GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İŞİD ABŞ-ın layihəsi olduğu deyəsən təsdiqini tapmaq üzrədir? - ÖZƏL

İŞİD ABŞ-ın layihəsi olduğu deyəsən təsdiqini tapmaq üzrədir? - ÖZƏL

Tarix: 8-10-2014, 14:09 Bölmə :Maraqlı Baxış: 1 005
Elşən Manafov: "İŞİD əslində ABŞ tərəfindən yaradılan və hərəkətləri məhz onun tərəfindən istiqamətlədirilən terrorçu təşkilatdır"
İŞİD ABŞ-ın layihəsi olduğu deyəsən təsdiqini tapmaq üzrədir? - ÖZƏL

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ölüm saçmağa davam edir. 22 gündən sonra Kobaniyi ələ keçirən İŞİD, bölgədə edamları davam etdirir. Müttəfiq güclər isə ilk dəfə olaraq gecə yox gündüz vaxtı İŞİD-i bombalayıb.
Buna baxmayaraq, hələlik, İŞİD-in bombardman nəticəsində hansısa bölgədən geri çəkilməsi müşahidə edilmir. Əksinə, bu qüvvələr İraq və Suriyada yeni-yeni əraziləri tutmaqda davam edirlər.
"Wall Street Journal"ına danışan İŞİD üzvü isə şok sözlər deyib. O, bildirib ki, ABŞ boş əraziləri bombalayır: “Əsədin bombaları daha təsirli olur, nəinki ABŞ-ın.”
İŞİD üzvünün yuxarıda səsləndirdiyi bu sözlərin nə dərəcədə həqiqət olduğunu deyə bilmərik. Amma bu qüvvələrin yaranması, mübarizəsi, hardan silahlanması barədə gəzən söz-söhbətlər, analitik fikirlər bəzən belə fikrə gəlməyə əsas verir ki, həmin təşkilatı yaradan elə Vaşinqtonun özü olub. Yadınızdadırsa, İŞİD İraqda fəaliyyətə keçən ilk dönəmlərdə Ağ Ev ona qarşı ümumiyyətlə mübarizə aparmayacağını bəyan etmişdi. Lakin sonradan İŞİD-də qarşı koalisiya yaratmaq qərarına gəldilər. Amma, hazırki situasiyada görünən odur ki, bu koalisiya da İŞİD-lə effektiv mübarizə aparmaq niyyətində deyilmiş. Onun yerləşdiyi məkanları bombalamaqla məsələ bitmir. Sözügedən qruplaşmanı məhv etmək üçün havadan zərbələr heç də kifayət deyil. Quru qoşunlarının yeridilməsi vacibdir. Amma, ABŞ və müttəfiqləri hələlik bu fikri yaxına belə buraxmırlar. Mövcud situasiya isə belə qənaətə gəlməyə əsas verir ki, İŞİD-in hərəkətləri əslində okeanın o tayından idarə olunur.
Görəsən, belədirsə, həmin dəstələri hərəkətə gətirməkdə okeanın o tayındakı qüvvənin məqsədi nədir? Niyə, ABŞ boş əraziləri bombalayır?
Politoloq Elşən Manafov bildirdi ki, hadisələrin gedişi İŞİD-in Vaşinqtonun maraqlarından çıxış etdiyini deməyə əsas verir: "Bu ilin iyunundan ABŞ-ın İŞİD-ə qarşı apardığı mübarizə hökumətə təxminən 1,1 milyard dollara başa gəlib. Yəni İŞİD-ə qarşı aparılan mübarizəni Konqresdə müzakirəyə çıxarıblar və bəlli olub ki, ABŞ-ın gündəlik xərcləri 10 milyon dollardan yuxarıdır. Amma maraqlı məqam ondan ibarətdir ki, ABŞ hərbi hava qüvvələri İŞİD-in dislokasiya olunduğu yerləri bildiyi halda, bilərəkdən fərqli məkanlara hava zərbələri endirir. Bunun özü də belə bir fikir səsləndirməyə əsas verir ki, İŞİD əslində ABŞ tərəfindən yaradılan və bu gün də hərəkətləri məhz onun tərəfindən istiqamətlədirilən terrorçu təşkilatdır. Məqsəd isə İŞİD vasitəsilə Suriyada Bəşər Əsəd rejimini hakimiyyətdən kənarlaşdırmaq, Türkiyədəki Ərdoğan hökumətinə təzyiqləri gücləndirməkdən ibarətdir. Aydın məsələdir ki, hazırda Suriya Türkiyə sərhədlərində hansı gərginlik yaşanır. Hətta keçən il Türkiyədə yaşanan hadisələr, bu ölkə müxalifətinin kifayət qədər fəallaşması da ABŞ-ın siyasi və maliyyə dəstəyi fonunda baş vermişdi. Ərdoğanın ola bilsin Türkiyənin NATO ilə münasibətlərini saf-çürük etsin və Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı fikirlərindən dərhal sonra, Vaşonqton Ərdoğan iqtidarına qarşı məlum mexanizmləri işə saldı. Yəni, bilərəkdən ABŞ hərbi hava qüvvələrinin İŞİD-in mövqelərini deyil, daha fərqli məkanlara hava zərbələri endirməsi onu göstərir ki, Vaşinqton onu Əsəd rejiminə qarşı mübarizəyə istiqamətləndirir. Bu arada ABŞ-ı İŞİD-lə bağlı narahat edən məqam ondan ibarət oldu ki, İraqdakı təxminən 11-ə yaxın neft mədəni həmin qruplaşma tərəfindən ələ keçirilib. İndi onlar da dünya bazarına neft çıxarır. Ona görə də hazırda dünya bazarında neftin qiyməti 90 dollara enməkdədir. Belə vəziyyət isə iri neft ölkəsi Səudiyyə Ərəbistanının özü üçün də ciddi problem yaradır. Bu ölkə ərəb dövlətləri arasında bildiyiniz kimi ABŞ-ın ən sadiq müttəfiqlərindəndir. Təbii ki, ABŞ-ın bölgə ilə bağlı maraqlarını nəzərə almayan və müstəqil siyasət yeritmək istəyən qüvvələr qarşı Vaşinqtonun mövqeyi həmişə fərqli olub. Bunu biz Əfqanıstanda, Liviyada izləmişik, hazırda Suriyada izləyirik. Yəni baxmayaraq ki, ABŞ artıq ortalığa bu qədər maliyyə xərcləri qoyub, amma əsas məqsəd İŞİD-in hərbi strukturlarını darmadağın etmək deyil. Əksinə, onu yenidən Bəşər Əsədə qarşı mübarizəyə sürükləmək, Rusiya və Çinin Yaxın Şərqdəki maraqlarına qarşı istiqamətləndirmək məqsədi daşıyır. Təsadüfi deyil ki, İran İŞİD-in güzlənməsindən narahat olduğu halda, ABŞ-la bir yerdə həmin qruplaşmaya qarşı mübarizə aparmaqdan açıq şəkildə imtina etdi. Həsən Ruhani burada ABŞ-la bir yerdə olmayacaqlarını bəyan etmişdi. Çünki, bu məsələnin özündə də ABŞ və İranın maraqları kifayət qədər fərqlidir. Sadəcə olaraq, ABŞ növbəti dəfə dünya ictimaiyyətinin fikrini yanlış istiqamətə yönəltmək və guya İŞİD-ə qarşı gerçəkdən mübarizə aparmaq əzmində olduğunu bildirir. Amma, Əl-Qaidə kimi bu da ABŞ xüsusi xidmət orqanları tərəfindən yaradılan xüsusi bir terrorçu təşkilatdır. Məqsəd də, İŞİD vasitəsilə bölgədə ABŞ-ın maraqlarını təmsil etmək, bu maraqlardan çıxış etməyən dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Yəni bu gün İŞİD, həm Suriya, İraq,Türkiyə, həm Rusiya, həm də dolayısı ilə Çinlə İranın bölgədəki maraqlarına qarşı işləyən terrorçu təşkilatdır. Baxın, İsrail Fələstin ərəblərini qırır, amma İŞİD bu məsələyə "müsəlman" olaraq, münasibət bildirmir. Türkiyə ilə sərhəd bölgədə Kobani şəhərinin alınması da onu təsdiq edir ki, İŞİD ABŞ-ın maraqlarından çıxış edən bir təşkilatdır".
Həsən
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı

    Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı ...

    20-08-2014, 12:38

  • 
  • İŞİD-in "ürəyi" bombalandı

    İŞİD-in "ürəyi" bombalandı ...

    9-01-2015, 17:02

  • 
  • İŞİD-ə ağır zərbə: 300 ölü

    İŞİD-ə ağır zərbə: 300 ölü ...

    30-12-2014, 22:25

  • 
  • İŞİD Fransanı yeni terrorla hədələdi

    İŞİD Fransanı yeni terrorla hədələdi ...

    22-11-2015, 14:07

  • 
  • İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən azad edib

    İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən ...

    2-09-2014, 10:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu