Arif Alışanovun kürəkəni Orxan Əkbərov, Elnur Aslanovun ən yaxın silahdaşıdır
O, Fətullah Gülənlə görüşündən Azərbaycandakı şəbəkə rəhbərinə hansı mesajları gətirib?
Hizmət təşkilatının Azərbaycandakı baş nurçusu Elnur Aslanovun şəbəkəsinin ən fəal üzvü Orxan Əkbərov Fətullah Gülənlə Amerikada görüşəndən sonra daha çox imtiyazlara sahib olub. “Gündəm xəbər”ə daxil olan məlumata əsasən, prezidentlik iddiasında olduğu bildirilən Elnur Aslanovun bir nömrəli adamı olan Orxan Ələkbərov 2012-ci ildə Amerika Azərbaycan Alyansının Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər edib. Həmin vaxt o, tədbirə səbəbini demədən qatılmır. Hətta Azərbaycandan gedən nümayəndə heyəti onu 2 gün axtarıb tapa bilmirlər. Yalnız iki gündən sonra Elnur Aslanovun yaxın silahdaşı tapılır. Həmin vaxt sonradan məlum olur ki, demə, Orxan Əkbərov öz xocası ilə görüşüb Elnur Aslanovun məlumatlarını Fətullah Gülənə, eyni zamanda da Fətullah Gülənin mühüm mesajlarını Elnur Aslanova çatdırmaq məqsədilə 2 gün müddətinə aradan çıxıbmış. Diqqət etdinizsə, məhz həmin vaxtdan sonra Azərbaycandakı nurçu şəbəkənin fəaliyyəti daha da güclənib. Əgər bu fakt araşıdırılarsa, o zaman çox gizli mətləblərin üzə çıxmasının şahidi olarıq. Orxan Əkbərov özü həmin tarixdə Amerikaya getdiyini saytlara verdiyi açıqlamasında təsdiqləyir. Və əlavə edir “Burda nə var ki?”. Amma konkret olaraq demir, mən Fətullah Gülənlə görüşməmişəm. Sadəcə nurçulara xas belə bir cavabla kifayətlənir: “Dediyiniz adda adam real həyatda varmı?” Bu cavabın özüdə nurçu şəbəkənin “şərəfə” layiq görülmüş üzvünün, yəni Orxan Əkbərovun Fətullah Güləni mifləşdirməyi, əslində onun əlçatmaz olduğuna işarə etməyidir. Ölkəmizdə və ölkədən kənarda bu şəbəkənin keçirdiyi çoxsaylı toplantılar və yığıncaqların sayının artması, məqsədi və məramı yalnız və yalnız hizmət təşkilatının hədəflərinə daha tez çatmaq olub desək yəqin yanılmarıq. Məhz AzTV sədri, millət vəkili Arif Alışanovun qızının həyat yoldaşı Orxan Əkbərov Elnur Aslanovun qeyri-hökumət təşkilatlarında daha inamla irəliləyib. Bundan əlavə həm də onun təqdimatı ilə şəbəkənin digər üzvləri Elnur Aslanov tərəfindən vəzifə və imtiyazlarla mükafatlandırılıblar. Qeyd edək ki, Orxan Əkbərov Elnur Aslanova məxsus ASAİF təşkilatının (Xarisdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumu) uzun müddət rəhbəri və həmtəsisçisi olub. Sonra isə o, prezidentlik iddiasında olan və anası tərəfindən çox güclü siyasətçi kimi təqdim edilən Elnur Aslanova məxsus Qarabağ Araşdırmalar Mərkəzinin Əlaqələndirmə Şurasının sədri vəzifəsinə təyin olunur. ASAİF-in yeni sədri, mətbuatda qanadlı oğlan kimi tanınan Ramin Həkimov da Orxan Əkbərovun yaxın dostu kimi bu vəzifəyə gətirilib. Arif Alışanovun qızının həyat yoldaşı Orxan Əkbərov həmçinin nurçularla dövlət kanalı arasında etibarlı bir körpü rolunu oynayıb. Əldə etdiyimiz məlumata görə, məhz Elnur Aslanov bundan sonra AzTV-yə demək olar ki, hər həftə gəlib, Arif Alşınovun kabinetində oturub, İbrahim Məmmədov, Faiq Hüseynov da dəvət olunmaqla birlikdə siyasi planlar və təkliflər üzərində işləyirmişlər. Burda yeri gəlmişkən bildirmək lazımdır ki, AzTV sədrini müavini İbrahim Məmmədovun dayısı Azərbaycanda çıxan “Zaman” qəzetinin baş redaktorudur. Bu qəzetin isə açıq-aydın nurçulara aid olduğunu isə heç onların özləri də gizlətmir. Bütün bunlar isə onu deməyə əsas verir ki, nurçu şəbəkə dövlətin strateji obyektlərində, konkret AzTV sədri Arif Alşınovun kürəkəninin timsalında dövlət televiziyasında mövqelərini bir daha gücləndiriblər. Nurçuların əsas siması olan Orxan Əkbərov əslən Şamaxıdandı, atası isə tanınmış müsavatçı olsa da, məhz Arif Alışanovla qohum olandan sonra AzTV sədrinin köməyi ilə Nadir Əkbərov vəzifəyə təyin olunub. Bütün bu faktları təhlil edərkən isə bir həqiqət ortaya çıxır: Azərbaycanın strateji dövlət qurumlarını nurçu şəbəkə sarmaşıq kimi sarıyıb. Çünki, Elnur Aslanovla Arif Alşınovun AzTV- də etdiyi müzakirə və söhbətlərin məzmunun heç də Azərbaycan prezidentinə sədaqətdən bəhs etmədiyini sübuta yetirməyə ehtiyac varmı?! Zəruri qeyd: Qeyd edək ki, bu informasiyanı bizə yollayan mənbə həmçinin də yazıda adıçəkilən Orxan Əkbərovla bağlı olaraq müəyyən şəxsi məlumatlar da verib. O.Əkbərovun Arif Alışanovla qohum olması, bu qohumluqdan öncə Prezident Administrasiyasında tanınmış şöbə müdirinin qızına nişanlı olması və sair. Lakin bildiririk ki, insanların şəxsi həyatı ilə bağlı informasiyaların yayımından birmənalı imtina edirik. Bu səbəbdən də həmin məqamları yayımlamırıq. RÜFƏT
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?