GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 2012-ci ilin bank qalmaqalları

2012-ci ilin bank qalmaqalları

Tarix: 1-01-2013, 15:12 Bölmə :Maraqlı Baxış: 2 064
2012-ci ilin bank qalmaqalları
Başa çatmaqda olan il bir çox bankların fəaliyyətinə son qoydu

2012-ci il ərzində bank sektorunu kifayət qədər qalmaqaldan bol saymaq olardı. Belə ki, il ərzində gözə görünən ən əhəmiyyətli qalmaqalları nəzərinizə çatdırmaq istərdik. 2012-ci ilin ən yadda qalan bank qalmaqalları sırasında birinci yeri

Texnika Bankla bağlı olaylar

tutur. Hadisələr Mart ayında başlamışdı. Mart ayının 7-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları “Texnikabank” Müşahidə Şurasının sədri Etibar Əliyevi həbs etdi. E.Əliyev çirkli pulların yuyulmasında təqsirli bilinirdi. Mənbədə deyilir ki, böyük ehtimalla E.Əliyevin istintaqını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparacaq. Çünki MTN onu korrupsiya şikayətləri əsasında həbs edilmişdi. Daha sonra martın 10-da Səbail rayon Məhkəməsi «Texnikabank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarını çıxarmışdı. Etibar Əliyev Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə - dələduzluqda təqsirli sayılırdı.
Lakin uğursuzluq zolağı bununla yekunlaşmır. Aprelin 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Texnikabank” ASC-nin Bakı filialının keçmiş müdiri Zal Yusifov və daha 14 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunmuşdu. Hökmə əsasən, Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Z.Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Əlbəttə ki, bütün bunlar Texnika Bankın imicinə təsirsiz ötüşməyəcəkdi. Qeyd edək ki, Mərkəzi Bankın statistikasına əsasən, «Texnikabank» 2011-ci ildə Top-10 siyahıda Azərbaycanda 6-cı yerdə qərarlaşıb. Onun bazar payı təxminən 6 faizdir.
2012-ci ilin qalmaqallı bankları siyahısında artıq

Adı Azərbaycanın banklar siyahısında olmayan Royal bank

da daxildir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdi. Bu hadisə çoxlarını şoka saldı. Qeyri rəsmi şəkildə hadisəyə minlərlə don geydirən oldu. Lakin rəsmi açıqlama da özünü çox gözlətmədi: Mərkəzi Bankın məlumatına görə, məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, "Royalbank" ASC-nin bank lisenziyası ləğv edilmişdi.
Qeyd edək ki, “Royalbank” ASC-nin ümumilikdə əmanətlər üzrə məcmu öhdəlikləri 58 milyon manat təşkil edirdi. Qorunan əmanətlərinin ümumi miqdarı 26 731 min manat məbləğindədir ki, bu əmanətlərin 14 712 min manat-ı kompensasiya ediləcək. Dekabr ayı ümumilikdə isə kompensasiya olunan əmanətlərin 12 702 min manatı əmanətçilərə ödənilmişdir və tam olaraq bu məbləğ kompensasiya olunan əmanətlərin 86,34%-ni və qorunan əmanətin isə 47,57%-ni təşkil edir. Əmanətlərini geri götürməyən şəxslərin əksəriyyətini xarici vətəndaşlar təşkil edir. Bunlar əsasən əmanətlərinin miqdarı 10-1000 AZN arasında əmanətçilərdir. Qanunvericiliyə əsasən kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir. Eyni zamanda fond tərəfindən qorunan əmanətlər üzrə illik gəlirlik 12%-dən çox olmamalıdır. Əmanətlərin qaytarılması istiqamətində müvəkkil banklar qismində “Muğan Bank”, “AGBank” və “Bank Respublika” seçilib. Bu il daha bir bank üçün fəaliyyətinin sonuncu ili oldu.

Elə də məşhur olmayan "Birlikbank"

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan "Birlikbank"ASC-nin lisenziyası ləğv edilib. "Birlikbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.06.1993-cü il tarixli, 154 saylı lisenziya "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv olunub. Bankın ləğvedicisi "PR VAM Beynəlxalq Audit Konsaltinq" MMC təyin edilib.
Bankın fəaliyyəti prudensial qaydalara və etibarlılıq qaydalarına zidd həyata keçirilib ki, bu da onun maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub.AMB-nin qanunvericiliyin tələblərinin və müxtəlif normativ aktların pozulması barədə xəbərdarlıq etməsinə baxmayaraq, "Birlikbank" institusional inkişaf və maliyyə vəziyyətinin yaxşılaşdırılmasının təmin olunması barədə tələblərin yerinə yetirilməməsi səbəbindən öz ödəniş qabiliyyətliliyini itirib. Bu il qalmaqalın yan keçmədiyi banklar siyahısına

ParaBank

da daxil oldu. Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış, araşdırmalarla müəyyən edildi ki, “Parabank” ASC-nin Plastik kartlarla iş şöbəsinin müdiri Həsənova Könül Fərhad qızı həmin vəzifədə işləyərkən 2010-2012-ci illərdə bankda öz adına 2 hesab açdırmaqla balansına 500-1500 manat məbləğlərində vəsait mədaxil edib həmin pul vəsaitlərini mütəmadi olaraq götürüb. Hər iş gününün sonunda pul vəsaitlərinin bankdan çıxarılması barədə “Azəricard” MMC tərəfindən informasiya “Parabank”a ötürülərkən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün nəzarət sahəsinə aid olduğundan pulun öz hesabından silinməsinin qarşısını alıb. Bununla da K.Həsənova qeyd edilən dövr ərzində öz hesabından deyil, bankın müvafiq hesablarından cəmi 313 min 588 manat məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirərək bankın qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdu. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılmışdı. İlin ən yadda qalan hadisələrindən biri də Mərkəzi Bankın nizamnamə kapitalı tələblərini artırması oldu.

Banklar üçün nizamnamə kapitalı tələsi

Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılmışdır.
Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 01 yanvar 2014-cü ildən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir. Məsələ ilə bağlı fikir bildirən Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, "Banklarda nizamnamə kapitalının yoxlanmasına başlamışıq. Hazırda Azərbaycan banklarının 87%-i bu tələbə cavab verir.". Onun sözlərinə görə, hazırda cəmi 13 faiz bank bu tələbə cavab vermir ki, onlar üçün də əsas yol bağlanmaq deyil, birləşmək, konsolidasiya prosesidir: “Beynəlxalq təşkilatlar da konsolidasiya prosesində maraqlıdırlar. Ona görə də kiçik banklar daha böyük banklarla birləşə bilər”.
Müxtəlif istiqamətlərdən baxıldıq yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinə təsisrsiz qalmayacağı məlumdur. Belə ki, yaxşı mənada yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən yanaşdıqda isə nizamnamə kapitalını atırmaq məcburiyyətində qalan banklar müxtəlif maliyyə çətinlikləri ilə üzləşəcəklər ki, bu da həmin bankların bağlanması ilə nəticələnə bilər.

“İqtisadiyyat şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Texnikabank” ətrafında yeni oyunlar başlayır

    “Texnikabank” ətrafında yeni oyunlar başlayır ...

    10-01-2013, 11:36

  • 
  • Paşayevlər “Texnikabank”ı ələ keçirib

    Paşayevlər “Texnikabank”ı ələ keçirib ...

    15-12-2012, 14:08

  • 
  • “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin barəsində olan cinayət işi dayandırılıb

    “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri ...

    12-06-2013, 18:56

  • 
  • Texnikabankda sahiblik maxinasiyası

    Texnikabankda sahiblik maxinasiyası ...

    20-01-2013, 13:25

  • 
  • Əli Kərimlinin qaynına 7 il 6 ay iş kəsildi

    Əli Kərimlinin qaynına 7 il 6 ay iş kəsildi ...

    29-10-2013, 13:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu