GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hacbala Abutalıbovun karyerası bitmək üzrədir

Hacbala Abutalıbovun karyerası bitmək üzrədir

Tarix: 19-02-2014, 23:30 Bölmə :Maraqlı Baxış: 1 342
Hacbala Abutalıbovun karyerası bitmək üzrədir
Bakınındərdivar, Bakıxəstədir…

Son dövrlərdə işdən alınacağı ilə bağlı müxtəlif mənbələrdən xəbərlər yayılan iqtidar mənsublarından biri yenə də diqqət mərkəzindədir. Bu son on il ərzindəöz adını bütün bakılıların, Bakının tarixinə “qızıl hərflər”lə yazmağı bacarmış Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur. Şəhərə rəhbərlik etdiyi müddət ərzində qəribə jestləri, danışığı ilə, şəhərinə etdiyi qəribə dəyişikliklərlə daima mediyanın diqqətində qalmağı bacaran H.Abutalıbov “era”sı sona çatmaq üzrədir. Hətta, mer haqqında artıq iqtidar yönlü KİV-lərdə belə sərt tənqidi yazılar getməyə başlayıb. Bu artıq “suyun başdan bulandığına” bir işarədir.
1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olan H.Abutalıbov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsini bitirmişdir. O, ixtisası üzrə 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru, professor elmi adını almışdır. Lakin, H.Abutalıbov elmi fəaliyyətini sonradan siyasət müstəvisinə keçirməyi bacararaq vəzifə pillələrində yüksəlməyə başlamışdır. 1995-ci ilin fevralından Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Baş nazirin müavini postuna təyin olunur. 2001-ci ilin yanvar ayından isə onun həyatının Bakı mərhələsi başlanır. Bakı meri kimi fəaliyyətə başladığı ilk dönəmlərdə şəhərdə qanunsuz tikililərin sökülməsi, təmizlik işləri, daha sonra ağacları kəsdirərək yerinə dekorativ bitkilər əkdirməklə ad çıxaran H.Abutalıbov bütün fəaliyyəti dövründə paytaxtı sonsuz problemlər girdabında saxlamağı bacardı. Onun yeni vəzifəyə təyin olunduğu vaxtlarda qaldırıcı kranların, əsasən aşağı təbəqənin dolanacaq mənbəyi olan butkalara qarşı “soyqırım” keçirdiyini, yəqin ki, hamı xatırlayır. Beləcə, H.Abutalıbov şəhərin bütün ərazilərini təmizləyərək çox böyük bir “torpaq bazarına” sahib oldu ki, bu ərazilər sonradan baha qiymətlərlə iş adamlarına satıldı. Beləcə, yeni mer kasıb-kusubun obyektlərini başlarına yıxmaqla milyonlara sahib olddu.
Onun paytaxtda illərlə əzab-əziyyətlə ərsəyə gətirilmiş yaşıllıqlara da divan tutması fəaliyyətinin əsas sahələrindən biridir. Qol-budaqlı ağacları kəsdirərək yerlərinə dekorativ yerli mühitə uyğun gəlməyən, baha qiymətlərə sənədləşdirilmiş müxtəlif növ ağac və bitkilər əkdirməklə Bakının görkəmində əməlli-başlı Afrikasayağıdəyişiklik edildi. Onun bu “yaşıl soyqırımı” nəticəsində Bakının görkəmi bərbad vəziyyətə düşdü. H.Abutalıbovun dövrü həm də Bakı yollarının qara günləri ilə xarakterizə olundu. Təmir olunduqdan 10-15 gün sonra kommunikasiya xəttlərinin çəkilməsi üçün yenidən yolların qazılaraq xarabazara çevrilməsi də onun “uğurlu” iş metodlarından biridir. Şəhərin küçə və prospektlərinin bərbad vəziyyətdə olması Abutalıbovun fəaliyyətinin məntiqi nəticəsidir. Yollara tutduğu divanı prezidentin hərəkət etdiyi yolların yüksək təmiri və bəzədilməsi ilə pərdələyən mer vəzifədən gedərsə onun şəhər küçələrinəd yadigar qoyduğu çalaları yəqin ki, uzun müddət doldurmaq lazım gələcəkdir.
Abutalıbov fəaliyyəti dövründə Bakının tramvaylarını da məhv etməklə öz adını “əbədiləşdirə”bildi. Tramvay parkı, tramvay xətləri yığışdırılaraq mer tərəfindən “yoxa çıxarıldı”.
H.Abutalıbovun “qaranlıq” əməllərindən biri də şəhərin işıq dirəkləri ilə bağlıdır. Köhnə, lakin keyfiyyət və material baxımından yenilərindən heç də geridə qalmayan işıq dirəklərinin əvəzlənməsi merin gəlirli biznes sahələrindən biri idi. Yaxınlarının nəzarətində olan bu “işıqlı biznes” onun varidatına milyonlarla əlavə qazanc gətirmişdir.
Şəhər infrostrukturunun yarıtmaz fəaliyyəti hər tərəfəyağış və qaz yağarkən üzə çıxır. Şəhər küçələrinin sel sularının altında qalması, hərəkət üçün keçilməz olması H.Abutalıbovun “müasir şəhər” quruculuğunun tərkib hissəsidir. Təsadüfi deyil ki, havanın yağmurlu keçməsi dərhal H.Abutalıbovun mediyanın və sosial şəbəkələrin ulduzuna çevirir. H.Abutalıbovun merlik dövrü Bakının baş planının bərbad vəziyyətə salınması ilə də xarakterizə oluna bilər. Plansız şəkildə ucaldılan göydələnlər, şəhərin əhəmiyyətli tarixi hissələrinin işbazlar tərəfindən məhv olunması nəticəsində Bakı öz simasını itirərək qeyri-adi görkəm aldı. Bu yaxınlarda prezidentin keçirdiyi müşavirədə şəhərin mərkəzində inşa olunan göydələndən H.Abutalıbovun guya xəbərsiz faktı da, şəhərin necə abadlaşdırılmasından xəbər verir. Yerli-yersiz küçə və parklarda tikilən, az sonra isə istifadəyə yaramayan fontanlarla Bakını gözəlləşdirməyə çalışan Abutalıbov əslində şəhərin görünüşünü məhv etmişdir. Özünü abadlıq, təmizlik aşiqi kimi qələmə verən mer fəaliyyəti ilə şəhər təsərrüfatına, Bakıya sağalmaz zərbələr vurmuşdur.
Son dövrlərdə H.Abutalıbovu “gündəmdə saxlayan” əsas mövzulardan biri də oğlunun adı ilə bağlıdır. Onun oğlu İsrafil Abutalıbovun vəhabi təriqətinə qoşulduğu haqqında məlumatlar artıq hamıya məlumdur. Bir müddət öncə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bir çox məmur övladlarının dini təriqətlərə qoşuldğu, təhlükəli olduğu barədə səsləndirdiyi fikirlər cəmiyyətdə müzakirə mövzusuna çevrilmişdi. Şeyx konkret ad çəkməsə də, sonradan H.Abutalıbovun onun bir nömrəli hədəfində olduğu üzə çıxmışdı.
Əvvəllər bədxərcliyi, əyləncələrə meylliliyi ilə ad çıxaran İ.Abutalıbovun Londona getdikdən sonra bütün vərdişlərindən əl çəkdiyi, uzun saqqal saxlayaraq sırf ibadətlə məşğul olduğu bildirilir. Bəzi məlumatlarda hətta, atası ilə münasibətlərinin də normal olmadığı göstərilir. Hətta, bəzi mənbələr onun fəal dini təbliğat apardığının, hətta ailəsini də buna cəlb etmək istədiyi göstərilir. Hər halda oğlunun dini fəaliyyətinin də şəhər meri üçün əməlli-başlı problemlər yaratdığı görünür. Bunun ölkənin dini rəhbəri tərəfindən səslənməsi də faktın ciddiliyini bir daha sübut edir.
Hər halda dini amilin əsas müzakirə mövzusu olduğu indiki mərhələdə bu faktın H.Abutalıbovun karyerasının bitməsində əhəmiyyətli rol oynadığını söyləmək olar.
Son dövrlərdə prezidentin iqtidar komandasında mərhələli şəkildə dəyişikliklər edəcəyi, daha çox gəncləşmə siyasəti aparacağı fikirləri səsləndirilir. Artıq bəzi təyinatlarla prezident bunun ilk siqnallarını da verib. Yəqin ki, fəaliyyəti ilə həmişə tənqid hədəfinə çevrilən, diqqət mərkəzindən düşməyən, yaşı yetmişi haqlamış “veteran mer” də artıq vida marşı çalınanların siyahısındadır. Onun yerinə bir çox namizədlərin adları hallandırılsa da, konkret kimin bu postu tutacağı haqqında mövqe sərgilənmişdir. Hər halda görünən odur ki, məşhur 91-lərin iqtidarda təmsil olunan son nümayəndələrindən biri olan H.Abutalıbov da artıq siyasət səhnəsində son akkordlarını vurur. Bu dəfə ona sonsuz sədaqət ifadə edən görünüşü, təmtəraqlı gülk bayramları, aforizmə çevrilən sözlərinin də kömək etməyəcəyi görünür. “İnanın ki, Bakı Azərbaycanın paytaxtıdır” deyən H.Abutalıbovun öz postundan hər an gedəcəyi gözləniləndir. Şair demişkən:
Bakının dərdi var, Bakı xəstədir,
Könül intizarda, göz yol üstədir.

Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbov işdən çıxması xəbərindən danışdı

    Abutalıbov işdən çıxması xəbərindən danışdı ...

    9-12-2013, 11:29

  • 
  • Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir

    Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir ...

    20-12-2012, 12:37

  • 
  • Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini işdən çıxardı

    Abutalıbov qanunsuz tikililər şöbəsinin müdirini ...

    15-11-2013, 00:03

  • 
  • Hacıbala Abutalıbovu əvəzləyəcək real namizəd – Rəy

    Hacıbala Abutalıbovu əvəzləyəcək real namizəd – ...

    9-12-2013, 01:12

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu