Rəsmi Ankara Yerevanla münasibətləri normallaşdırmaq üçün Qarabağ münaqişəsinin həll edilməsində İsveçrədən dəstək xahiş edib. Modern.az bildirir ki, bu barədə “Today's Zaman” qəzeti Türkiyə Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.
Oktyabrın ortalarında İsveçrədə səfərdə olan XİN rəhbəri Əhməd Davudoğlu bu ölkə rəsmilərinə bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən ordusunu çıxaracağı təqdirdə Türkiyə Yerevanla münasibətlərini normallaşdırmağa hazırdır. Davudoğlu bildirib ki, əgər İsveçrə bu məsələdə Ermənistanı inandıra bilsə, Türkiyə Yerevanla sərhəddini açacaq. Məlumata görə, İsveçrə tərəfi Davudoğlunun bu təklifi ilə razılaşıb.
XİN başçısı bildirib ki, Yerevanla əlaqələr Türkiyə üçün mühümdür və Ankara bu münasibətlərin genişlənməsi üçün yeni ideyalar tapmağa çalışır.
XİN-dəki mənbə bildirib ki, Türkiyə qondarma “soyqırım”ın 100 illiyi ərəfəsində Yerevanla münasibətini yaxşılaşdırmğı hədəf götürüb.
Görüşdə Davudoğlıu deyib: “Əgər Ermənistan silahlı qüvvələrini işğal olunmuş torpaqlardan çıxarmağa başlasa və Bakının qəbul etdiyi qrafiki təqdim etsə, biz erməni-türk prtokollarını imzalamağa hazırıq. Biz bu məsələdə sizin köməyinizi gözləyirik”.
Mənbə bildirib ki, Türkiyə Ermənistanla sərhəddini Dağlıq Qarabağa görə deyil, Azərbaycanın 7 rayonunun işğal edilməsinə görə bağlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?