Sosial şəbəkə istifadəçiləri yəqin ki, belələrinin profillərinə tez-tez rast gəlirlər. Onlar şəkillərini paylaşır, nömrələrini yayır, özlərinə müştəri cəlb edirlər.
Söhbət, translardan gedir.
Məlumat üçün bildirək ki, transseksuallar özünü qarşı cinsə aid edən, həmçinin qarşı cinsə bənzəmək istəyi və ya özünü qarşı cinsdən biriymiş kimi hiss edən şəxslərə deyilir. Onlar əməliyyat yolu ilə cinsiyyətlərini dəyişə, sosial və hüquqi olaraq qarşı cinsə keçə bilərlər. Transseksuallığın xəstəlik olub-olmaması bu gün mübahisəli mövzu olaraq qalır. Haqqında danışdığımız şəxslər cinsi dəyişkənliyi yeniyetməlik dövründən hiss etməyə başlayırlar. Bu yazıda sizlərə heç də translar haqqında uzun-uzadı söz açmaq istəmirik. Yuxarıda da qeyd etdiyimiz kimi onlar sosial şəbəkələrdə tüğyan edirlər və dostluqlarında minlərlə insan olur. Bu minlər isə sən, mən, o, bir sözlə bizlərik. Cəmiyyətdə, xüsusən, gənclər arasında translara marağı nəzərə alıb çalışdıq ki, bu cinsi azlıqların nümayəndələri ilə söhbətləşək. Baxın, necə alındı...
AZERINEWS.TV 168saat.com-a istinadən həmin cinsi azlıqlarla müsahibəni təqdim edir:
İlk müsahibizim özünü Türkan adlandırır. Sumqayıtda yaşayır. 1991-ci il təvəllüdlüdür.
- Türkan, çoxdan əks cinsə marağın var?
- Orta məktəbdə oxuyandan. Təbii ki, yuxarı siniflərdə. Oğlanları çox sevirəm. Mən də beləyəm.
- Müştərilərinlə harda görüşürsən?
- Biz bir neçə trans Bakıda ev kirayə tutmuşuq. Ancaq orda görüşürük. Başqa yerlərə getmirəm.
- Niyə?
- Çünki cəmiyyət bizi kimilərini qəbul etmir. Söz atır, incidirlər. Polislər də bizə normal işləməyə imkan vermirlər.
- Şəkillərinin bəzilərində əsl xanıma oxşayırsan. Elələri də vardır ki, elə özünsən, normal, gənc oğlan. Necə olur bu?
- Biz dərmandan istifadə edirik. Müştəri ilə görüşəndə içdiyimiz dərman bədən üzvlərimizi dəyişir və qadına oxşayırıq. Ancaq bu, orqanizmimiz üçün ziyanlıdır.
- Cinsiyyətini niyə dəyişmirsən o zaman? Axı həmkarlarının çoxu belə edir.
- Evdə valideynlərim bilsə, məni öldürərlər.
- Onlar sənin belə olduğunu bilmirlər?
- Cinsi zəif olduğumu bilirlər, ancaq bu yolla pul qazandığımı bilmirlər.
- Müştərilərin kimlərdir?
- Əsasən gənclər. Ancaq ara-sıra yaşlılar da bizlə vaxt keçirirlər. Sumqayıtda dövlət məmurlarının bəziləri hər həftə bizimlə görüşür. Adlarını desəm, şoka düşərsiz. Ancaq demərəm. Qadınlarla bizim əsas fərqlərimizdən biri də ağzı bütöv olmağımızdır. Müştərilərimiz də bunu bilir.
- Qadın geyimində küçədə sərbəst gəzə bilirsinizmi?
- Şəxsən mən küçəyə qadın geyimində çıxmıram. Mənim stilim daha çox emolara yaxındır. Qadın geyimlərini isə ancaq kirayə yaşadığım evdə geyinirəm, müştəri qəbul edəndə.
Növbəti müsahibimiz isə özünü cərrahiyə əməliyyatı ilə əsl qadına döndərib. Onun adı Ayladır.
- Ayla, nə zaman hiss etdin ki, səndə əks cinsə, kişilərə qarşı maraq var?
- Məndə bu anadangəlmədir. Mən qadın doğulmuşam. Daha dəqiq qadın hormonları məndə daha çoxdur. Mənim kimilər özlərini sonradan qadın edənlərdən çox fərqlənir.
- Belə də olur?
- Biz onları həvəskar adlandırırıq. Əsl trans anadangəlmə olur. Çoxları pula görə bu yola əl atır. Belə həvəskarların 5-10-u bir ev tutur və orda müştəri qəbul edirlər. Belələri bizim adımızı batırırlar. Biz öz qayğımıza salonlarda qalırıq, küçəyə də qadın kimi çıxırıq. Ancaq həvəskarlar yalnız evdə trans olurlar. Onlarla əlaqədən qaçmaq lazımdır. Çünki, belələrinin çoxu xəstəlik daşıyıcılarıdır.
- Cəmiyyətin sizə münasibəti necədir?
- 50-50-yə. Ancaq getdikcə daha da pisləşir. Qəribədir, başqa ölkələrdə transları normal qəbul edirlər, bizdə isə yox. Polislər boş yerə bizi həbs edir, döyürlər. Pulumuzu alıb buraxırlar. Dəfələrlə yuxarılara, hətta Avropa Şurasına məktub ünvanlamışıq. Ancaq xeyri olmur. Məcbur qalıb translarımız işləmək üçün Türkiyəyə, Rusiyaya gedirlər.
- Müştəriləriniz kimlərdir?
- Əsasən 23-24 yaşdan yuxarı kişilər bizə müraciət edir. Yeniyetmələri qəbul etmirik. Çünki yeniyetməlik dövrü elədir ki, onlar bu yola maraq göstərə bilərlər. Ona görə də yeniyetmələrdən qaçırıq. Maraqlıdır ki, hər həftə müştərimiz olan, bizə sevgisini belə etiraf edənlər kənarda transları qəbul etmədiyini deyirlər. Heç nə demirəm, müştərilərimiz arxamızda dursa, cəmiyyət bizi normal qəbul edər.
- Deyirsən, cəmiyyətdə sizə maraq çoxdur. Nədən irəli gəlir bu?
- Məsələ birbaşa bizim mentalitetlə bağlıdır. Bizim cəmiyyətdə qurulan ailənin intim tərəfi həmişə qaranlıq olub. Kişilər öz fantaziyalarını həyat yoldaşları ilə reallaşdıra bilmirlər. Ona görə də bizə müraciət edirlər. İnanmazsınız, o qədər məşhurlar, iş adamı, siyasətçilər gəlir ki, yanımıza. Ancaq dediyim kimi, kənarda bizi müdafiə etmirlər. Hətta elələri var ki, televiziya, radio efirindən bizləri topa tutur. Halbuki, bizimlə min oyundan çıxırlar.
- Həkim müayinəsindən keçirsinizmi?
- Hər ay. Həkim müayinəsi ən vacib şərtdir. Həvəskar translardan fərqli olaraq biz sağlamlığımıza xüsusi fikir veririk. Təəssüf ki, həvəskar translar bizim adımızı batırırlar.
- Deyirsiniz ki, Bakıda transların sayı günbəgün artır. Birlik olaraq toplaşırsınızmı?
- Toplaşmağımız alınmır. Hamı qorxur və həyatını yaşamağa üstünlük verir. Polislərdən qorxuruq. Ona görə də toplaşmaq haqqında heç düşünmürük də.
- Son olaraq bir şey soruşum. Ən böyük arzun nədir? - İstəmərəm trans olmağıma, xidmətimə görə pul qazanım. Bu, mənim həyatımdır. Çox istərdim normal işim olsun, evimə gedim gəlim, vəssəlam. Təəssüf ki, bizi kimiləri işə heç kim qəbul etmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?