GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Hafka”, “tayqol quldur” və duzlu xiyar...

“Hafka”, “tayqol quldur” və duzlu xiyar...

Tarix: 29-03-2014, 16:00 Bölmə :Maraqlı Baxış: 1 387
“Hafka”, “tayqol quldur” və duzlu xiyar...
Azərbaycanlı oliqarx yenidən Fransa mediasının baş qəhrəmanıdır;
onun qumarbazlığından, səxavətindən və mənbəyi məlum olmayan milyardlarından yazırlar...


Fransanın II liqada oynayan “Lans” klubunu alandan sonra bu ölkədə az qala Napoleon Bonapart qədər məşhurlaşan azərbaycanlı milyarder-oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Bakı” futbol klubunun və “Baghlan Group” şirkətlər qrupunun sahibi Hafiz Məmmədov yenidən fransız jurnalistlərinin “sevimlisinə” çevrilib.
Buna səbəb “Hafka-Napoleon”un “Lans”ın oyununa baxmaq üçün Fransaya ikinci səfəridir. Hərçənd ki, Azərbaycanın yerli idman nəşrləri və agentlikləri səxavətli milyarderin barəsində Fransa KİV-lərindən ancaq tərif epizodlarını seçib yayıblar.
“Hafka” ləqəbli H.Məmmədovun “Lans” klubu ilə rusiyalı milyarder Dmitri Rıbolovlevin I liqdada oynayan “Monako” klubu arasında martın 25-də kubok yarışları çərçivəsində qarşılaşma olub. Həmin oyunu stadionda izləyən H.Məmmədov “Lans”ın internet saytına açıqlamasında deyib ki, klubun oyunu 0:6 hesabı ilə uduzmasına baxmayaraq o, məmnun qalıb.
“İlk növbədə mənim diqqətimi “Lans”ın azarkeşləri, onların tribunada özlərini aparması cəlb etdi. Hətta hesab 0:5 olanda onlar bu hesaba baxmayaraq, öz komandalarını dəstəkləyir, mahnı oxuyurdular. 0:6 hesabı ilə məğlubiyyətə baxmayaraq mən bu cür futbol atmosferi görməkdən məmnun oldum” - deyə H.Məmmədov bildirib.
Lakin çoxsaylı Fransa idman nəşrləri “Hafka”nın bu ölkəyə səfəri şərəfinə heç də “Lans”ın azarkeşləri kimi mahnı oxumurlar.
Araşdırdıq ki, bu səfər fransalı jurnalistlərə H.Məmmədovun şübhəli imici və milyardlarının mənşəyi barədə yazmaq üçün növbəti bəhanə olub. Üstəlik Fransa idman saytlarından biri yazıb ki, “Lans”-“Monako” oyununa baxmaq üçün azarkeşlər heç də bilet almağa əziyyət çəkməyiblər. H.Məmmədovun əlini cibinə salmasının sayəsində “Lans”ın prezidenti Jerve Martel təqribən 1200-1300 nəfərin azarkeş adı altında stadiona daşınmasını təşkil edib.
Eurosport.fr saytı isə H.Məmmədov barədə geniş yazıb. Sizə həmin yazının tərcüməsini təqdim edirik:
O, “Lans”ı kazinoda xilas etdi . Jerve Martel “Lans”a yeni xilaskar tapmaq üçün 4 min kilometr yol qət edərək Azərbaycana getməyib. Ən azından sözün hərfi mənasında.
Biz bir az da olsa bilirik ki, Jerve Martel H.Məmmədovla Kanndakı kazinoda rastlaşıb! Dəbdəbəli yaxtaların kirayəyə verilməsini təşkil edən biznesmen onları 2012-ci ilin yayında tanış edib. “Lans”a alıcı axtaran Martel həmin vaxt Kannda istirahət edirdi və bəxtini yoxlamağı qərara almışdı. Bu iki kişi oyun avtomatlarının (söhbət “tayqol quldur” kimi tanınan kazino aparatlarından gedir) arxasında görüşdülər. Və prezidentin sözlərinə görə, dəlisov milyarderin futbola olan marağı onu “ildırım sürəti” ilə cəlb etdi.
Martel deyir ki, onlar gecədən xeyli keçmişə qədər söhbət etdilər. Səhər isə Məmmədov “Lans”ı almaq layihəsini açıqladı. Bir il sonra o, rəsmən klubun sahibi oldu və “Lans”ı xilas etmək 20 milyon avro ayırdı. Onun sərvətinin mənşəyi sirr olaraq qalır.
Hafiz Məmmədov Azərbaycanda vacib adamdır. Rusiyalı oliqarx, “Çelsi”nin sahibi Roman Abramoviç və “Monako”nun sahibi Dmitri Rıbolovlev kimi azərbaycanlı oliqarx da bütün sərvətini neft, qaz və nəqliyyat biznesindən əldə edib.
“Baglhan Group”un təsisçisi olan 48 yaşlı biznesmen 41 şirkətdən ibarət konqlomeratın başında dayanır. Ancaq öz sərvətinin məbləği haqda danışmağı xoşlamır. Sərvəti haradasa bir neçə milyard avroya çatmalıdır.
Lakin əsas məsələ bu pulların necə qazanılmasıdır. Azərbaycan hakimiyyətindəki güclü əlaqələri sayəsində o, bir çox kontraktları tendersiz əldə edə bilib. Məmmədovun ailə üzvlərinin bir neçəsi siyasətdədir.

Onun pul kisəsində “Atletiko” və “Portu” da var
“Hafka”, “tayqol quldur” və duzlu xiyar...
Çoxsaylı fəaliyyət növlərindən əlavə Məmmədov həm də əsl futbol azarkeşidir. “Lans” isə onun iştirakının mövcud olduğu yeganə klub deyil.
Məmmədovun futbola sevgisi ilk dəfə 2004-cü ildə - “Bakı” futbol klubunu alanda büruzə verib. Həmçinin milli futbol federasiyasının üzvü olan milyarder sürətlə Avropada meydana çıxdı. Onun pul kisəsində Madrid “Atletiko”su və “Portu” klubları da var. Amma təkcə “Lans”ın sahibidir. Qalan iki klubda H.Məmmədovun iştirakı reklam əməkdaşlığı formasındadır. Hansı ki, onun ölkəsinin reklamı “Land of fire Azerbaijan” Dieqo Kostanın köynəyinin yaxasındadır. Növbəti mövsümdən isə Cekson Martinesin köynəyinin yaxasında olacaq. Və bu şüar tezliklə İngiltərədə də görünə bilər.

O, verdiyi hədiyyələrdən imtina olunmasını xoşlamır
“Hafka”, “tayqol quldur” və duzlu xiyar...
Hafiz Məmmədovun böyük sərvəti və hamının onu tanımasına böyük sevgisi var. Fransız şərablarının və elit qol saatlarının (fransalı jurnalistlərə də təklif etmişdi) həvəskarı olan Məmmədovun 7 mobil telefonu, 18 mühafizəçisi var, 5 zirehli “Mercedes”də gəzir.
Hələ bu da hamısı deyil. O, öz sərvətini nümayiş etdirmək üçün heç bir fürsəti əldən buraxmır. Tez-tez hədiyyələr paylayır. “O, qol saatları təklif edir, ancaq başqa hədiyyələr verdiyi də olur, məsələn, gül və ya duzlu xiyar da təklif edir” - deyə Jerve Martel məmnuniyyətlə vurğulayır.
“Bakı” futbol klubunda oynamış ilk fransalı futbolçu Stefan Barbikoni isə sürrealist səhnə haqda danışır: “Qəbulların birində klubun braziliyalı oyunçusu arvadı və yeni doğulmuş oğlu ilə gəlmişdi. Klub prezidenti Hafiz Məmmədov onu təbrik etdi və hədiyyə kimi içi ağzınadək pul “paçka”ları ilə doldurulmuş uşaq arabası verdi”.
S.Barbikoni danışır ki, futbolçular bundan utandılar: “Ancaq Azərbaycanda verilən hədiyyədən imtina çox səhv hərəkət kimi qarşılana bilər”.

O, Papendənsə “Futball Manager”ə üstünlük verir
“Hafka”, “tayqol quldur” və duzlu xiyar...
“Bakı” klubunun rəhbəri olanda Hafiz Məmmədov artıq pəncələrini yerə qoydu. O, 21 yaşlı Vüqar Hüseynzadəni 2012-ci ilin noyabrında kluba menecer təyin etdi. Ancaq yaşından başqa onun məzmunu heyrətə salır. Boston Universitetinin idman menecmenti fakültəsinin məzunu olan Hüseynzadə ona görə seçilmişdi ki, o, “Football Manager” kompüter oyunu üzrə mütəxəssis idi.
Biz bu məşhur videooyunun məlumatlar bazasını alan “Everton” klubu və Peyçinoviçi cəlb edən “Nitsa” klubu haqda eşitmişdik. Ancaq ilk dəfə idi ki, klub videooyun həvəskarları arasından rəhbər vəzifəyə adam seçirdi. Və xüsusən də təəccüblüdür ki, o vaxt Jan-Pyer Papen kimi tanınmış futbol meneceri də “Bakı”da işləmək üçün ərizə yazmışdı.

“Hafka” “mən göyərçin deyiləm” deyir
“Hafka”, “tayqol quldur” və duzlu xiyar...
Fransanın nüfuzlu idman nəşri “L equipe” jurnalı da “Hafka”nı diqqətdən kənarda qoymayıb. Jurnal azərbaycanlı oliqarxın “Lans” klubu ilə bağlı planlarından yazır.
“Lans”ın idman direktoru Coselin Blanşar Hafiz Məmmədovun necə investor olması barədə danışıb.
Yazıda bildirilir ki, mövsümün sonuna az qalmış “Lans” klubu I liqaya çıxmaq üçün turnir cədvəlində əlverişli mövqedədir. Bəs klub I liqaya çıxsa, H.Məmmədovdan daha çox pul istəmək olarmı? Coselin Blanşar: “Məmmədov? Əvvəlcədən o, bizim nəyə qadir olduğumuzu hesablayıb ona müvafiq pul verdi. İndi biz komandanı I liqaya çıxarmaq üçün işləyirik. Onun üçün pul problem deyil. Məmmədov masanın üstünə 100 milyon avro da qoya bilər. Lakin ondan daha çox pul istəmək pis ideya olardı. O, daha da qızışa bilər, lakin söhbət biznesinin idarə olunmasında aydın təsəvvürlərə və məsuliyyətə malik adamdan gedir. Görəndə ki onun imkanı var, biz deyə bilmərik ki, “mən 50 milyon avro istəyirəm”.
I liqada oynayanda biz 140 milyon avroluq büdcə ilə mövsümü cədvəlin 14-cü pilləsində başa vurduq. Ona görə də o, deyər: “Hesab edirsən ki, mən axmağam?”. Onun maraqlı ifadəsi var, deyir: “Mən göyərçin deyiləm”. Biz onunla işləyən birinci adam deyilik. Əgər vicdanlı olmasaydıq, o, bizi minlərlə kilometr uzaqdan seçərdi”. Fransa KİV-lərində “Hafka” barədə digər maraqlı süjetlər də var və “Gündəm xəbər” qəzeti onları da oxuculara təqdim edəcək.

Səid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Hafka» ilə Dimanın fərqi nədir?

    «Hafka» ilə Dimanın fərqi nədir? ...

    1-04-2014, 10:36

  • 
  • Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - (Video)

    Hafiz Məmmədovun yeni biabırçı videosu yayıldı - ...

    26-11-2013, 23:19

  • 
  • Fransa mətbuatı Hafiz Məmmədovun bankdakı milyardlarından yazdı

    Fransa mətbuatı Hafiz Məmmədovun bankdakı ...

    22-02-2014, 14:21

  • 
  • Hafiz Məmmədov Fransada futbol klubu alır

    Hafiz Məmmədov Fransada futbol klubu alır ...

    21-04-2013, 15:06

  • 
  • HAFİZ MƏMMƏDOVUN 1 MİLYARD AVROLUQ QORUNAN BANK HESABI AŞKARLANIB - Fransa mediası “Hafka”nı biabır etdi

    HAFİZ MƏMMƏDOVUN 1 MİLYARD AVROLUQ QORUNAN BANK ...

    23-02-2014, 15:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu