GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıya Şollar suyunun çəkilişində H. Z. Tağıyevin heç bir rolu olmayıb - ÖZƏL

Bakıya Şollar suyunun çəkilişində H. Z. Tağıyevin heç bir rolu olmayıb - ÖZƏL

Tarix: 23-09-2014, 10:56 Bölmə :Maraqlı Baxış: 16 827
Bu su şəhər Dumasının qərarı və maliyyəsi əsasında çəkilib

Bakıya Şollar suyunun çəkilişində H. Z. Tağıyevin heç bir rolu olmayıb - ÖZƏL

Bir sıra hallarda orta məktəb dərsliklərində heç də reallığı əks etdirməyən məqamlar yer alır. Belə hallara xüsusən də Azərbaycan tarixi və Azərbaycan dili dərsliklərində rast gəlirik. Bu istiqamətdə mövcud faktlardan birini gundemxeber.az saytına Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov açıqladı: "Orta məktəblərin V sinifinə aid 2012-ci ildə buraxılan ana dili və 2013-cü ildə nəşr edilən Azərbaycan tarixi kitablarında Azərbaycan xeyriyəçilərindən Hacı Zeynalabdin Tağıyev haqqında məlumatlar yer alıb. Kitabda verilən bu məlumatlarda göstərilir ki, Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına Şollar suyunu Bakıya çəkdirmiş və bu zaman xaricdən mütəxəssislər dəvət edib. Həqiqətdə isə tarixi faktlar bunun əksini sübut edir. Tarixi faktlara söykənsək görərik ki, Şollar suyunun Bakıya çəkdirilməsində H. Z. Tağıyevin heç bir rolu olmayıb. Düzdür, Tağıyev bir mesenant kimi xalqımız üçün çox böyük işlər görüb. Amma həmin suyun Bakıya çəkdirilməsindəTağıyevin adının hallandırılmasına heç bir ehtiyac yoxdur. Faktlara baxsaq görərik ki, Şamaxı şəhərində 1859-cu ildə baş verən zəlzələdən sonra quberniyanın mərkəzi buradan Bakıya köçürülür. Həmin dövrlərdə burada neft sənayesi o qədər də inkişaf etməmişdi. Burada içməli suyu əsasən quyulardan götürürdülər və bu su şəhər əhalisinə bəs edirdi. Eyni zamanda, indiki Yasamal ərazisində o vaxtlar, yaşıllıqlar, ağaclar, kolluqlar, bulaqlar vardı. Qanlı göldə də istənilən qədər su var idi. Başqa bir tərəfdən, şəhərə su saxsı borular vasitəsilə üç yerdən daxil olurdu. Şəhərdə sənaye inkişaf etdikcə isə suya da tələbat artır. Belə olan halda şəhər Duması ətraf ərazilərdən su axtarışı üçün xarici dövlətlərdən mütəxəssislər dəvət edir. Aydın olur ki, Bakı ətrafında, Abşeronda içməli su ehtiyatı istənilən qədər yoxdur. Şəhərə Kür və Samur çaylarından su çəkilişi məsələsi ortaya gəlir. Bunun üçün 1893-cü ildə layihə tutulur. Lakin sonradan baha başa gəldiyindən həmin layihədən imtina edirlər. Şəhərdə neftayırma zavodlarının sayının artması ilə içməli suya ehtiyac daha da artır. Eyni zamanda, dənizin suyunu təmizləyib, əhaliyə verməyə başlayırlar. Lakin bu suyun tərkibindəki duzu tam təmizləyə bilmədiklərindən borular da pas atırdı. Su xəttinin çəkilişinə qədər qərara alınır ki, Kür və Volqa çayları vasitəsilə gəmilərlə şəhərə su gətirilsin. 1898-ci ildə Odessada su mühəndislərinin qurultayında Bakı şəhərinin nümayəndəsi Smolenski Avropadan tədbirə dəvət olunan görkəmli mütəxəssis Ser Vilyam Lindleylə görüşüb, bildirir ki, Bakı şəhər Duması şəhərə su çəkilişi üçün onu dəvət etmək niyyətindədir. Lindley müəyyən şərtlər daxilində razılıq verir. Lindley gəlməmişdən öncə üç nəfərdən ibarət mütəxəssis qrupunu Bakıya göndərir və onlar Kürdən şəhərə su çəkilişi prosesi ilə tanış olurlar. 1899-cu ildə Bakıya gələn Lindley Kürdən çəkiləcək su kəmərinin baha başa gələcəyini müəyyənləşdirir. Lilli Samur çayı ilə tanışlıqdan sonra da, qərara gəlir ki, buradan da şəhərə su çəkilişi mümkünsüzdür. Çünki, həmin lilli suyun təmizlənməsi üçün çoxlu sayda filtirlərdən istifadə etmək lazım idi. Bu isə çox baha olduğundan, Lindley yeraltı suların axtarılmasını təklif edir. Bir neçə ildən sonra Lindleyin mütəxəssisləri Qafqaz sıra dağlarında, Quba qəzasında yeraltı suları araşdıraraq, qərara gəlirlər ki, buradakı su bulaq deyil, yeraltı çaydır. Sonra buradan həmin Şollar suyunun çəkilməsi məsələsi gündəmə gəlir. 1904-cü ildə bu ərazidə nümunə götürmək üçün quyular qazılır və nəticədə müəyyənləşdirirlər ki, burada su həddən çoxdur. Onu da deyim ki, şəhərə gündə 6 milyon vedrə həcmində su kəmərinin çəkilməsi qarşıya məqsəd qoyulmuşdu. Lakin 1904-1905-ci illər hadisələri ilə əlaqədar olaraq, şəhərə su çəkilişi məsələsi arxa plana keçir. Bu məsələyə bir də 1909-cu ildə qayıdılır. Bu zaman suyun keçəcəyi ərazilərdə yaşayan ermənilər ona maneə olmaq üçün özlərinə məxsus torpaqları Bakı Şəhər Dumasına satmaqdan imtina etməyə başladılar. Çünki, erməni Saruxanov, Adamyan Volqa çayı vasitəsilə gəmilərdə su gətirməklə külli miqdarda pul qazanırdı. Onlar da buna görə hər vasitə ilə Şollar suyunun çəkilişinə əngəl olmağa çalışırdılar. Hətta onlar Lindleyə qarşı hər cür təxribatlar hazırlayırdılar ki, o çıxıb getsin. Lakin Lindley iradəsindən dönməyərək, başladığı işi çətinliklə də olsa başa çatdıra bildi. 1910-1911-ci ildən Şollar suyunun çəkilişinə başlanıldı. Onu da deyim ki, bu prosesdə 4-5 minə yaxın insan işləyib. Erməni mühəndis Lindleyi prosesə ayrılan vəsaitin guya düz xərclənmədiyi ilə təqsirləndirərək, məsələnin Bakı Şəhər Dumasında müzakirəsi və işin məsələ araşdırılanadək dayandırılmasına nail olur. Amma sonradan erməni mühəndis səhv etdiyini boynuna alır. Başlanan Birinci Dünya Müharibəsi də suyun çəkilişinin başa çatmasını əngəlləyir. Buna baxmayaraq, əlavə vəsaitlər hesabına 1917-ci ilin yanvarında nəhayət Şollar suyu Bakıya gəlib çatır.
Bu faktları ortaya gətirməklə onu demək istəyirəm ki, tarixdə kimin hansı rol oynadığını dəqiqləşdirərək, düzgün demək lazımdır. H. Z. Tağıyev duma nümayəndəsi kimi su komissiyasının üzvü olub və şəhərə su lazım olduğunu həmişə gündəmə gətirib. Bununla belə, Tağıyevin Azərbaycan xalqı üçün etdikləri yaxşılıqların rolunu azaltmaq fikrində də deyiləm. Onun xalqımız qarşısında böyük xidmətləri olub. Sadəcə onu demək istəyirəm ki, hər şeyi adı ilə demək lazımdır. Şollar suyunun Bakıya gətirilməsində Tağıyevin də, Şəhər Dumasının da böyük rolu olub. Onu da qeyd edim ki, kəmərin çəkilişi zamanı Bakıda su quyusu qazdırmaq üçün şəhər milyonçularından təkcə Şixəliyev 200 rubl pul verib. Başqa milyonçular, o cümlədən Tağıyev isə bu işə pul xərcləməyib. Yerdə qalan vəsait ancaq dövlət xəzinəsindən ayrılıb".

Bakıya Şollar suyunun çəkilişində H. Z. Tağıyevin heç bir rolu olmayıb - ÖZƏL

Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tarix İnstitutu mətbuatı zərərli məlumatlar yaymamağa çağırdı

    Tarix İnstitutu mətbuatı zərərli məlumatlar ...

    16-02-2016, 18:49

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Yezidin şeirləri Azərbaycan dərsliklərində

    Yezidin şeirləri Azərbaycan dərsliklərində ...

    12-10-2013, 13:16

  • 
  • Tarix dərslikləri dəyişir

    Tarix dərslikləri dəyişir ...

    6-05-2015, 18:13

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu