber.az Bir müddət öncə Baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisinin 1 milyon dollar rüşvət alması ilə dələduzluq əməli törətməsi ölkənin ictimai fikrində şok effekti yaratdı. Bu həbslə bağlı E.Əfəndiyevin bu işlərə birbaşa rəhbərlik etməsi iddiasında deyilik. Amma hüquqi məntiq və siyasi hakimiyyət prinsiplərinin təhlili göstərir ki, dünyada köməkçisi həbs edilmiş yüksək rütbəli məmurların heç biri bu həbsə səbəb olan cinayətdən xəbərsiz olmayıb. Yəni, bu və ya digər formada rəhbərliyin bu işlərdən xəbəri olur. Bütün hallarda biz inanmaq istəmirik ki, E.Əfəndiyevin bu dələduzluq əməlindən xəbəri olub. Amma təbii ki, son sözü istintaq deyəcək.

Vaqif Hüseynov istintaqda nəyi etiraf edib?

Bu günlərdə “Təzadlar” qəzetində məsələ ilə bağlı maraqlı araşdırma aparılıb. Məlumata görə həbsdə olan Vaqif Hüseynov bir sıra etirafedici ifadələr verib: "...O, E.Abdullayevlə E.Əfəndiyevin məlum əlaqələrini və münasibətini etiraf edib. Həmçinin həmin pulların bir çox hissəsinin E.Abdullayevə qaytarıldığını da bildirib. Amma bildiyimə görə, V.Hüseynova xəbər göndərilib ki, bütün hallarda məsuliyyəti öz boynuna götürsün və hər şey yaxşı olmalıdır...".
Bundan əvvəl də bildirilmişdi ki, keçmiş ABU rektoru dayandırılmış tələbə qəbulunun bərpası və ABU-nun lisenziyasının müddətinin artırılması üçün verdiyi l milyon dollar pulun bir hissəsini almaq üçün V.Hüseynovla kompromisə gedib. Amma ikincinin təklif etdiyi pulun bir hissəsinin əmlakla əvəzlənməsi təklifi ilə sona kimi razılaşmayıb. Məsələn, V.Hüseynov E.Abdullayevə Kiprdəki villasını, Xaçmazdakı istirahət mərkəzini, Bakıda tikilən göydələnlərdəki mənzillərdən bir neçəsini təklif edib, müəyyən miqdarda isə pul da verib. Öhdəliyin sona kimi yerinə yetirilmədiyini görən ABU rektoru isə bezib aidiyyəti qurumlara, tanınmış insanlara V.Hüseynovdan şikayət edib, hətta hüquq mühafizə orqanlarının belə bu işə qarışdığı bildirilir...

Elçin Əfəndiyevin imzaladığı sənəd

Baş nazirin müavini E.Əfəndiyev 25 sentyabr 1995-ci ildə məhz ABU-nun yaradılmasına ilk xeyir-dua verilməsini dövlət səviyyəsində təmin edən mühüm sənədə imza atıb. Azərbaycan Nazirlər Kabinetinin blankında yazılmış 11-4-303 saylı razılıq məktubunun məzmunu isə belədir: bir qrup Azərbaycan və Dağıstan elm-biznes adamları 90-cı illərin əvvəllərində yaranmış vəziyyətdən istifadə edərək ölkəmizdə özəl ali təhsil mərkəzi yaratmaq istəyirlər. Güman edirik ki, bu Azərbaycanda özəl təhsilin yaradılmasına ilk cəhd olur. Beləliklə, San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, Rusiya EA-nın müxbir üzvü M.K.Kamilov (Dağıstan) 1995-ci ildə Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevə məktub yazaraq məlumat verir ki, Bakıda adı çəkilən institutun filialının yaradılmasına icazə verilməsi vaxtı çatıb. O, bunu guya Azərbaycandan Dağıstanda fəaliyyət göstərən San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunda təhsil alan Azərbaycanlı tələbələrin əziyyətinin qarşısını almaq niyyəti kimi izahlayır.

Elçin Əfəndiyevin razılıq məktubu...

Beləliklə, Bakıda müəyyən dairələrdə aparılan söhbətlər və məsləhətləşmələrdən sonra "Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının" yaradılmasına ümumi razılıq əldə edilir. Sonra nümayəndələr Elçin Əfəndiyevlə görüşürlər və məsələ həllini tapır.
Baş nazirin müavini Elçin Əfəndiyevin 25 sentyabr 1995-ci il tarixli, 11-4-303 saylı razılıq məktubunda yazılır:
"San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, Rusiya EA-nın müxbir üzvü M.K.Kamilova!
Sizin San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunda təhsil alan tələbələrin Bakıda təhsil almasının təşkil olunması barədə müraciətinizə baxılmışdır. Azərbaycan və Dağıstan arasındakı sərhəd-buraxılış məntəqəsində buraxılış rejiminin çətinləşməsini, həmçinin yuxarıda qeyd edilən institutda təhsil alan tələbələrin valideynlərinin müraciətini nəzərə alaraq Bakıda onların təhsil prosesinin təşkilini mümkün hesab edirik.”

“San-Marino”nun bazasında ABU-nun yaranması

Beləliklə, adı çəkilən institutun Bakıda filialı yaradılır. M.T.Kamilov Bakı filialının direktoru kimi özünün etibarlı adamı olan A.M.Maqomedovu filiala direktor təyin edir. Filialın Nizamnaməsini ədliyyə nazirinin müavini Akif Rəfiyev (E.Abdullayevin qardaşının qayınatası) imzalayır, təsdiqləyir. Bir müddət sonra, daha dəqiq desək, 31 yanvar 1997-ci ildə San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialına 10 saylı Dövlət Qeydiyyatı Şəhadətnaməsi verilir. Yenə də A.Rəfiyevin imzası ilə.
Amma qısa vaxt keçdikdən sonra hər şey tərsinə dəyişir. Belə ki, birdən-birə San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu Bakı filialının rəhbərliyi ilə tərəflər arasında maraqlı məqamlar yaşanır. Daha doğrusu, gözlənilmədən ABU-nun təsis olunması barədə (Elşad Abdullayevin imzası ilə) 17.10.1997-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınmış (15 nömrə ilə) başqa bir Nizamnamə peyda olur. Ən maraqlısı budur ki, həmin Nizamnamədə ABU-nun San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının bazasında yaradıldığı qeyd olunur. ABU-nun yerləşdiyi ünvan da filialınkı göstərilir.

Suallar və ya Vaqif Hüseynov nələr danışa bilər?

Əgər San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialı 31 yanvar 1997-ci ildə təsis olunubsa və ona Azərbaycan Ədliyyə Nazirliyində 10 nömrəsi ilə qeydə alınması barədə "Dövlət Qeydiyyat Şahadətnamə"si verilibsə, bəs onda onun bazasında yaradılan ABU necə ola bilər ki, bundan təxminən iki ay əvvəl - 17 oktyabr 1997-ci ildə yaradılsın? Həmin dövrdə ABU rəhbərliyi ilə A.M.Maqomedov, həmçinin M.T.Kamilov arasında ciddi narazılıq yaranır, bu barədə Elçin Əfəndiyevə də şikayət edilir. Sonra A.M.Maqomedov incik halda Azərbaycanı birdəfəlik tərk edir, bu işi dolaşığa salanları bağışlamayacağını bildirirlər. Bəs E.Əfəndiyev həmin dövrdə hansı tədbirlər gördü???
Bütün bunlar maraqlı suallardır və həm də E.Abdullayevlə Baş nazirin müavini E.Əfəndiyevin köməkçisi olmuş Vaqif Hüseynovun cinayət işini istintaq edən prokurorluq tərəfindən araşdırılmalı bir məsələdir.

Mövzuya qayıdacağıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda

    Elçin Əfəndiyevin adı 1 milyonluq qalmaqalda ...

    26-12-2012, 12:17

  • 
  • Elşad Abdullayev daha kimləri ifşa edə bilər?

    Elşad Abdullayev daha kimləri ifşa edə bilər? ...

    29-12-2012, 10:38

  • 
  • Deputatın köməkçisi dələduzluq üstündə həbs edilib

    Deputatın köməkçisi dələduzluq üstündə həbs edilib ...

    1-05-2013, 11:20

  • 
  • “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında

    “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında ...

    17-09-2015, 19:35

  • 
  • “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir əlaqəsi olmayıb”

    “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir ...

    20-11-2013, 12:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu