GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məmurların bəziləri hər həftə bizimlə görüşür.”

“Məmurların bəziləri hər həftə bizimlə görüşür.”

Tarix: 7-01-2014, 16:45 Bölmə :Ölkə Baxış: 1 883
“Məmurların bəziləri hər həftə bizimlə görüşür.”
Polislər də bizə normal işləməyə imkan vermirlər
Sosial şəbəkə istifadəçiləri yəqin ki, belələrinin profillərinə tez-tez rast gəlirlər. Onlar şəkillərini paylaşır, nömrələrini yayır, özlərinə müştəri cəlb edirlər. Söhbət, translardan gedir. Məlumat üçün bildirək ki, trans-seksuallar özünü qarşı cinsə aid edən, həmçinin qarşı cinsə bənzəmək istəyi və ya özünü qarşı cinsdən biriymiş kimi hiss edən şəxslərə deyilir. Onlar əməliyyat yolu ilə cinsiyyətlərini dəyişə, sosial və hüquqi olaraq qarşı cinsə keçə bilərlər. Transseksuallığın xəstəlik olub-olmaması bu gün mübahisəli mövzu olaraq qalır. Haqqında danışdığımız şəxslər cinsi dəyişkənliyi yeniyetməlik dövründən hiss etməyə başlayırlar. Bu yazıda sizlərə heç də translar haqqında uzun-uzadı söz açmaq istəmirik. Yuxarıda da qeyd etdiyimiz kimi onlar sosial şəbəkələrdə tüğyan edirlər və dostluqlarında minlərlə insan olur. Bu minlər isə sən, mən, o, bir sözlə bizlərik. Cəmiyyətdə, xüsusən, gənclər arasında translara marağı nəzərə alıb çalışdıq ki, bu cinsi azlıqların nümayəndələri ilə söhbətləşək. Baxın, necə alındı...

İlk müsahibizim özünü Türkan adlandırır. Sumqayıtda yaşayır. 1991-ci il təvəllüdlüdür.

- Türkan, çoxdan əks cinsə marağın var?

- Orta məktəbdə oxuyandan. Təbii ki, yuxarı siniflərdə. Oğlanları çox sevirəm. Mən də beləyəm.

- Müştərilərinlə harda görüşürsən?

- Biz bir neçə trans Bakıda ev kirayə tutmuşuq. Ancaq orda görüşürük. Başqa yerlərə getmirəm.

- Niyə?

- Çünki cəmiyyət bizi kimilərini qəbul etmir. Söz atır, incidirlər. Polislər də bizə normal işləməyə imkan vermirlər.

- Şəkillərinin bəzilərində əsl xanıma oxşayırsan. Elələri də vardır ki, elə özünsən, normal, gənc oğlan. Necə olur bu?

- Biz dərmandan istifadə edirik. Müştəri ilə görüşəndə içdiyimiz dərman bədən üzvlərimizi dəyişir və qadına oxşayırıq. Ancaq bu, orqanizmimiz üçün ziyanlıdır.

- Cinsiyyətini niyə dəyişmirsən o zaman? Axı həmkarlarının çoxu belə edir.

- Evdə valideynlərim bilsə, məni öldürərlər.

- Onlar sənin belə olduğunu bilmirlər?

- Cinsi zəif olduğumu bilirlər, ancaq bu yolla pul qazandığımı bilmirlər.

- Müştərilərin kimlərdir?

- Əsasən gənclər. Ancaq ara-sıra yaşlılar da bizlə vaxt keçirirlər. Sumqayıtda dövlət məmurlarının bəziləri hər həftə bizimlə görüşür. Adlarını desəm, şoka düşərsiz. Ancaq demərəm. Qadınlarla bizim əsas fərqlərimizdən biri də ağzı bütöv olmağımızdır. Müştərilərimiz də bunu bilir.

- Qadın geyimində küçədə sərbəst gəzə bilirsinizmi?

- Şəxsən mən küçəyə qadın geyimində çıxmıram. Mənim stilim daha çox emolara yaxındır. Qadın geyimlərini isə ancaq kirayə yaşadığım evdə geyinirəm, müştəri qəbul edəndə.

Növbəti müsahibimiz isə özünü cərrahiyə əməliyyatı ilə əsl qadına döndərib. Onun adı Ayladır.

- Ayla, nə zaman hiss etdin ki, səndə əks cinsə, kişilərə qarşı maraq var?

- Məndə bu anadangəlmədir. Mən qadın doğulmuşam. Daha dəqiq qadın hormonları məndə daha çoxdur. Mənim kimilər özlərini sonradan qadın edənlərdən çox fərqlənir.

- Belə də olur?

- Biz onları həvəskar adlandırırıq. Əsl trans anadangəlmə olur. Çoxları pula görə bu yola əl atır. Belə həvəskarların 5-10-u bir ev tutur və orda müştəri qəbul edirlər. Belələri bizim adımızı batırırlar. Biz öz qayğımıza salonlarda qalırıq, küçəyə də qadın kimi çıxırıq. Ancaq həvəskarlar yalnız evdə trans olurlar. Onlarla əlaqədən qaçmaq lazımdır. Çünki, belələrinin çoxu xəstəlik daşıyıcılarıdır.

- Cəmiyyətin sizə münasibəti necədir?

- 50-50-yə. Ancaq getdikcə daha da pisləşir. Qəribədir, başqa ölkələrdə transları normal qəbul edirlər, bizdə isə yox. Polislər boş yerə bizi həbs edir, döyürlər. Pulumuzu alıb buraxırlar. Dəfələrlə yuxarılara, hətta Avropa Şurasına məktub ünvanlamışıq. Ancaq xeyri olmur. Məcbur qalıb translarımız işləmək üçün Türkiyəyə, Rusiyaya gedirlər.

- Müştəriləriniz kimlərdir?

- Əsasən 23-24 yaşdan yuxarı kişilər bizə müraciət edir. Yeniyetmələri qəbul etmirik. Çünki yeniyetməlik dövrü elədir ki, onlar bu yola maraq göstərə bilərlər. Ona görə də yeniyetmələrdən qaçırıq. Maraqlıdır ki, hər həftə müştərimiz olan, bizə sevgisini belə etiraf edənlər kənarda transları qəbul etmədiyini deyirlər. Heç nə demirəm, müştərilərimiz arxamızda dursa, cəmiyyət bizi normal qəbul edər.

- Deyirsən, cəmiyyətdə sizə maraq çoxdur. Nədən irəli gəlir bu?

- Məsələ birbaşa bizim mentalitetlə bağlıdır. Bizim cəmiyyətdə qurulan ailənin intim tərəfi həmişə qaranlıq olub. Kişilər öz fantaziyalarını həyat yoldaşları ilə reallaşdıra bilmirlər. Ona görə də bizə müraciət edirlər. İnanmazsınız, o qədər məşhurlar, iş adamı, siyasətçilər gəlir ki, yanımıza. Ancaq dediyim kimi, kənarda bizi müdafiə etmirlər. Hətta elələri var ki, televiziya, radio efirindən bizləri topa tutur. Halbuki, bizimlə min oyundan çıxırlar.

- Həkim müayinəsindən keçirsinizmi?

- Hər ay. Həkim müayinəsi ən vacib şərtdir. Həvəskar translardan fərqli olaraq biz sağlamlığımıza xüsusi fikir veririk. Təəssüf ki, həvəskar translar bizim adımızı batırırlar.

- Deyirsiniz ki, Bakıda transların sayı günbəgün artır. Birlik olaraq toplaşırsınızmı?

- Toplaşmağımız alınmır. Hamı qorxur və həyatını yaşamağa üstünlük verir. Polislərdən qorxuruq. Ona görə də toplaşmaq haqqında heç düşünmürük də.

- Son olaraq bir şey soruşum. Ən böyük arzun nədir?

- İstəmərəm trans olmağıma, xidmətimə görə pul qazanım. Bu, mənim həyatımdır. Çox istərdim normal işim olsun, evimə gedim gəlim, vəssəlam. Təəssüf ki, bizi kimiləri işə heç kim qəbul etmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Transseksualdan şok açıqlamalar - "Məmurlar və siyasətçilər bizimlə..."

    Transseksualdan şok açıqlamalar - "Məmurlar ...

    22-09-2014, 11:37

  • 
  • Lesbiyan məktəblidən şok müsahibə: "Ətrafım homoseksual qadınlarla doludur"

    Lesbiyan məktəblidən şok müsahibə: "Ətrafım ...

    25-01-2014, 14:21

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz hissəsidir

    Sosial şəbəkələr bizim həyatımızın ayrılmaz ...

    19-02-2016, 12:42

  • 
  • “WhatsApp”la fahişəliklə məşğul olan şəbəkə

    “WhatsApp”la fahişəliklə məşğul olan şəbəkə ...

    27-11-2013, 05:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu