Baş nazirin müavininin sabiq köməkçisinə bütün günahları öz boynuna götürməsi məsləhət bilinib
gundemxeber.az Bir müddət öncə Baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisinin 1 milyon dollar rüşvət alması ilə dələduzluq əməli törətməsi ölkənin ictimai fikrində şok effekti yaratdı. Bu həbslə bağlı E.Əfəndiyevin bu işlərə birbaşa rəhbərlik etməsi iddiasında deyilik. Amma hüquqi məntiq və siyasi hakimiyyət prinsiplərinin təhlili göstərir ki, dünyada köməkçisi həbs edilmiş yüksək rütbəli məmurların heç biri bu həbsə səbəb olan cinayətdən xəbərsiz olmayıb. Yəni, bu və ya digər formada rəhbərliyin bu işlərdən xəbəri olur. Bütün hallarda biz inanmaq istəmirik ki, E.Əfəndiyevin bu dələduzluq əməlindən xəbəri olub. Amma təbii ki, son sözü istintaq deyəcək. Vaqif Hüseynov istintaqda nəyi etiraf edib?
Bu günlərdə “Təzadlar” qəzetində məsələ ilə bağlı maraqlı araşdırma aparılıb. Məlumata görə həbsdə olan Vaqif Hüseynov bir sıra etirafedici ifadələr verib: "...O, E.Abdullayevlə E.Əfəndiyevin məlum əlaqələrini və münasibətini etiraf edib. Həmçinin həmin pulların bir çox hissəsinin E.Abdullayevə qaytarıldığını da bildirib. Amma bildiyimə görə, V.Hüseynova xəbər göndərilib ki, bütün hallarda məsuliyyəti öz boynuna götürsün və hər şey yaxşı olmalıdır...". Bundan əvvəl də bildirilmişdi ki, keçmiş ABU rektoru dayandırılmış tələbə qəbulunun bərpası və ABU-nun lisenziyasının müddətinin artırılması üçün verdiyi l milyon dollar pulun bir hissəsini almaq üçün V.Hüseynovla kompromisə gedib. Amma ikincinin təklif etdiyi pulun bir hissəsinin əmlakla əvəzlənməsi təklifi ilə sona kimi razılaşmayıb. Məsələn, V.Hüseynov E.Abdullayevə Kiprdəki villasını, Xaçmazdakı istirahət mərkəzini, Bakıda tikilən göydələnlərdəki mənzillərdən bir neçəsini təklif edib, müəyyən miqdarda isə pul da verib. Öhdəliyin sona kimi yerinə yetirilmədiyini görən ABU rektoru isə bezib aidiyyəti qurumlara, tanınmış insanlara V.Hüseynovdan şikayət edib, hətta hüquq mühafizə orqanlarının belə bu işə qarışdığı bildirilir... Elçin Əfəndiyevin imzaladığı sənəd
Baş nazirin müavini E.Əfəndiyev 25 sentyabr 1995-ci ildə məhz ABU-nun yaradılmasına ilk xeyir-dua verilməsini dövlət səviyyəsində təmin edən mühüm sənədə imza atıb. Azərbaycan Nazirlər Kabinetinin blankında yazılmış 11-4-303 saylı razılıq məktubunun məzmunu isə belədir: bir qrup Azərbaycan və Dağıstan elm-biznes adamları 90-cı illərin əvvəllərində yaranmış vəziyyətdən istifadə edərək ölkəmizdə özəl ali təhsil mərkəzi yaratmaq istəyirlər. Güman edirik ki, bu Azərbaycanda özəl təhsilin yaradılmasına ilk cəhd olur. Beləliklə, San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, Rusiya EA-nın müxbir üzvü M.K.Kamilov (Dağıstan) 1995-ci ildə Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevə məktub yazaraq məlumat verir ki, Bakıda adı çəkilən institutun filialının yaradılmasına icazə verilməsi vaxtı çatıb. O, bunu guya Azərbaycandan Dağıstanda fəaliyyət göstərən San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunda təhsil alan Azərbaycanlı tələbələrin əziyyətinin qarşısını almaq niyyəti kimi izahlayır.
Elçin Əfəndiyevin razılıq məktubu...
Beləliklə, Bakıda müəyyən dairələrdə aparılan söhbətlər və məsləhətləşmələrdən sonra "Rusiya Federasiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının" yaradılmasına ümumi razılıq əldə edilir. Sonra nümayəndələr Elçin Əfəndiyevlə görüşürlər və məsələ həllini tapır. Baş nazirin müavini Elçin Əfəndiyevin 25 sentyabr 1995-ci il tarixli, 11-4-303 saylı razılıq məktubunda yazılır: "San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, Rusiya EA-nın müxbir üzvü M.K.Kamilova! Sizin San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunda təhsil alan tələbələrin Bakıda təhsil almasının təşkil olunması barədə müraciətinizə baxılmışdır. Azərbaycan və Dağıstan arasındakı sərhəd-buraxılış məntəqəsində buraxılış rejiminin çətinləşməsini, həmçinin yuxarıda qeyd edilən institutda təhsil alan tələbələrin valideynlərinin müraciətini nəzərə alaraq Bakıda onların təhsil prosesinin təşkilini mümkün hesab edirik.”
“San-Marino”nun bazasında ABU-nun yaranması Beləliklə, adı çəkilən institutun Bakıda filialı yaradılır. M.T.Kamilov Bakı filialının direktoru kimi özünün etibarlı adamı olan A.M.Maqomedovu filiala direktor təyin edir. Filialın Nizamnaməsini ədliyyə nazirinin müavini Akif Rəfiyev (E.Abdullayevin qardaşının qayınatası) imzalayır, təsdiqləyir. Bir müddət sonra, daha dəqiq desək, 31 yanvar 1997-ci ildə San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialına 10 saylı Dövlət Qeydiyyatı Şəhadətnaməsi verilir. Yenə də A.Rəfiyevin imzası ilə. Amma qısa vaxt keçdikdən sonra hər şey tərsinə dəyişir. Belə ki, birdən-birə San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutu Bakı filialının rəhbərliyi ilə tərəflər arasında maraqlı məqamlar yaşanır. Daha doğrusu, gözlənilmədən ABU-nun təsis olunması barədə (Elşad Abdullayevin imzası ilə) 17.10.1997-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınmış (15 nömrə ilə) başqa bir Nizamnamə peyda olur. Ən maraqlısı budur ki, həmin Nizamnamədə ABU-nun San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialının bazasında yaradıldığı qeyd olunur. ABU-nun yerləşdiyi ünvan da filialınkı göstərilir.
Suallar və ya Vaqif Hüseynov nələr danışa bilər? Əgər San-Marino Beynəlxalq Elmlər Akademiyası Beynəlxalq İdarəetmə, Biznes və Hüquq İnstitutunun Bakı filialı 31 yanvar 1997-ci ildə təsis olunubsa və ona Azərbaycan Ədliyyə Nazirliyində 10 nömrəsi ilə qeydə alınması barədə "Dövlət Qeydiyyat Şahadətnamə"si verilibsə, bəs onda onun bazasında yaradılan ABU necə ola bilər ki, bundan təxminən iki ay əvvəl - 17 oktyabr 1997-ci ildə yaradılsın? Həmin dövrdə ABU rəhbərliyi ilə A.M.Maqomedov, həmçinin M.T.Kamilov arasında ciddi narazılıq yaranır, bu barədə Elçin Əfəndiyevə də şikayət edilir. Sonra A.M.Maqomedov incik halda Azərbaycanı birdəfəlik tərk edir, bu işi dolaşığa salanları bağışlamayacağını bildirirlər. Bəs E.Əfəndiyev həmin dövrdə hansı tədbirlər gördü??? Bütün bunlar maraqlı suallardır və həm də E.Abdullayevlə Baş nazirin müavini E.Əfəndiyevin köməkçisi olmuş Vaqif Hüseynovun cinayət işini istintaq edən prokurorluq tərəfindən araşdırılmalı bir məsələdir.
Sorğu
Yeni dizaynımız necədir?