GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Mühacir həyatı yaşayan azərbaycanlılar...

Mühacir həyatı yaşayan azərbaycanlılar...

Tarix: 27-03-2014, 09:53 Bölmə :Maraqlı Baxış: 1 096
Mühacir həyatı yaşayan azərbaycanlılar...
Sahib Əsədbəyli


Vəzifə və peşəsindən asılı olmayaraq müxtəlif səbəblərdən mühacir həyatı yaşayan bir çox kübar xalqların nümayəndələri vətənini yaxşı tərəfdən təmsil etməyi özünün ən ümdə vəzifəsi hesab edir. Bununla da milli mənsubiyyətləri haqqında xoş təəssürat, özləri haqqında sevilən qonaq imici yaradırlar. Təmsil etmək dedikdə, təkcə milli, mənəvi, mədəni, etnik dəyərlərin əyani təbliğ, təşviqini nəzərdə tutmuram. Minimum vəzifə olaraq yaşadıqları şəhərdə mənsub olduğu xalq haqqında xoş təəssürat oyatmağı qarşılarına məqsəd qoyurlar.
Bazar təfəkkürü çərçivəsindən kənara çıxa bilməyən Azərbaycan vətəndaşının hansı təəssüratlarla yadda qalması çoxlarına məlumdur. Bir çox keyfiyyətlərə görə dırnaqarasına alınan xalqımızın nümayəndələrində bu missiya vacibliyinə görə sonuncu sırada qərarlaşır ki, bunun da səbəbləri bir yox bir neçədir. Əvvəla, ona görə ki, mütaliə, maariflənmə anlayışının özünü belə, doğru-düzgün qavramırlar. Hər bir işdə yalnız mənfəət güdürlər. Dünyəvi hiss və dəyərləri özlərinə yaxın buraxmırlar. Millətçilik anlayışından uzaqdırlar.
Məşhur serb yazıçısı Milorad Paviçin təbirincə desək, insan bədənini vitaminlə təmin etdiyi kimi, ruhunu da vitaminlə zənginləşdirməlidir. Vitaminsiz ruh özlüyündə çürük, xəstə təfəkkür yetişdirir.
Milli-mənəvi dəyər anlayışının başa düşülməsi belə, qəliz olan bir ölkənin vətəndaşı üçün yaşadığı şəhərin ümumi mənzərəsi bazar dərketməsindən kənara çıxmamalıdır. Təəssüflər olsun ki, elə , belədir.
Kartofu ikinci çörək adlandırdığlmız kimi, ikinci çörək ağacı adlandırmalı olduğumuz qonşu Rusiyanın qara metal bazarına müxtəlif tələbat çatışmazlıqları ilə üz tutan vətəndaşlarımız üçün Moskva və Sankt-Peterburq kimi şəhərlər metal tullantılarından başqa əhəmiyyət kəsb etmir.
Mühacir həmvətənlərimiz yaşadıqları şəhərin mədəni həyatı ilə heç maraqlanmır, qəzet, kitab oxumur, muzeyə, teatra getmirlər. Ona görə də haqqımızda biabırçı rəy yaranıb.
Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin mədəniyyəti təbliğetmə anlayışı burdan meyxanaçıları, müğənniləri, klounları baha qiymətə ora aparıb məclis düzəltməkdi.
Moskva və Sankt-Peterburq kimi şəhərlərdə yerləşən dünyaca məşhur tarixi memarlıq və mədəniyyət abidələrinin, muzey, sərgi komplekslərinin, zəngin ədəbi irsə malik kitabxanaların adını belə, bilməyən həmvətənlərimiz üçün yalnız bir amal var: el-obaya mümkün qədər çox qazancla dönmək. Ən azı, minimum vəzifəni yerinə yetirmək. Hər hansı soydaşımızı Ermitaj muzeyinə aparıb ona Rembrant, Rafael, Van Qoqun əsərlərini göstərsən ilk növbədə əsərin qiyməti ilə maraqlanacaq.
Hansı yolla olur olsun, anladığı gözəl həyata qovuşmaq, ailəsinin maddi çətinliklərini bir neçə müddət sığortalmaq üçün hətta bir neçə qadınla cütləşməyə razı olan kişilərin yaratdığı yeganə təəssürat atasını tanımadan itirən, yarıhəmvətənimiz olan rus uşaqlarıdır. Hansı ki, telekanallarımızın efirində illər sonra atasına qovuşan sergeyləri, nataşaları görürük.
Əslində, bunun rəzillikdən başqa izahı yoxdu. Nədənsə, puritançılıq mühitində tərbiyə olunan, mental dəyərlərlə əhatə olunan xalqımız buna çox sivil, tolerant münasibət bəsləyir. "Rusdu də, rusdandı də" deyərək, həyat yoldaşlarının əməllərinə haqq qazandıran qadınlar üçün bu adi hal alıb. Bunu da analoji halın kütləviliyi ilə bağlamaq lazımdır. Bəli, kütləvilik. O kütləvilik ki, istənilən rəzilliyi ört-basdır etmək gücündədir.
Həmvətənlərimizin iş dalınca getdiyi bir çox şəhərlərdə artıq onlara qarşı fobiya yaranıb. Belə ki, ticarət obyektlərində vurulan iş elanlarının şərtləri sırasında bizim üçün üz qızardıcı nüans var ki, bu da sonluqda xüsusi vurğulanan "azərbaycanlı olmasın" cümləsidir. Bu da ona görədir ki, mühacir soydaşlarımız yediyi boşqaba rahatlıqla tüpürməyi bacarırlar. Qayıtmağa üz yeri qoymurlar.
Göründüyü kimi, mühacir həyatı yaşayan azərbaycanlı üçün qurulan münasibətlərin kökündə əksər hallarda maddi maraq dayanır. Orta statistik Azərbaycan gəncinin həyat arzularının şadlıq sarayı, çoxmərtəbəli ev, brend avtomobillərlə məhdudlaşdığını nəzərə alsaq, praqmatizminin istənilən situasiyada bazara istiqamətlənməsi təəccüblü qarşılanmamalıdır. Əgər xalqın səhiyyəsi də ölüm ayağında olan xəstəni artmaqda olan valyuta cildində görürsə, onun milli, bəşəri , dəyərlərindən bəhs etmək getdikcə qəlizləşir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da azərbaycanlı siyasi mühacirlər arasında casus qalmaqalı

    ABŞ-da azərbaycanlı siyasi mühacirlər arasında ...

    17-01-2013, 10:31

  • 
  • Rəsul Quliyevin qardaşı vəfat etdi

    Rəsul Quliyevin qardaşı vəfat etdi ...

    20-07-2016, 01:30

  • 
  • Abbas Abbasovdan Bakıya qarşı sərt bəyanat

    Abbas Abbasovdan Bakıya qarşı sərt bəyanat ...

    11-06-2013, 15:05

  • 
  • Abbas Abbasov Rusiyada telekanal açır

    Abbas Abbasov Rusiyada telekanal açır ...

    15-01-2014, 12:41

  • 
  • Ukraynada Milli Şura davası - QARŞIDURMA

    Ukraynada Milli Şura davası - QARŞIDURMA ...

    27-06-2013, 12:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu