GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin xilas yolları…

Hakimiyyətin xilas yolları…

Tarix: 13-03-2013, 10:17 Bölmə :Manşet Baxış: 1 020
Hakimiyyətin xilas yolları…

İlham Əliyev 2013-cü il prezident
seçkilərinə mövcud komanda ilə qatıla bilərmi?


Prezident seçkiləri yaxınlaşdıqca, ölkədə ictimai-siyasi gərginlik də artmaqdadır. Hazırda Azərbaycanın siyasi səhnəsində tufan öncəsi susqunluq hiss olunsa da, əksər təhlilçilər də bu qənaətdədir ki, 2013-cü il seçkiləri heç də sakit ötüşməyəcək. Doğrudur, hələ seçkilərə yarım ildən çox vaxt qaldığından hakimiyyətin bu müddət ərzində ölkədə baş verə biləcək qarşıdurmanı önləmək imkanları mövcuddur…
İndi müxalif düşərgədə də bu fikirdədirlər ki, İlham Əliyev yaxın bir neçə ay ərzində ciddi siyasi islahatlara getsə, prezident seçkilərində ortaq nöqtəyə gəlmək olar. Əlbəttə, bu fikir müxalifətdə birmənalı hakim deyil. Bəzi radikal qüvvələr iqtidarın qan tökülmək bahasına olsa belə, tamamilə yenilənməsində israrlıdır. Lakin ölkədə və regionda baş verən siyasi prosesləri daha düzgün təhlil edən bir sıra müxalifət liderləri də var ki, onlar seçkilər zamanı baş verən qarşıdurmanın Azərbaycan xalqına heç də xeyir gətirməyəcəyi həqiqətini dərk edirlər. Bu baxımdan, onlar hakimiyyət dəyişikliyinin daha demokratik yolla dəyişilməsində maraqlıdırlar…

Rusiyameyllilər mövcud olduqca…

Şübhəsiz, hakimiyyət daxilində də seçkilərlə bağlı tamamilə antoqonist mövqedə duran qüvvələr mövcuddur. Hansı ki, bu qruplardan biri – Rusiyameylli məmurlar hər zaman Azərbaycanda vətəndaş qarşıdurmasının yaranmasında maraqlı olub və indi də fərqli deyil. Cəmiyyətdə «mühafizəkarlar» kimi tanınan bu qruplaşma çox yaxşı dərk edir ki, Azərbaycanda hakimiyyətin demokratik seçkilər nəticəsində formalaşması onların hökmranlığına son qoyacaq. Odur ki, məlum qruplaşma əllərində olan milyardlıq maliyyə vəsaitindən və geniş səlahiyyətdən istifadə edərək hakimiyyətdəki «islahatçı» komandanın da əl-qol atmasına imkan vermirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı konkret rəyə gəlmək mümkün olmur.
Sözsüz ki, hazırda hakimiyyət daxilində baş verən prosesləri müxalif düşərgədə də çox ciddi izləyirlər. Əksər müxalifət liderinin gəldiyi qənaət bundan ibarətdir ki, Azərbaycan hakimiyyətinə Qərbdən ciddi basqı olmasa, 2013-cü il seçkilərinin demokratik keçiriləcəyi ehtimalı sıfra enəcək. Doğrudur, müxalifət ölkə başçısına olan ümidini tam itirməyib. Çoxları hələ də bu qənaətdədir ki, İlham Əliyev ən azı özünün 2013-cü il seçkilərinə gedən yolunu açmaq üçün ciddi siyasi islahatlara əl atacaq. Çünki, əks halda onun üçüncü dəfə prezident seçkilərində iştirak etməsi də sual altına düşəcək.

Hakim komandanın proseslərə baxışı

Əlbəttə, istər iqtidar, istər də müxalifət düşərgəsində baş verənləri İlham Əliyevin yaxın ətrafı da diqqətlə təhlil etməmiş deyil. Çox güman ki, bu təhlil nəticəsində artıq hakim ailə iqtidarda qalmağın müxtəlif variantlarını da hazırlayıblar. İndi əksər siyasi təhlilçilər də bu qənaəti bölüşürlər ki, İlham Əliyevin hakimiyyətini qoruyub saxlamasının “a” variantı üçüncü dəfə prezident seçkilərinə qatılmaqdan ibarətdir. Yəni şərtlər imkan verərsə, İ.Əliyev növbəti prezident seçkilərinə qatılmaqda qətiyyən tərəddüd etməyəcək. Bu zaman isə İlham Əliyev ya mövcud komanda ilə seçkiyə qatılıb 2003-cu ildə ki kimi onu gözləyən təhlükələri ciddiyə almayacaq, ya da kosmetik islahatlar həyata keçirməklə cəmiyyətin dəstəyini əldə etməyə cəhd göstərəcək. Burada üçüncü yol İlham Əliyevin ciddi siyasi islahatlara gedib, tam demokratik seçkilər keçirməkdən ibarətdir ki, ölkə başçısının bu varianta qol qoyacağı az inandırıcıdır.

Hakimiyyətdə qalmağın “b” variantı

İlham Əliyevin hakimiyyətdə qalmasının “b”variantı “Rusiya modeli”nin tətbiqindən keçir. Hansı ki, burada başlıca məqsəd İlham Əliyevin “Medvedyev”ini tapmaqdır. Çox güman ki, hakim ailədə bu məsələ ilə bağlı müxtəlif isimlər üzərində müzakirələr aparılır. Lakin İ.Əliyevin daha çox birinci varianta üstünlük verməsi “b” planı qəhrəmanının hələlik cəmiyyətdən gizli saxlanılmasını diktə edir. Heç şübhəsiz, hakimiyyət daxilində ciddi qarşıdurmaların yaşandığı indiki dövrdə İ.Əliyev üçün “Rusiya modeli”ni tətbiq etmək də o qədər asan olmayacaq. Çünki indi hakimiyyətdə bir çox məmurlar özlərini gələcəyin “Medvedyev”ləri hesab edirlər. Bu baxımdan, məlum seçim zamanı daxili savaşın daha da alovlanacağı istisna deyil. Bu isə bir daha onu deməyə əsas verir ki, İlham Əliyev üçün “Rusiya model”nin tətbiqi də illərdir onun yolunu kəsən bəzi məmurlardan xilas olmaq zərurətini məcburiyyətə çevirir.

Muxalifətlə anlaşma zərurəti

Hakim ailə üçün üçüncü yol, yəni “c” planı real müxalif qüvvələrlə aşkar və ya pərdəarxası anlaşmadan keçir. İlham Əliyev hakimiyyətdə qalmaq üçün bütün hallarda müxalifətlə gecikmədən müəyyən məsələlərdə dil tapmalıdır. 2003-cu il və 2008-ci ildən fərqli olaraq, artıq ölkədə və regionda baş verən proseslər göstərir ki, hakimiyyət ən azı vətəndaş qarşıdurmasından yan keçmək üçün müxalifətlə bir masa arxasına əyləşməyə məcburdur. Təbii ki, bu gün birmənalı olaraq hakimiyyətin müxalifətin şərtlərini qəbul edəcəyini söyləmək sadəlövhlük olar, lakin bir sıra prinsipial məsələlər ətrafında ortaq nöqtəyə gəlmək mümkündür. Şübhəsiz, indiki şərtlər daxilində müxalifət də İlham Əliyevin hara qədər güzəşt limitinin oldugunu çox yaxşı bilir…
Təəssüf ki, butun bunlara rəğmən, müxalif düşərgədə hələ İlham Əliyevin səmimiyyətinə inam yoxdur. Bir neçə ay öncədən fərqli olaraq indi müxalif düşərgədə belə bir fikir mövcuddur ki, İ.Əliyev hətta kosmetik islahatların həyata keçirilməsində belə maraqlı görünmür. Bu isə prezident seçkilərinin demokratikliyinə olan inamı günbəgün öldürür.

Azərbaycanın bilinməyən siyasi yönü…

Bir çox siyasi ekspertlərin fikrincə, hazırda istər Qərb ölkələrində, istər Rusiyanın özündə də İlham Əliyevin atacağı addımları birmənalı dəyərləndirməkdə çətinlik çəkirlər. Sözsüz, hakimiyyətin son dövrlərdə yürütdüyü siyasət belə bir görüntü formalaşdırıb ki, İlham Əliyev Rusiyadan birmənalı olaraq üz döndərməkdədir. Təbii ki, bu halda ölkə başçısı Qərblə əməkdaşlığa getmək məcburiyyətindədir. Çünki Qərbin dəstəyi olmadan İ.Əliyevin Moskvanın qarşısında duruş gətirə biləcəyi az inandırıcıdır. Deməli, təbii olaraq Qərblə hansısa anlaşma mövcuddur. Lakin çox qəribədir ki, bu gün həmin anlaşmanın heç bir işartısı görünmür. Yəni Qərbin illərdir İ.Əliyevdən tələb etdiyi islahatları həyata keçirməsi istiqamətində heç bir addım atılmayıb, əksinə, ölkədə insan hüquq və azadlıqları daim pozulmaqdadır. Aparıcı müxalif partiya funksionerlərinə, siyasi fəallara və mətbuat nümayəndələrinə qarşı basqılar hələ də davam edir. Belə bir şəraitdə isə İ.Əliyevin Qərblə anlaşmasının özü də kifayət qədər şübhələr doğurur. Əslində belə rəy yaranır ki, İlham Əliyev Rusiyaya qarşı birmənalı savaş açdığı kimi, Qərbin də tələblərini yerinə yetirməməkdə israrlıdır. Bu isə daha çox avtoritar rejimlərə xas bir xüsusiyyətdir. Odur ki, regionda baş verən geosiyasi proseslər fonunda Azərbaycan hakimiyyətinin bu addımını Don Kixotluqla müqayisə etmək olar.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq

    2013-cü il müxalifət və iqtidar üçün çətin olacaq ...

    29-12-2012, 10:46

  • 
  • Araz Ağalarov İlham Əliyevə qarşı

    Araz Ağalarov İlham Əliyevə qarşı ...

    8-12-2012, 10:47

  • 
  • Böyük güclərlə seçki oyunu

    Böyük güclərlə seçki oyunu ...

    30-05-2013, 01:41

  • 
  • İqtidarın İctimai Palatanı dağıtma planı

    İqtidarın İctimai Palatanı dağıtma planı ...

    16-12-2012, 12:11

  • 
  • 2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi

    2013 seçkiləri: hakimiyyət üçün namizəd problemi ...

    5-04-2013, 10:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu