GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri

Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri

Tarix: 15-05-2014, 10:07 Bölmə :Maraqlı Baxış: 0
Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri
“Stratfor” özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Azərbaycanda kimlərlə görüşüb?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor” özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Bakıda xəlvəti səfərdə olub.
Bu barədə C.Fridmanın rəhbərlik etdiyi təşkilatın saytına istinadən xəbər verir. Ona görə xəlvəti ki, C.Fridmanın Bakıda səfərdə olduğu barədə informasiya ictimaiyyətə açıqlanmayıb və onun Azərbaycan rəsmilərindən kimlərlə görüşdüyünə dair hansısa məlumat yoxdur. Hərçənd ki, Fridman Bakıdan qayıdandan sonra “Stratfor” mərkəzinin saytında Azərbaycana qarşı Rusiya və İran təhlükəsinə dair geniş məqalə ilə çıxış edib.
C.Fridman Bakıya əvvəllər də səfər edib və adətən onun səfərləri barədə heç vaxt indiki kimi informasiya qıtlığı olmamışdı. Ancaq “Stratfor” mərkəzinin Fətullah Gülənin Azərbaycanda, o cümlədən yüksək hakimiyyət dəhlizlərinə qədər gedib çıxa bilmiş şəbəkəsinə gizli dəstəyinin üzə çıxmasından sonra C.Fridmanın Bakıya xəlvəti səfər etməsi xüsusi maraq doğurur.
Bəs Fridman məqaləsində nə yazır və onun Bakıya indiki səfərinin məqsədi nə olub?
Məqalədən hər iki suala cavab tapmaq mümkün olur. Belə məlum olur ki, C.Fridman mayın 9-da Qələbə gününün qeyd olunduğu vaxtda Bakıda olub və Dənizkənarı parkdakı atəşfəşanlığı da izləyib.
Sitat: “Mən Azərbaycanda ölkənin Qələbə Gününü, keçmiş Sovet İttifaqının varis-dövlətlərinin İkinci dünya müharibəsində Almaniyanı məğlub etməsinin ildönümünü bayram etdiyi bir vaxtda oldum. Bu müharibədə nə qədər sovet vətəndaşının həlak olduğunu heç kim dəqiq bilmir, ola bilsin 22 milyon. Rəqəmlər müxtəlifdir və özündə Rusiyanın həm bacarıqsızlığını, həm möhtəşəmliyini əks etdirir. Mən bu sətirləri yazanda fişənglər Xəzər dənizinin üzərində uçuşurdu. Uzun və mürəkkəb pirotexnika səsi sanki artilleriya hazırlığını xatırladırdı. Bu səslər həm də Bakının nasist-sovet müharibəsində Bakının ən mühüm yerlərdən birini olduğunu xatırladır”.
C.Fridman bu ildönümün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta təsadüf etməsini “ən azından simvolik” adlandırır. Bildirir ki, Bakı yenə də strateji əhəmiyyət kəsb etməkdədir, xüsusən də neftinə görə...
“Mənim bu səfərdə məqsədim ayrı-ayrı Avropa ölkələrinin Rusiyadan qaynaqlanan təhdidləri nə dərəcədə hiss etdiyinə dair təsəvvürlərə malik olmaq, əgər bu təzyiqlər varsa, onun səviyyəsini və bu ölkələrin daşıya biləcəyi riskləri araşdırmaq idi”, - deyə Fridman yazır.
MKİ-nin “kölgəsi” əlavə edir ki, Avropa deyəndə Türkiyə və Qafqaz regionunu da ora aid edir.
“Daha da mühüm olanı budur ki, Rusiyanı blokadaya almaq strategiyasını onun cənub cinahını bura daxil etmədən təsəvvür etmək mümkün deyil”, - deyə C.Fridman Cənubi Qafqazın Qərbin anti-Rusiya strategiyası üçün nə dərəcədə mühüm olduğunu xatırladaraq yazır. Fridman əlavə edir ki, Rusiyaya qarşı sanksiyalar nə vaxtsa götürüləcək və bu mühüm həqiqəti heç vaxt yaddan çıxarmaq olmaz: Rusiya iqtisadi baxımdan həmişə kasıb olub. Ancaq o, böyük imperiya yaradıb və Hitlerə, Napoleona qalib gəlib.
“Rusiyanın iqtisadiyyatını dağıtmaq mümkün ola bilər, ancaq bununla Rusiyanın hərbi gücünü heç vaxt dağıtmaq mümkün olmayacaq” - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” bildirir.
C.Fridmanın sözlərinə görə, bu məsələnin həlli Sovet İttifaqına qarşı tətbiq olunan “soyuq müharibə” ilə tapılıb. İndi Rusiyaya qarşı yenidən bu taktikadan istifadə etmək mümkündür - əgər Azərbaycan kimi ölkələr bu müharibədə iştirak etməyə hazır olsalar... C.Fridman daha sonra Azərbaycanın malik olduğu neft-qaz resursları və Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq səylərini xatırladır. O, bildirir ki, Azərbaycanın qaz hasilatı elə də böyük deyil, ancaq “Transxəzər” qaz kəməri layihəsini reallaşdırıb Türkmənistan qazını Azərbaycan üzərindən nəql etmək mümkün olsa, Avropa üçün ciddi alternativ mənbə yaranacaq.
“Lakin bu, Azərbaycanın nə dərəcədə hazır olmasından və bütün tərəflərdən yönələn təzyiqlərə davam gətirmək qabiliyyətindən asılıdır” Fridman yazır.
Müəllif xatırladır ki, Azərbaycan Rusiya ilə İranın arasında yerləşir və Bakının ən çox qorxduğu Rusiyadır. C.Fridman İranın da əhalisinin əksəriyyəti şiə olan Azərbaycana təsir göstərmək səylərindən bəhs edir: “Hazırda ABŞ Azərbaycana silah satışını bloklayıb. İsrail ABŞ-ın razılığı ilə ona zəruri silahlar satır. Bu da bizə qarşılıqlı münasibətlərin mürəkkəbliyi barədə təsəvvürə malik olmağa imkan verir və onu xatırladır ki, mürəkkəblik müttəfiqliyi korlayır”.
C.Fridman Azərbaycanla ABŞ arasında anlaşılmazlığın əsas səbəblərini də göstərir. Yazır ki, Birləşmiş Ştatlar Azərbaycana hökumət tərəfindən insan haqlarının pozulduğunu əsas gətirərək silah satmaqdan imtina edir: “Amerikalılar başa düşə bilmir ki, Rusiya ilə İranın qarşısında dayanan və Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olan Bakı amerikalıların hisslərini təmin edə, rejimə təhlükə kəsb etməyən dəyişikliklərə gedə və repressiyalardan qaça bilmir. Azərbaycanın cavabı isə budur ki, məhz İran və Rusiya təhlükəsi Bakıdan sabitliyi və təhlükəsizliyi təmin etməyi tələb edir. Hər iki ölkə vəziyyəti gərginləşdirmək üçün öz əməliyyatçılarını Azərbaycana göndərir.
Amerikalıların dissident hesab etdiklərini Azərbaycan xarici dövlətlərin agentləri hesab edir. Vaşinqton bunu şübhə altına alır və daim Bakını öz bəyanatları ilə incidir. Azərbaycanlılar isə amerikalılardan həmişəlik inciyirlər”.
C.Fridman azərbaycanlıların ABŞ-dan inciməsinin səbəblərindən biri kimi Vaşinqtonun Qarabağ münaqişəsinə yetərincə diqqət ayırmamasını da göstərir. Bildirir ki, Ukrayna böhranından sonra Azərbaycanla ABŞ-ın münasibətləri kritik əhəmiyyət kəsb edir. Fridman yazır ki, Dövlət Departamenti bunu bir kənara qoyaraq Azərbaycanı insan haqlarına görə tənqid edir. Hərçənd ki, eyni problemlər Gürcüstanda və ya Ermənistanda baş verəndə Azərbaycana nisbətən bu ölkələr az tənqid olunur.
“Hətta hesab etsək ki, Dövlət Departamentinin tənqidləri ədalətlidir, onda heç kim iddia edə bilməz ki, Azərbaycandakı repressiyalar İosif Stalinin dəhşətləri ilə hansısa müqayisəyə gələ bilər. Mən Stalini ona görə misal gətirirəm ki, vaxtilə Franklin Ruzvelt Hitlerə qalib gəlmək üçün Birləşmiş Ştatları Stalinin müttəfiqinə çevirmişdi və onu tez-tez tənqid etməyə ehtiyac görməmişdi. Bununla da amerikalıların maraqlarını qorumuşdu”, - deyə Fridman yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Stratfor"dan Türkiyədəki çevriliş cəhdi ilə bağlı SENSASİON İDDİA

    "Stratfor"dan Türkiyədəki çevriliş ...

    18-07-2016, 22:14

  • 
  • ABŞ kəşfiyyatının ŞOK PROQNOZU-Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə...

    ABŞ kəşfiyyatının ŞOK PROQNOZU-Rusiya dağılacaq, ...

    29-10-2017, 19:07

  • 
  • Vaşinqton Əliyevlərin qələbəsini həzm etdirməyə hazırlaşır

    Vaşinqton Əliyevlərin qələbəsini həzm etdirməyə ...

    15-06-2013, 18:00

  • 
  • İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...

    İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib ...

    8-05-2014, 10:57

  • 
  • “Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistanla deyil, Azərbaycanla əlaqələndirilir

    “Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ ...

    2-10-2017, 23:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (97)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu