GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Sələfiləri hansı qüvvələr varlandırır..?

Sələfiləri hansı qüvvələr varlandırır..?

Tarix: 12-02-2014, 13:20 Bölmə :Siyasət Baxış: 909
 Sələfiləri hansı qüvvələr varlandırır..?
Azərbaycanda sələfi icmasının sürətlə böyüməsində bu qrupa tanınan biznes imkanları böyük rol oynayır

Azərbaycanda radikal görüşlü sələfilərin Suriyaya savaşa getməsi hökumət qurumlarını hərəkətə gətirib. Ancaq hələlik rəsmi Bakının Suriyada savaşan azərbaycanlılarla bağlı hansı addımları atacağı dəqiq deyil. Yalnız hökumət rəsmiləri, deputatlar və ekspertlərin müxtəlif çağırışları səslənməkdədir. MM deputatları arasında radikal dindarlara qarşı cinayət işinin açılması, Suriyaya gedənlərin vətəndaşlığını ləğv olunması kimi təkliflər var. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuata müsahibəsində radikal sələfilərin geniş yayıldığı “Sədərək” və “Binə” kimi ticarət mərkəzlərinin qapadılmasını təklif edib.

Deputatın təklifi birmənalı qarşılanmayıb. İlk növbədə sələfi icması nümayəndələri bu çağırışa etiraz ediblər. Bir qrup sələfi Milli Məclisin sədri Oqtay Əsədova etiraz məktubu yazıblar. Ancaq fakt var ki, son günlər mediaya ötürülən məlumatlarda Azərbaycanda sələfi icmasının sürətlə genişlənməsi, bu qrupun himayəçilərinin olması ilə bağlı iddialara rast gəlinir. Redaksiyamıza göndərilən məlumatlarda Bakı ilə yanaşı, bölgələrdə də sələfi icmalarına ticarət və iş qurmaq üçün imkanlar yaradıldığını təsdiqləyən məqamlar var. Bunlarda biri Qəbələdə sələfi cərəyanına mənsub iş adamlarının himayə olunması haqdadır. Məktubda qeyd olunur ki, Qəbələ rayonunun mərkəzində bir çox obyektlər məhz bu cərəyanın nümayəndələrinə verilib. Sitat: “Son günlər bir tərəfdən mətbuat, bir tərəfdən Qafqaz Müsəlmanlar İdarəsi, dövlət nümayəndələri hamı vəhhabiləri, sələfiləri ya da xəvaricləri (bunların bir çox adları, amma bir məqsədləri var), bir sözlə, saqqalıları pisləyir, onların Suriyaya “cihad” üçün getməsinin pis tərəflərindən danışırlar. Heç kim də sual vermir ki, bəs bu qısa balaq, topa saqqallılar haradan belə çoxalır, ətraflarına insanları haradan cəlb edirlər? “Sədərək” və “Binə” ticarət mərkəzlərindəki bu zümrə üzvləri barədə mətbuatda müxtəlif xəbərlər gedib. Lakin bu tək “Sədərək” və “Binədə” deyil, regionlarda da eyni vəziyyətdir. Məsələn, biri elə respublika turizmimizin gözü, aynası gözəl Qəbələmiz. Qəbələnin mərkəzi sayılan 28 may küçəsi və H. Əliyev prospektidir ki, hansı ki, bir çox ticarət obyektləri, “Qəbələ” hotel və qədimi cümə məscidi bu küçələrdə yerləşir”.

Məktubda qeyd olunur ki, hər iki küçə vəhhabilərin nəzarəti altındadır: “Bu ərazidəki obyektlərin böyük əksəriyyətini olar istifadə edirlər, hansı ki, əllərinin altında çayxanaları, internet klubları, mağazaları və digər ticarət obyektləri var. İlk baxışdan burda qeyri-adi heç bir şey yoxdur, hamısı qanuni görünür, amma hər bir qəbələli təsdiq edə bilər ki, çayxananın arxa otağında bu dini əqidə nümayəndələri dəfələrlə toplaşıb və toplaşırlar, bəzən onların sayı 25-30 nəfərə çatır”.

Məktubda həmçinin Qəbələdə dini zəmində bıçaqlaşma hadisəsinin bu ərazidə baş verdiyi qeyd olunur: “Qəbələdəki dini zəmindəki bir bıçaqlanma hadisəsi də məhz bu küçədə və sələfilərlə xəvariclərin arasında baş vermişdir. Bəli, hər bir Azərbaycan vətəndaşının sərbəst şəkildə ticarətlə məşğul olmaq, pul qazanmaq hüququ var. Amma vətəndaş bu peşə yerindən digər məqsədlər üçün istifadə edirsə dövlətin və millətin təhlükəsizliyi üçün problemlər yaratmağa çalışırsa, artıq bu barədə dövlət nümayəndələri ciddi düşünməlidir”.

Qeyd edək ki, son günlər mövzu aktuallaşdıqdan sonra əsas diqqət məhz Azərbaycanda radikal dini qrupların hansı mənbələr tərəfindən himayə olunmasına yönəlib. Redaksiyaya ötürülən və əldə etdiyimiz məlumatlarda Azərbaycanda sələfi qruplarını himayə edən güclü “əllər”in olduğu qeyd olunur. Daha əvvəl söhbət əsasən siyasi himayəçilikdən gedirdisə, indi əsas diqqət məhz biznes və ticarət sahəsində himayəçilik məsələsinə yönəlib.

Bizə çatan məlumatlara görə, Şeyxin qardaşının məhz ticarət mərkəzlərinin adını çəkməsi təsadüfi deyil. Məsələ ondadır ki, hökumət orqanlarında sələfi qruplarını himayə edən nüfuzlu dairələr var. Məhz bu himayə nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərində böyük sayda sələfi camaatı işləyir və böyük biznes şəbəkəsi yarada bilib. Ərəb ölkələri və Çinlə böyük ticarət şəbəkəsi qurmuş sələfi camaatı üzvləri Azərbaycanda monopoliyada olan ticarət markaları və bir sıra məhsulların böyük həcmdə dövriyyəsini təşkil edir. Bu işdə xaricdən, xüsusən də Dubaydan varlı ərəb iş adamlarının böyük dəstəyi olsa da, Azərbaycanda da bu şəbəkəyə şərait yaradan nüfuzlu məmurlar və iş adamları var.

Bizə verilən məlumatlara görə, Azərbaycan hakimiyyətində olan bəzi şəxslər məhz ərəblərlə olan güclü biznes əlaqələri səbəbilə yerli sələfi icmalarını himayə edir. Bunun nəticəsində ölkədə bir sıra məhsullar, yüngül sənaye məhsulları məhz bu qrupun nəzarətindədir. Bu səbəbdən də hazırda adı gedən ticarət mərkəzlərində, o cümlədən Bakının mərkəzində bir sıra ticarət şəbəkələrində camaat nümayəndələrinə məxsus çoxlu sayda obyektlər fəaliyyət göstərir. Bizə çatan məlumata görə, hakimiyyətdə bir çoxları sələfi qrupların bu qədər fəallaşması, güclənməsində məhz onlara yaradılan bu cür ticarət imkanları və əldə etdikləri qazancdır.

Bu baxımdan A.Paşazadənin qardaşının verdiyi açıqlama fərdi təşəbbüs deyil, hakimiyyət içərisində mövcud olan fikrin ifadəsidir. Ancaq o da bildirilir ki, hələlik sələfi icmasının maliyyə qaynaqlarının yox edilməsi ilə bağlı yekun qərar yoxdur.

Hüseyn Bəyqara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir?

    Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir? ...

    28-01-2014, 09:57

  • 
  • Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası

    Allahşükür Paşazadənin gecikmiş bəyanatının ...

    30-01-2014, 16:12

  • 
  • Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq

    Şeyxdən dindarlara seçkilərlə bağlı - Xəbərdarlıq ...

    8-07-2013, 16:30

  • 
  • Suriyada döyüşən azərbaycanlılarla bağlı sensasion iddia...

    Suriyada döyüşən azərbaycanlılarla bağlı ...

    30-01-2014, 15:19

  • 
  • Deputatlar Fəzail Ağamalıya qarşı

    Deputatlar Fəzail Ağamalıya qarşı ...

    13-03-2013, 10:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu