GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elnur Aslanov barəsində daha bir şok iddia

Elnur Aslanov barəsində daha bir şok iddia

Tarix: 25-03-2014, 22:12 Bölmə :Ölkə Baxış: 1 334
Elnur Aslanov barəsində daha bir şok iddia
Fətullah Güləndən alınan tapşırıqlar necə icra edilib?

Məlumatlı mənbədən «Gündəm xəbər»ə Prezident Administrasiyası Analitik Təhlil və İnformasiya Təminatı şöbəsi vəzifəsindən azad olunan Elnur Aslanovla bağlı növbəti məlumatlar daxil olub. Məlumatda bildirilir ki, E.Aslanov nurçu şəbəkəsinin üzvü olaraq hələ də fəaliyyətdə olan Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin vasitəsi ilə bir müddət gənclər sektoruna nəzarəti ələ keçirmişdir. Onun himayə etdiyi gənclər təşkilatları arasında ASAİF və İRƏLİ İctimai Birliyinın olması heç kimə sirr deyil. Lakin, bunlar hamısı deyil. Belə ki, 2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış”adlı ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan mötəbər tədbirə Azərbaycandan QHT-lər məhz Elnur Aslanovun himayəsi ilə salınmışdır. Bu şəxslər Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov, ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyeva və o Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədlidir.
Leyla Məmmədli hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətində çalışır. Ora Elnur Aslanovun himayəsi ilə yerləşdirilib.

Elnur Aslanov barəsində daha bir şok iddia
Konfrans iştirakçılarının geniş heyyətdə ABŞ-ın müxtəlif siyasi dairələri ilə bağlı olan şəxslərlə, ABŞ konqresmenləri və vitse prezident Cou Baydenlə konfrans çərçivəsində görüşləri olmuşdur.
Lakin orada ictimaiyyətə məlum olmayan daha bir gizli görüş olmuşdur ki, bu da Elnur Aslanovun Fətullah Gulənlə təşkil olunan görüşüdür. Elnur Aslanov bu görüşdə Fətullah Hocadan xüsusi tapşırıqlar almışdır. Ehtimallara görə adı çəkilən QHT sədrləri və Milli Məclisin üzvü Ceyhun Osmanlı da bu görüşdə iştirak etmişlər. Etibarlı mənbədən verilən məlumata görə Vaşinqtonda sözügedən Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış” lobbi tədbiri məhz Fətullah Gülənin himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı sayılan Türk Amerikan Alyansının dəstəyi ilə baş tutmuşdur.

Elnur Aslanov barəsində daha bir şok iddia
ABŞ-dakı məlum görüşdən sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa başlamışlar.
Belə ki, həmən ilin 30 iyun tarixində gənclər sektorunda elə də nüfuzu ilə tanınmayan və o zamanlar Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri olan Şahin Seyidzadə Elnur Aslanovun himayəsi və nurçu şəbəkəsinin üzvü olaraq hələ də fəaliyyətdə olan Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun və Milli Məclisin üzvü Ceyhun Osmanlının gənclər təşkilatlarına və alternativ namizədlərə etdiyi qeyri-qanuni təzyiqlər vasitəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə gətirilir.

Elnur Aslanov barəsində daha bir şok iddia
Elnur Aslanov bu şəxslər vasitəsi ilə seçki prosesinə müdaxilə edərək şəxsən Milli Şuranın seçki konfransında iştirak edir və gənclər təşkilatlarının seçiminə Şahin Seyidzadənin xeyrinə təsir göstərir və nəticədə Şahin Seyidzadə Milli Şuranın sədri seçilir. Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat-Amerika Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən siyasi və maddi dəstək almağa başlamışdır, SAM-la Amerika istiqamətində bir neçə uğurlu layihələr müştərək həyata keçirilmişdir. Vüqar Əhmədovun vasitəsi ilə SAM Amerika Azərbaycan münasibətləri ilə bağlı ötən il beynəlxalq konfrans keçirmiş və onun Amerika ilə bağlantıları vasitəsi ilə bır sıra ABŞ ekspertlərinin Azərbaycana gəlişini təmin edilmişdir.
Eyni zamanda məlum tədbirdən sonra həmən ilin iyul ayında ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyevanın xüsusi xidmətləri nəticəsində ilk dəfə Prezident Administrasiyasınının rəsmisi Elnur Aslanov bu təşkilatın qərərgahında təşkilat üzvləri ilə geniş görüş keçirmişdir və deyilənlərə görə bu andan etibarən təşkilat Elnur Aslanovun tam nəzarətinə keçmişdir.
Amerikanın Azərbaycandakı səfirliyinin xüsusi himayəsində və nəzarətində olan bu təşkilatın Elnur Aslanovun nəzarətinə düşməsi səfirliyin narahatçılığına və gizli etirazına da səbəb olmuşdur. Bu andan etibarən ABŞ Təhsilli Məzunlar Birliyinin kurasiyasını Elnur Aslanov Ceyhun Osmanlıya tapşırmışdır və Amerika Azərbaycan Alyansının təsisçisi və iş adamı Anar Məmmədovun idarə etdiyi şirkətlər vasitəsi ilə ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli maliyyə layihələri maliyyələşməyə başlanmışdır. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Fuad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident nurçuluqda ittiham olunan Elnur Aslanovu işdən çıxartdı

    Prezident nurçuluqda ittiham olunan Elnur ...

    17-03-2014, 20:05

  • 
  • Hakimiyyət «Antinur kompaniyasina» start verdi

    Hakimiyyət «Antinur kompaniyasina» start verdi ...

    18-03-2014, 18:48

  • 
  • Rəsmi Bakı yeni siyasi münasibətlər proqramının icrasına başlayır

    Rəsmi Bakı yeni siyasi münasibətlər proqramının ...

    13-04-2014, 12:54

  • 
  • Nurçu trio haqqında müdhiş iddialar

    Nurçu trio haqqında müdhiş iddialar ...

    1-04-2014, 10:27

  • 
  • ŞOK: Elnur Aslanovun media hökmranlığına necə son qoyuldu?

    ŞOK: Elnur Aslanovun media hökmranlığına necə son ...

    25-03-2014, 22:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu